Üçüncü pərdə On kibrit çöpü

40 3 1
                                    

Fəsil 8
On kibrit çöpü
  Acından ölməyim deyə yemək verirdi. Bircə kim olduğunu bilsəydim. Mən sadəcə oyuncaq idim. Gecələr bayquş səsləri eşidirdim. Sırf gələn səslərdən qorxurdum. Ağlaya bilmirdim ki, o görməsin və göz bandım yaş olmasın. Mən heç nə etmirdim. Edə də bilmirdim.
  Yenə soyuq bir gün... Addım səsləri eşitdim. İçəri girdi:
  -Qızların da koordinatları asanlıqla tapıldı. Kostyumlar məhəlləsinin sonu demişdi Zeze. Hə?-Şeytan gülüşü ilə uzaqlaşdı.
  Təxminən, yarım saat sonra qapı açıldı. Bu dəfə içəri bir nəfər girmirdi. Sanki sürü gəlirdi:
  -Kadr tamamlandı.-Gülmə bəsdir.
  -Bərbad gülüşün var.-Axır ki, bu sözü biri dedi. Başqa vaxt olsa sevinərdim. Düzdür, belə də başqa vaxt olmaz. Amma, bu sözü deyən Aylin idi. Ən çox içimi yandıran bu olmuşdu. Deyəsən, hamımızı tutmuşdu. Artıq üçüncü lunatik qrupu da çıxa bilməzdi. Nə edəcəkdik? Əllərimə soyuq bir şey dəydi. Əllərimi aralaya bilmirdim. Qandal vurulmuşdu. Nə isə qanuna zidd iş görsəm bu qədər vicdan əzabı çəkməzdim. Amma indi uduzduğu üçün vicdan əzabı çəkirdim.
  Danışa bilmirdim. Qızları görə bilmirdim. Hərəkət edə bilmirdim. Mən heç nə idim. Sadəcə varam. Birdən qapı açıldı bir neçə nəfər içəri girdi. Sanki otağı sulayırdılar. Benzin iyisi burun deşiklərimdən içəri girib asqımağıma səbəb oldu. Sonra anın saf yanan taxta qoxusunu hiss etdim. Yanırdım. Otaq yanırdı. İçindəki hər şey. Mən... Biz... Sualın cavabı tapıldı. O şəxs şeytan gülüş sahibindən başqa heç kim deyildi. Kim soruşmuşdu: bu da son...
___________________________
Əlbəttə son deyil,minik lunatiklərim. Qarşımızda nə boyda on iki bölüm var. Sağolun minik lunatiklərim...

Yenilməz Onluq (Lunatiklər Binası 1)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin