🛑DİQQƏT 🛑
❗BU BÖLÜMDƏ BÜTÜN SİRLƏR AÇILIR❗Fəsil 12
Öz içimizdəymişAyaq basdığı planetin adı Z olmalı idi. Bütün qızlarla raketdən endik. Özümü kinoda hiss edirdim. Heç bir kosmonavt paltarı olmadan Planet üzərində yeriyirdim. Daha doğrusu içində yeriyirdim. Bu planet Yer kimi idi. İçinə düşürdün və içində həyat var idi. Əlbəttə, buna həyat deyirlərsə...
Aşağı düşdükcə bir sürü gördüm. Və hamısını tanıyırdım. İstəyirsinizsə, arxadan başlayaraq sayım:
Q.Uğur , Nurlan, Əli, Mehman , Kənan, Talıb, İsa,Ammar, Sənan , Hüseyn, Yaqub, Ömər , Məsud, Turan və ən öndə əlində xəncərlə durmuş Həsən...
Hamısı sinif yoldaşlarım idilər. Qarşılarında durduq. Uğur önünüzə keçdi və tam Həsənin gözünün içinə baxdı:
-Qızlar bura gəlin, o sizə zərər verəcək-Həsənin dediyindən heç nə anlamadım. O dəqiqə Adaşım Zeynəbin onlara tərəf qaçdığını gördüm.
Çevrilən kimi əlinə xəncərini aldı:
-Üzr istəyirəm, qızlar. Həyatımı riskə ata bilmərəm.-Heç nə anlamırdım. Kim haqlı idi. Zeynəb niyə ora getdi? Biz niyə burdayıq?
Aylinlə Dənizin qarşıya qaçdığını gördüm, hər ikisi xəncərlərini sivirdilər:
-Əgər bizə nə isə olsa özündən küs, Həsən. Sənə güvəndik. Güvənimiz yoxa çıxsa səndə yoxa çıxarsan.
Həsən Uğura baxıb xəfif bir gülüş atdı:
-Kartların qurtarır , şeytan.-Həsən Uğura dedi və Uğur cavabında güldü.
Ağlıma nə isə gəlirdi. Şeytan, gülüş...
Ani bir hislə Xəncərimi çıxarıb Uğurun qarşısına keçdim:
-İndi xatırlayıram. Oyun qurtardı. Tapdıq sən kimsən. Şeytan gülüşün sahibi. Hamısını sən edirdin. -Xəncərimi boğazına yaxınlaşdırdım. Qızlar hamısı Dənizgilin yanına qaçdılar. Həsənin səsini eşitdim:
-Məni keçə biləcəyini düşünürdün? İndiyə qədər mənim gücündən istifadə edərək var olmuşdun? İndi de , görək, kimin gücündən istifadə edirsən? -Adaşım önə atıldı. Koftasını qaldırdı və gördüyüm şey qarşısında şoka düşdüm. Uğurun yanından çəkildim. Zeynəbə yaxınlaşdım. Qarnı yox idi. Sadəcə , boşluq... Mələyimin bütün gücünü almışdı.
Xəncəri buraxdım. Gözümdən yaşlar axırdı. Yolun ortasında yerə sərildim. Ayaqlarımı bədənimə sıxdım. Əlimlə gözlərimin çöküklərinə basdırdım. Mən göz yaşı ağlamırdım Qan ağlayırdım. Bu günə qədər dost bildiyim şəxs bir şeytan çıxdı. Ayağa qalxdım , Zeynəb yaxınlaşıb qucaqlamaq üçün qollarımı açdım. Ayaqlarımın qarşısında yerə sərildi:
-Zeynəəəb-bağırdım. Bütün uşaqlar Zeynəbin yanına gəldilər. Birdən gözü açıldı. Uğura yaxınlaşdı və dedi:
-Ding-dong... Oyun bitdi. Biz qazandıq bütün gücümü geri almağın vaxtı gəldi. Əllərini göyə qaldırdı. Qığılcımlar çıxırdı, başını aşağıya salanda Uğuru görmədik.
ŞİMDİ OKUDUĞUN
Yenilməz Onluq (Lunatiklər Binası 1)
FantasyTamamlandı. Kitab oldu. Bütün haqları yazıçı Dəniz Şıxəlizadəyə məxsusdur.