Üçüncü pərdə Ruhlar və Zombilər

43 3 1
                                    

Fəsil 6
Ruhlar və zombilər
İnsanlar birdən çox sevinib birdən çox ağlayanda dəli deyirlər. Bəs, mənə nə deməlidirlər? Başımı yastığa çırpıb, həm ağlayıram , həm də gülürəm. Məsələ o idi ki, Yer’də hamı bizim getdiyimizdən bixəbərdir. Amma mən gedəndə anam mənə dəfələrlə zəng etmişdi.
Bu gün istirahətdə idik. Mən tək gəzməyə gedəcəkdim. Təxminən saat onda həyata qayıtdım. Yenə qaranlıq idi. Hardadı ki, bu işıqlar? Məgər burada hər şey bir çırtıq çalmaqla olmur? Ayağa qalxdım . Sarı dəstini geyinib əlimə telefonumun parlaq işığını aldım. Heç kəs yox idi. Yəqin ki, yatmışdılar. Dənizin otağına getdim. Dəniz yatmışdı. Rahatlaşıb mətbəxə qayıtdım. Soyuducu açıb adətim olaraq boş-boş baxdım. Sonra geri bağladım. Və yenə açıb kolbasa götürdüm. Kolbasaları incə soyub doğradım. Çörəyin arasında qoyub yeyə -yeyə telefona baxdım. Sinif yoldaşlarımdan birini onlayn gördüm. Necə ola bilərdi? Ya da olsun. İndi bunun vaxtı deyildi. Beş dəqiqə yeməkdən sonra kolbasanı soyuducuya qoydum. Soyuducuya kölgə düşürdü. Amma qaranlıqdır. Yəqin , mənim kölgəmdir. Saat on birə yaxın pencəyini alıb evdən çıxırdım. Qapı da arxamdan səs eşitdim. Fikir vermədim. Evdən çıxdım. Təxminən on dəqiqə yol getdim.
  Küçələr boş idi. Eynən mənim həyatım kimi ... Hamı , hər şey tərk edilmişdi. Bəs camaat hara gedirdi. Başqa yer var? Kaş ki, məni də özləri ilə aparaydılar. Anamı görərdim.
  Yolumu davam etdim. Hava ayazlı idi. Kölgələr görürdüm. Boş şeydi. Yenə yorğunluq...
  Bir azda yol sonra bir parka çatdım. Bir yelləncəkdə oturdum. Elə bil ki, kimsə yelləncəyi itələyirdi. Arxama baxdım. Heç kimi görmədim geri oturdum. Yenə heç nə yox idi. Ətrafı gözdən keçirdim.Yenə o hiss... Nə isə var...
Ayağa qalxdım hər yerə baxdım. Sürətlə evə doğru yol aldım. Sürətlə addımlayırdım. Sanki arxamca kimsə gəlirdi. Daha da sürətləndim. Demək olar ki, qaçırdım. Külək üzümə vururdu. Külək göz yaşlarımı belə aparırdı. Onları da mənə çox görürdü. Əllərimi cibimə qoydum. Papağını taxdım. Arxaya baxmağa qorxurdum.
  Aydaaa... Səhv yola girdim. Çıxa bilmərəm. Hardan başqa yol olduğunu bilmirəm sağ məhlələrə girməyə çalışıram. Görəsən , hansısa evə girə bilərdim . Yox... Dalımda çox yaxınında nə isə var idi.
Gizlincə telefonu əlimə aldım. Adaşım Zeynəb zəng elədim. Telefonu yavaşca qulağıma qoydum. Bir neçə saniyə sonra yuxulu səs eşidildi:
-Hə, Zeynəb.
-Mən yoldayam. Gəzməyə çıxmışdım. İndi isə dalımca kimsə düşüb. Səhv yola girdim. Nə edim?
-Sakit ol. Sənin tək nə işin var? Nə deyirəm mən? Hardasan? Nə yazıları var?
  - Kostyumlar məhəlləsi yazılıb.
  -Oradan tam düz gəl. Bizim evin qabağına çıxacaqsan. Telefonu söndürmə.
-Gəlir. Zeynə- Özümü yorğun hiss edirdim davamı gəlmirdi. Səs eşitdim. Çox tanış idi:
-Oo Zeyno... Necəsən görüşməyəli?
Kim idi bu? Adı dilimin ucundadı. Ama xatırlamıram. Üzümü soyuq hiss edirəm. Yıxılmışam. Telefonumdan səs gəldi:
-Zeynəb eşidirsən!??
-Sənlə də işim olacaq.- O səs dedi. Və addım səsləri eşitdim. Çox yaxınımda nə isə hiss etdim. Tərpənmək istədim alınmadı- Oyun başladı... Mən kiməm? Əli-Vəli, Pirvəli hahahaha-Şeytan kimi bir qəh-qəhə çəkdi. Nifrət hissi içimdə qabardı.
-Cavab. Eşidə bilmədim. Bir daha təkrarla. Aaaa danışa bilmirsən. Ding -dong...
___________________
Yeni bölüm gəldi. Minik lunatiklərim...
Bir az dəlicəsinə oldu. Amma heç nə olmaz. Yeni bölüm yəqinki tətildə gələr. Bu aralar dərslərim çox ağırdı. Buna görə sizə üzr istəyirəm.
Sağolun minik lunatiklərim...

Yenilməz Onluq (Lunatiklər Binası 1)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin