21-Başqa bir adam.

219 28 20
                                    


Her kese salam. Uzun bir aradan sonra yene yazdım. Emin olun ki , bu qeder gözletmek mene de xoş deil. Ancaq bu hekayenin taleyidir ya nece , yazıb bitire bilmirem bir defeye. Neyse , uzun bölümle bunu berpa ede bilirem ümid edirem ki. Bu arada multi Ceyhun ve Gülşen. Xoş oxumalar.)

Hər yağış damcısının ayrı bir təlaşı var idi sanki. Hara tələsirdilər ki ? Əvvəl-axır gəlib çatacaqları yer məhz bu torpaq deyildimi ? Nə xəyallarla ayrılmışdılar buluddan bəlkə də. Nə arzularla tökülürdülər yer üzünə. Tək-tək ayrıldıqları buluddan enərkən ara-sıra bir-birlərinə , son anda da birlikdə torpağa qarışırdılar. Pəncərə şüşəsinə toxunarkən ən çox da güclərini sübut etməyə çalışırmışlar kimi səslər gəlirdi. Bu da onların birliyindən irəli gəlirdi halbuki. Elşad bir qədər də pəncərədən çöldəki boz havaya baxdıqdan sonra otaqdan çıxdı. Atasının vanna otağında açdığı suyun şırıltısı bir an onda çöldəki yağışın evə də yağdığı hissini yaratdı . Yarı aralı qalan otağın qapısından atasının hər səhər olduğu kimi üzünü təmizlədiyini gördükdən sonra əlləri qeyri-ixtiyari saqqalına getdi. Sonra isə fikrini yayındırıb mətbəxə keçdi. Səhər tezdən oyanıb yandırdığı çaydanın altını söndürdü. Yeni dəm və axşamki çay arasında bir az qərarsız qalsa da tənbəlliyi ona qalib gəldi. İki stəkan çay süzdükdən sonra masada oturub atasının gəlməsini gözlədi. Atasının əynini dəyişmək üçün otağına getdiyini hiss edəndə məyus olmuş halda o da otağına qayıtdı. Çətinliklə şkafından tapdığı daraqla uzun müddətdir necə gəldi qalmış saçlarını nizamla sağa doğru daradı. Bir-neçə saniyədən artıq səliqəli dayanmayan saçlarına buruq bir gülüşlə baxdıqdan sonra yenidən mətbəxə qayıtdı. Atası masanın bir tərəfində oturmuş , oğlunu gözləyirdi.

- Sabahın xeyir.

- Sabahın xeyir , ata.

- Səndən nə əcəb ? - Atası oğlu gələn kimi çayını içib səhər yeməyi yeməyə başladı.

- İşə gedəcəm, - Elşad fasilə verib atasının reaksiyasını görmək istədi. Lakin atası ona əhəmiyyət verməmişdi,- məni də apararsan ?

Atası heç nə demədən başını təsdiq anlamında salladı. Bir qədər də sükut içində oturub yemək yedikdən sonra birlikdə masadan qalxdılar. Elşadla qapıdan çıxarkən atası nəhayətki gözlədiyi sualı ona ünvanladı :

- İşə nə yaxşı gedirsən ?

- Çünki işim budur , - Elşad əmin bir gülümsəmə ilə cavab verdi.

***

Çöldə yağan yağışa baxdıqca Leyla dərsə getməmək üçün yaxşı bir bəhanəsi olduğuna inandırırdı özünü. Heç dərsə getmək istəmirdi . Bu standart tələbə tənbəlliyindən fərqli səbəblərdən idi onda. Oxuduğu uşaqların hamısı ondan balaca idi. Bundan başqa heç kim ona birbaşa ünvanlamasa da , hər kəsin içdən-içə niyə bu vaxta qaldığını öyrənmək istədiyini bilirdi. Leylanın diqqətini çəkməyi bacaran Müşfiqin bunu öyrənmək üçün xoş olmayan bir şey edəcəyinə inanırdı niyəsə. Əslində Müşfiq ona elə də əhəmiyyətli dərəcədə nəsə etməsə də Leyla niyəsə bu uşaqdan daha çox ehtiyat edirdi.

Yarım Qalanlar.Where stories live. Discover now