28-Əslində.

40 5 3
                                    


Uzun müddətdir yoxam, yeni bir parça yazmıram. Bu qaralamanı çoxdan yazmışam. Sadəcə indi onu yazarkən hansı ruh halında idim və necə davam etdirəcəyimi bilmədiyim üçün paylaşıram. Hər zaman wattpad mənim üçün xüsusi yerə sahib olub. Yeni başlayarkən sadəcə bir əyləncə idi, sonra işlər ciddiləşdi. Burda artıq qələmimə güvənən bir kütləm var idi. Digər tərəfdən özümün həyatım var idi. Bir tərəfdən yaxşı bir tərəfdən ürəyimcə olan hadisələr yaşadığım həyatım.  Bir ara zövq aldığım hər şeydən uzaqlaşdığımı hiss etməyə başladım. Bunları birdən bərpa etmək mümkün deyildi. Yavaş-yavaş geri qayıtmağa  çalışıram. Əsas məsələ bütün yarım qalan hekayələrim ən çox da sizin üçün çox darıxmışam! Dəfələrlə hekayələrimi başdan oxuduğum, yazmağa çalışdığım yeni gələn rəyləri görüb həvəsləndiyim bəzənsə sadəcə yazdığınız rəyləri oxuduğum olub. Bəs nə baş verirdi? Niyə geri dönə bilmirdim? Bu sualın cavabını özüm də hələ də bilmirəm. Bəzən soruşan insanlara bir cümlə ilə ancaq bu cavabı verirdim "yaza bilmirəm". Bu bir başlanğıc olsun. Sizinlə yenidən gözəl paylaşımlar edə biləcəyim gözəl bir başlanğıc. Qayıtmaq üçün, sizi intizarda qoymamaq üçün çalışacam bu dəfə. Yazarınız sizi çox sevir. Multidə sizə demək istədiyim iki cümlədə yazılıb. Və yeni bölüm.

Uzaq haradır? Uzaq nədir? Uzaq kimdir? Ən yaxın zənn etdiyimiz əslində nə qədər uzaqlığımızdadır? Ən uzağımdadır dediyin sənə ilk çatan ola bilərmi? Əlin çatmayan yer, gözün görmədiyi məsafə, səsin eşitməyən insan- hamsı eyni qədər uzaqda deyillərmi? Addımlar, zaman, məsafə əleyhinə olduğu uzaqlıq məhfumu ilə vuruşurmuş kimi Elşada yardıma yığışmışdılar. Ancaq bəs eləmirdi. Nə qədər tələssə də, sürətin artırsa da, aradakı məsafə böyüsə də, getdiyi müddət artsa da uzaqlaşa bilməmişdi. Hara qədər gedə biləcəkdisə gedəcəkdi. Ancaq qaçmaq istədiyi elə özü idisə, ondan aralanmağa ona hansı məfhum kömək edə bilərdi ki?


***

"Əslində, kaş, deyəsən, yəqin ki, mənə elə gəlir ki bu sözlərdən çox acığım gəlir. Həyatımın bundan əvvəlki uzun bir hissəsinin bu sözlərin həyatımı idarə etməsinə icazə verdim." Leyla telefonunda atasının yanında olan vaxtda yazdığı cümlələrdən birini daha sildi.

-İndən belə əslindələr, kaşkilər, bəlkələr olmayacaq,- Dilucu bu sözü dedikdən sonra ətrafa baxındı. Hamının getdiyindən əmin olduqdan sonra telefonunda sildiyi qeyd hissəsindən çıxıb təzə qrup yoldaşları ilə olan qrupa daxil oldu. Bir qədər göz gəzdirdikdən sonra axtardığı nömrəni tapıb ona olan mesajını yazdı. Mesajı yazmaq üçün belə hamının getməsini gözləmişdi. Bəs onla danışmağa necə cəsarət edəcəkdi? Bunu düşünərkən yenidən mesaja baxdı. Hələki oxumamışdı. Silməyə vaxtı var idi. Bəs özünə verdiyi söz nə olacaqdı? Kaşkilərsiz, əslindələrsiz yeni bir həyat? Bu axı Leylanın özü ilə bağlı idi. Kimdənsə nəsə gözləməklə bağlı deyildi. Bəlkə də yeni bir insana hələ hazır deyildi. Bəs Mələk axı onla hər şey yaxşı alındı? Niyə başqa biri ilə də olmasın? Mesaj hələ də oxunmamışdı. Silməli idi? Yoxsa yox? Bunu düşünərkən bir an adının ani olaraq çəkilməsi ilə irkildi.

- Leyla?

- Sən? Sən necə? Mesajı axı hələ oxumamısan.

- Üstdən oxudum. Oxuyan kimi gəldim. Cavab yazmağa imkanım olmadı.

- Yaxşıki silməmişəm,- ancaq özü eşidə biləcəyi səs tonuyla dedi.

- Nəsə dedin?

- Yox. Heç nə demədim,- Leyla hələ də oturduğu arxa partanın yanında ayaq üstə dayanmışkən Müşfiq qapının ağzında dikilib ona baxırdı.

Yarım Qalanlar.Место, где живут истории. Откройте их для себя