İki dəfə ayın 17-i

58 7 1
                                    

Fəsil 18
İki dəfə ayın on yeddisi
  Girişə tərəf qaçırdılar. Tez çölə çıxdılar.Almazı parçaladılar. İçində 5l yazılı dəmir var idi. Qızlar həyəcandan və sürətdən danışmağa macal tapmırdılar. Zeynəb dəmiri əlinə götürdü. Birdən dəmir zirzəmi tərəfə sovruldu və yoxa çıxdı. Qızlar ağlamağa başladılar:
  -Gəlin, qırıntıları işığın içinə qoyaq.
  -Yaxşı
  Binaya qaçırdılar. Liftə minib altıncı mərtəbəyə qalxdılar. Almaz qırıqlarını işığın içinə qoydular. İşıq yandı. Beşi də təəccübləndi. Gözləri qamaşdı. Gözlərini açanda hərəsi öz evində öz yatağında idi. Ayağa durmaq lazım gəlirdi. Dənizin gözü səhvən ayın tarixinə sataşdı. Bu gün ayın on yeddisi idi. Dəniz bütün qızlara zəng etdi:
  -Salam qızlar. Baxın , bu gün ayın neçəsidir?
  -On yeddisi-Zeynəb yuxulu vəziyyətdə dedi. Beş saniyə belə getdi. Sonra tanıdıq və gözlənilən beş səs:
-Nəə?
-Və beş dəqiqə bundan əvvəl biz ayın iyirmi sində idik.
-Bəs, neyləyək?
-Məncə, bu dəfə ayın iyirmi birini gözləyək. Heç nə baş verməsə yenə gedərik-Hamı Aylinə qoşuldu.
Ayın on yeddisi yenə sıxıcı keçdi. Ayın on səkkizi qızlar həyətə çıxdılar. Söhbət etdilər. Uşaqların topunu alıb qaçdılar, döydülər, döyüşdülər. Axır ki, evə qayıtdılar. Hamısı yeməyini yeyib ‘roblox’ oynadılar. Zeynəb və Dəniz istisna olmaqla... Zeynəbin anası oyun oynamağa qoymurdu. Dəniz isə ‘roblox’ oynamağı sevmirdi. Onun yerinə ən yaxın dostu Aydanla ‘brawl stars’ oynayırdı. Saat on ikidən hamı yatmışdı. Yenə Zeynəblə Dəniz istisna olmaqla ... Onlar  analarından gizlicə kitab oxuyurdular.
  Ayın on doqquzu qızlar hərəsi bir yerdə idilər. Dəniz gimnastikaya, Zeynəb kitab sərgisinə, Tərifə kəndə,Aylin qardaşının istəyi ilə bulvara , Banu isə qardaşının birinci sinifi bitirməyə münasibətilə gəzməyə getmişdi.
  Hamısı ayın iyirmisi evdə idilər. Qorxmayın Dənizlə Zeynəb istisna deyil. Onlar da evdə idilər. Günləri çox sadə keçirdi.
  Ayın iyirmi biri hamısı həyəcandan partlayacaqdılar. Banu evdə qardaşına yay tapşırıqlarını həll etdirirdi:
-Alma
-İıı
-[əpl]
- Hə yadıma düşdü. Aple...
-Yox [əpl]
- apel
-[əpl]
-apl
-[əpl]
-[əpl]
- Allaha şükür... Bəs, yazılışı nədir?
-Apple!
- Afərin!
Yazıq Banu... Hələ çox işin var. Dəniz və Zeynəb kitab oxuyurdular. Dəniz ‘Haydi’, Zeynəb isə ifritələr haqqında bir kitab oxuyurdu. Tərifə evdə təmizlik işləri aparırdı. Ən əsası Azərbaycan dilində ən sevdiyi mahnı: ‘Qisas’ ı dinləyirdi. Aylin isə bloggerlər kimi  özünü editdə hiss edib , ağzına gələni oxuyur, ağzına gələn rəqsi edirdi.
-Şamama Şamama

_____
)))

  Bu aralar heç başlıq yazmıram. Tez bölüm oxumaq istədiyinizi hiss edirəm. Və içinizdən elə bu? Dediyinizi də duyuram. Xeyr. Elə bu deyil. Bu gün axşam saat səkkizdə on doqquzuncu və iyirminci bölümlər gələcək. Sonra ikinci kitabdan davam edəcəyik. Birinci kitab bitdikdikdən sonra özümə bir az istirahət verməyi düşünürəm. Buna nə deyirsiniz?
Düzdür kitab çox kritik bir səhnədə bitir. Amma bəzi oxuyucularım bunu bəyənirlər.

Bu arada iki yüz oxuma sayımızı təbrik edirəm. Mənim minik lunatiklərim. Anlıq oxuma sayı iki yüz ikidir.....

Yenilməz Onluq (Lunatiklər Binası 1)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin