3-İlk çat.

421 39 35
                                    


Multi-Elşad ve özündenrazı gülümsemesi.

"Elşad, səncə də artıq reaksıya vermirsən?"

"Gecə evə gəlməmək axı nə deməkdir? Bu necə məsuliyyətsizlikdir , Leyla? Ağ edirsən yavaş-yavaş." Tarqovida küçə boyu uzanan skamyaların birində oturub danışmağa çalışırdı Elşad və Leyla. Qıraqdan baxanda daha çox mübahisə edən sevgili cütlüyünə bənzəsələr də münasibətləri bundan daha çoxu idi.

"Vallah, gəzirdim özüm üçün. Vaxt necə keçdi heç bilmədim. O saatda evə tək getməyə də qorxdum." Leyla anasından daha çox Elşada hesab verməli olmuşdu.

"Kimin evində qaldım demişdin?" Leyla bu barədə heç nə deməmişdi. Çünki tanımadığı birinin evində qaldığını desə, Elşad daha çox reaksiya verəcəkdi bunu bilirdi.

"Şey, qız var. Təzə tanış olmuşuq onun. Yaxında qalır deyə onun evinə getdim."

"Nə qədər təzə? Olmaya elə dünən?" Elşadın intuisyası hər zaman güclü idi. Leyla yalanına davam etmək üçün ondan gözlərini qaçırdı.

"Yox, dəlisən? Dünən tanış olduğum qızın evində nə işim var? Bir-neçə həftədir tanışıq." Elşad çatılmış qaşları ilə baxırdı Leylaya. Dediklərinə nə qədər inanmaq istəsə də bacarmırdı.

"Restoranda nə edirdin?"

"Restoranda şey. Qız orda işləyir. Onun yanına getmişdim." Elşad son cümlə ilə bir an duruxdu. O ola bilərdimi? Sonra bu qədər təsadüf ola bilməyəciyini dərk etdi. Ama nəzərə almadığı bir şey var idi: təsadüf deyə bir şey yoxdur.

"Nə işləyirmiş bu qız?"

"Xadimədir." Leyla Elşadın qaşlarının daha da çatıldığını görəndə tələsik cümlələr əlavə etməyə başladı. "O dəqiqə önyarğılı olma. Elə yaxşı qızdır ki. Sadəcə ata-anası yoxdur. Kimsəsizdir yəni. Belə düşün də gedib pis işlərlə məşğul olmur ki, halal pulunu qazanır. Adı da Mələk. Bir insanın adı Mələkdirsə, nə qədər pis ola bilər?"

"Nə vaxtdandır, insanlara adlarına görə qiymət verirsən? Özün deyirsən xadimədir. Xadimə maaşı ilə dolanmaq olar səncə? Nə bilirsən axı yetimxanadan çıxıb hara gedib? Nə işlərlə məşğul olub? İnsanlara kor-koranə necə inana bilirsən , Leyla?" Leylanın qara gözlərində başqa bir ümid intihar etdi bu cümlələrdən sonra. Boğuq çıxan səsi ilə danışmağa başladı. Elşad ama baxışlarını ondan çəkib irəliyə baxırdı.

"Onda mənlə də heç kim dost olmasın da, Elşad. Heç kəs sevməsin məni də. Məlum mənim keçmişim daha pis vəziyyətdədir."

"Eyni şey deyil." Leylaya baxmırdı. Çünki baxsa, üzgün üzünü görməsi ilə söhbəti sonlandıracaq ya da ona xoş bir tərəfə çəkməyə çalışacaqdı. Ama indi onla ciddi olmaq istəyirdi.

"Mənimki daha pisdir. Çünki mənim mənə nəzarət edəcək valideynlərim var. Tanımadığın insanlar haqqında atıb-tutmamışdan əvvəl öz ətrafında baş verənlərə bax." Leylanın boğuq səsi göz yaşı selindən xəbər verirdi. Ayağa durub ordan uzaqlaşmaq istəyirdi. Bu adam onun göz yaşlarına dəfələrlə şahid olmuşdu onsuz. Qarşısında bir daha özünü yazıq vəziyyətinə salmaq istəmirdi. Yerindən durub gedərkən Elşad onun biləyindən tutub saxladı.

"Otur, xahiş edirəm." Leyla artıq qızarmış gözlərini ondan qaçırmağa çalışırdı. "Mesaj yazarsan, yaxşı deyiləm, gəl. Gəlmərəm ha."

"Gülməli olduğunu düşünürsən həqiqətən?" Göz yaşlarına azadlıq vermişdi nəhayət Leyla. Ama yaşların arasında gülməyə də başladı.

Yarım Qalanlar.Where stories live. Discover now