Fragment-1

1.2K 81 26
                                    

Əlindəki boş şüşəni havaya qaldırıb içindəkinin bitdiyindən əmin olmaq istədi. Butulkanı bir-neçə dəfə havada silkələdikdən sonra istədiyi nəticəni almış olacaqdı ki, gülümsədi.

"Doğruluq cəsarətə davam?" Danışığından da hiss olunduğu kimi içmişdi. Ama şüuru hələ də üstündə idi.

"Nə vaxt başlamışdıq ki, Ceyhun?" Gülşən ona alçaldıcı baxışlarla baxırdı. İçdiyi içkinin gətirdiyi sərxoşluqdan idi ki, baxışlarındakı mənanı sezə bilməmişdi. Ona görə də əhəmiyyət verməmişdi.

"İndi başlayaq onda." Küçə lampasının işığında sərt üz cizgiləri zəif seçilsə də qara gözləri həmişəki kimi parlayırdı.

"Maraqlı olar məncə də." Əlini yağlı qısa saçlarının içində gəzdirən Leyla hər zaman olduğu kimi ona tərəfdar olan yeganə şəxs idi.

"Uşaqsız siz?" Həmişəki vecsizlik, saymazyanalıq, özündənrazılıq.

"Bir dəfə də bir fikirlə razılaş, Elşad." Ceyhun onun mənfi rəyinə çox vaxt olduğu kimi əhəmiyyət vermədən öz işinə davam etdi. Butulkanı fırladanda hamımız vacib bir şey imiş kimi diqqətimizi toplamışdıq. Fırlanan butulkaya toxunan Ceyhunun növbəti oyun seçimi ilə qarşı-qarşıya idik.

"Ya da belə edək. Bir sual. Yalnız bir sual. Və hər kəs bu suala tam səmimi bir cavab versin."

"Ceyhun, içkilisən. Nə danışdığını bilmirsən."

"Elşad, sualı belə deməyib hələ. Bu qədər önyarğılı olma." Leyla və növbəti Ceyhunu müdafiə cəhdi.

"Önyarğı." Dodaqlarından kiçik bir gülümsəmə ötdü keçdi. Bilirdim. Həmişə etdiyi şeyi edəcəkdi. Havaya bir söz buraxıb mənə dönəcəkdi. Reaksiyamı görmək üçün. Çox da gözəl bir söz seçmişdi bu dəfə. "Önyarğı." Və gözlədiyim kimi qəhvəyinin ən açıq tonlarındakı gözlərini üzümə dikdi. İllərin verdiyi təcrübə ilə ifadəsiz qalmaqda çox bacarıqlı idim. Necəki indi etdiyim kimi.

"Nə sual imiş o?" Gülşən qaşqabağını tökmüşdü yenə.

"Tək bir güllə. Əlinizdə bir silah var. İçində də tək bir güllə. Birini öldürməyiniz tələb olunur. Mütləq o güllə istifadə olunmalıdır. Kimi vurardınız?" Gülşən sualının şokunu keçirərkən Leyla sanki bu sualı gözləyirmiş kimi baxdı Ceyhuna. Elşad baxışlarını üstümdən çəkmişdi və yerə sabitləmişdi. Sualın cavabı məndə istisnasız halda dururdu. Digərlərinin nə deyəcəyi maraqlı idi. Ən azından Elşadın.

"Özümü."  Verdiyi cavabla bütün gözlər Elşadı taparkən bu dəfə ifadəsizliyimi qoruya bilməyəcəyimdən ehtiyat edirdim. Çünki hər zaman olduğu kimi dilimdə qurutduğum cavabı mənim əvəzimə səsləndirmişdi.

Salam canlar. Hekayəyə rəsmi olaraq başlamamışam. Sadəcə kiçik fragmentlər paylaşmaq istədim rəylərinizi almaq üçün. Yeni qəhrəmanlarımıza alışa biləcəksinizmi?

Yarım Qalanlar.Where stories live. Discover now