13-Mənlə rəqs et.

261 35 19
                                    

Salam canlar. Bilirəm uzun müddətdir bölüm yox. Ama bir sıra inet problemləri ucbatından yazılmış halda kompun documentlərində qalmışdı bölüm. Nəysəki geri qayıtdım. Bu arada watty_azeyə  verdiyim müsahibəni oxumayanlar varmı ? Bu kitabları oxuyuruq yazan kimdi deyə maraqlansanız, baxarsınız. Ümid edirəm qaneedici bölüm olar. Bölümü oxuyanda orda bir mahnıyla qarşılaşacaqsınız, mahnının linkini də multiyə qoyuram. Onunla oxumanız tövsiyə olunur)

"Gəldiyin üçün təşəkkürlər." Mələk çayından içərkən davam etdi: "Son günlərdə yaxşı deyiləm heç." Bunu deyəndən sonra yalandan öskürməyə çalışdı.

"Soyuqlamısan , yəgin."

"Yəgin, mən də elə düşünürəm." Yalan danışarkən əlindən gəldiyi qədər Leylaya baxmamağa çalışırdı. Bundan başqa ətraflı izahlar verməyə çalışması da onu çətin vəziyyətdə qoyurdu. Leyla da onun kimi masanın arxasında əyləşmiş çayını içirdi. Bu Mələyin evinə ikinci gəlişi idi və indi daha ayıq başla ətrafı incələyirdi.

"Kitab oxumağa meyillisən,deyəsən."

"Çox sayılmaz. Mənim deyillər."

"Ev sahibinin?" Mələk bu sualı görməzdən gəldi.

"Səhər işə gedəndə elə restoranın qabağında öskürməyə başladım. Özümü tarazlaya bilməyib yerə yıxıldım. Yaxşıki iş yoldaşım orda idi." Bunları elə bir şəkildə demişdi ki, özü də öz yalanına inana bilərdi.

"Sonra nə oldu?" Leyla qara gözlərini Mələyə dikmiş diqqətlə deyəcəklərini dinləyirdi. Verdiyi sualın cavabsız qalmasına əhəmiyyət vermədi.

"Sonra ? Sonra heç. İçəri girdim. Adminstrator gələndə də icazə alıb evə gəldim." Bu son yalanı deyərkən Mədətin onu necə restoranın qabağından içəri aparması, əl-üzünü yudurdub sakitləşdirməyə çalışması , sonrasında isə bir taksi çağırıb zorla evinə göndərməsi bir-bir gözlərinin qarşısından keçdi. "Bayaqdan yatırdım. Sənə zəng etmədən bir qədər əvvəl oyanmışam." Evə gələndən sonra bir-neçə saat boyunca paltosunu belə soyunmadan saatlarla divanda oturmasını yatırdım deyə adlandırması qismən də olsa digər yalanlarından daha yüngül sayılardı.

"Həkimə getmisən? Allah eləməsin bəlkə ciddi bir şey var?"

"Mənim dərdimə nə həkim , nə təbib?" Mələk dilinin altında bir şeylər mırıldandı. Ama Leyla bunları ya anlamadı ya da eşitməzlikdən gəlmişdi. "Sən nə edirdin? Belə tez gəldiyinə görə buralarda idin."

"Mən? Mən heç. Universitet üçün alış-verişə çıxmışdım. Elə bil birinci kursam."

"Tələbə olduğunu bilmirdim. Mən daha böyüksən deyə xatırlayıram. Magistrsan?"

"Yox, hələ bakalavr. Əslində iki il əvvəl bitirməliydim ama müəyyən səbəblərdən dondurmalı oldum.Bu il davam edib bitirəcəm." Mələk baxışları ilə necə səbəblər sualını vermədən Leyla təşvişə düşüb əlavə etdi: "Sağlığımla bağlı bir az problemlər var idi." Leyla artıq Mələyin yerinə keçmiş , bayaq onun etdiyi kimi yalanlardan istifadə etməyə başlamışdı.

"Allah şəfa versin." Mələk bu haqda Leylanın danışmaq istəyib-istəməyəcəyindən əmin ola bilmir, ona görə də əlavə sual verib-verməmək barədə tərəddüd edirdi.

"Daha çox Allah ağıl versəydi kaş."

"Necə?"

"Burda deyildim, müalicəmi burda almadım. Çətin bir dövr idi düzü, ama necə deyim keçdi də." Leyla da bayaqdan Mələyin etdiyi səhvi təkrarlayır, artıq cümlələr işlətməklə yalanının inandırıcı olacağını zənn edirdi.

Yarım Qalanlar.Kde žijí příběhy. Začni objevovat