Üçüncü pərdə Sona doğru

58 3 2
                                    

Fəsil 13
Sona doğru
Bu gün vrou ayının on dördü, avqust ayının on yeddisi idi.  Və mənim sonuma on dörd gün qalmışdı. Hər şeyi iki həftəyə həll etmək çətin idi. Əslində fikirləşməsək elə də çox iş yoxdur. Zeynəbin ayağını və gücünü geri qaytarmaq, Uğuru tapmaq və aradan qaldırmaq, Həsəngilə ev tapmaq, Zombiləri tapmaq və məhv etmək, Z planetini silmək, Ölüm işinin qarşısını almaq...
Dəniz bunların hamısını sıraladı. Nərgizdən xahiş etdi və on beş oğlana üç ev tapdılar. Zeynəbin ayağının probleminin günahkarı Uğur idi. O getdiyi üçün Nərgiz rahatlıqla Zeynəbin ayağını düzəltdi.
Siyahıya görə ölüm işini aradan qaldırmalı idik. Bu səhər rahat paltarlarımızı geyindik və yola çıxdıq. Oğlanların arasından , sadəcə, Həsən sehr istifadə edə bilirdi. Bizdən isə Nərgiz, Ayşə, Məleykə, Həcər.
Beş nəfər iyirmi bir nəfəri daşımalı idi. Həsən oğlanlardan altı nəfəri öz yanına çağırdı. Qalanları isə bölündü. Mən Nərgizlə gedirdim. Gözümü bağladım. Gözümü açanda isə şəhər binasının qarşısında idik. İçəri ilk addım atan mən oldum. Tamam xarabalıq idi. Kompüterlər yerə səpilmiş ,parçalanmışdı. İkinci mərtəbəyə qalxdıq.
  Divardakı bir rəsm yerə düşdü. Lakin bu rəsm deyildi. Yaşıl rəngə boyanmışdı. Düşdüyü divara yaxınlaşdım. Divar bir az tozlanmışdı. Toxuann kimi bir qutu açıldı. Və içində yüzlərcə məktub var idi. Əlimə aldığım ilk məktubda Ulriç Martin yazılmışdı. Məktubun işinə baxanda bariz bir şəkildə 8 yazısının sonsuzluq işarəsinə çevrildiyi görünürdü. Və bu tarix 8 vrou  idi. Adaşın bu kağızı görüb qışqırdı:
  -Bu mənim güclərimi itirməyə başladığım tarixdir.-Hamımız şok olmuşduq. Kim idi bu Ulriç? Bunu da bilməmək, day nə bilim...
Kənan əlini olmayan saqqalına qoyub fikirləşirdi. Hamı ona baxdı:
  -Nə baxırsınız, mənə? Fikirləşin də...-Hamımız bir ağızdan dedik:
  -Uğur-Kənan başını qaldırıb “hə” deyirmişcəsinə baxdı.
  Sonra uşaqların adlarını axtardıq. İlk ad Linda Garcia idi. Nərgiz kağızı Aylinin əlindən qapdı.15 avrou yazılmışdı. Sonra qarşımıza Sarah Jones çıxdı. Bu , mələyim idi. Lakin, biz düşünürdük ki, on dörd avrou yazılıb. Amma tamda bu yazılmışdı:
Bir (qaralama) avrou (⁠•⁠‿⁠•⁠)
Bunu kimin yazdığını bilmək də çətin deyildi:Uğur
Və burada yazılan tarixlər belə də olmalı idi. Yəni mələyimin yox olmasına altı gün qalmışdı. Əlbəttə ki, Uğuru tapa bilsək və onu aradan qaldırsaq yazdıqları da avtomatik olaraq silinəcək.
  Axşam evə qayıdanda Zeynəbin otağında ağladığını hiss etdim. Qapının arasından baxanda başını yastığa basdırıb səssizcə ağladığını gördüm. Sonra Aylinin otağına girib Zeynəb haqda onunla danışmaq istədim , lakin o saçını açıb tökür, sırğalarını yerə atır, Boyunbağını qırır və  xəncərini yatağın üstünə atırdı. İntiqam hissi ilə yanıb-tutuşduğunu hiss edirdim. Çünki bu dəqiqə mən də elə idim. Əsəbi vəziyyətdə otağıma keçdim. Döyüşçü qızlar savaşdan əvvəl ağlayıb boşalırlar. Mən də belə edirdim. Alınmalı bir intiqam var idi.
_____________________________
Anlıq olaraq 725 lunatik ailəmiz var.

Yenilməz Onluq (Lunatiklər Binası 1)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin