11-Yaşa və cəzanı çək.

299 42 5
                                    




Ben sana hep üşüyordum, çünki kıştım..

Nakıştım, bakıştım..

İnkar etmiyorum da bunu..

Seni sevmek gibi büyük işlere kalkıştım..

Ve lütfen inkar etme: Sana en çok ben yakıştım... Özdemir Asaf.

Qarmı? Göydən yağan ağ xoşbəxtlik dənəcikləri? Nə demək olar ki? Şəhərin bozumtul abu-havasının üstünə paklığın rəngindəki bir ağ örpəyin çəkilməsi ? Günlərcə davam edən qarlı günlərin ardınca şəhər sakinləri tərəfindən heç cür yaxşı qarşılanmayan yağışlı bir gün oldu. Nəticədə küçələrin üstünə çəkilmiş ağ örpək təhlükəli bir buz yığını halını almışdı. Bu da bəs etməzmiş kimi şəhərin ara küçələrindəki çatlaqlı yollarda palçıq və su birikintiləri günlər əvvəl sevinclə qarşılanan qarı hazırda dözülməz etmişdi. Dərslərin açılması ilə məktəblilər əvvəlki yoxluqlarını küçələrdə doldurmuşdular. Binaların ətrafında, maşınların üstündə yığılıb qalmış qarlarla oynamağa çalışır, hələ bitməmiş kimi görünən tətil həvəslərinə davam edirdilər. Ətrafda qaçışaraq gəzən uşaqların içində Mələk hərzamankinin əksinə ifadəsiz üzünü əsəbi mimikalara təhvil vermiş halda irəliləyirdi. Son zamanlar olduqca əsəbi olmuş, ən kiçik narazılığa reaksiya verməyə başlamışdı. Bunların içində işdəki qızlardan biri ilə yaşadığı kiçik konflikt də var idi. O gündən sonra bu hadisə restoranda sürətlə yayılmış və insanların təsəvvüründəki sakit , öz halındakı Mələk getmiş, yerinə əsəbi və tərs qız gəlmişdi. Ama o çalışdığı qədər bu hadisələrə başını yormamağa çalışırdı. İndi də olduqca tez olmasına baxmayaraq işin yolunu tutmuşdu. Məqsədi hər kəsdən əvvəl gəlib mətbəxdəki işlərini həll edib bir qırağa çəkilə bilmək, suallardan və gözünün içinə baxılaraq edilən qeybətlərdən qaçmaq idi. Nəhayət, iş yerinə çatdığını görəndə bir az rahatlamış kimi oldu. Səki ilə restorana doğru gedərkən bir anda müqavimətini itirib dizləri üstündə yerə dəyəndə isə nə olduğunu bir anlığına anlaya bilmədi. Ovucları da dizləri kimi yerə yapışmışdı. Əgər əlləri ilə özünü saxlamasa idi yəginki üzü də yerə dəymiş olacaqdı. Mələk olanların şoku ilə bir az olduğu vəziyyətdə qaldı. Səhər tezdən olduğu üçün ətrafda demək olar ki, insan yox idi. Mələk ayağa qalxmaq lazım olduğunu xatırlayanda isə artıq güclü bir əl onun qolundan tutub durmasına kömək edirdi. Kimin əli olduğunu bilməsə də başını qaldıranda Elşadın üzünü görməyi xəyal etdi. Hələ də qolundan tutan əl isə ona Elşad olmadığını hiss etdirdi sanki. Onun belə güclü əli ola bilməzdi, o heç vaxt bir qadına bu cür möhkəm toxunmazdı. Axı o əllər qələm, fırça üçün yaradılmışdı. Bu fikirlər beynində dolanarkən qalxmasına kömək edən adam nəsə də deyirdi. Mələyin diqqəti isə qətiyyən bu adamda deyildi.

"Yaxşısan, Mələk?" Nəhayət, Mələk yeni oyanmış kimi gözlərini qıyıb qarşısındakı adamın kim olduğuna baxdı.

"Mədət?" Mələk hələ də Mədətin qolunu tutan əlinə olduqca sərt bir baxışla baxdı. "Yaxşıyam. Burax qolumu." Mədət nə olduğunu anlamadan Mələk onun əlindən çıxmış qarşıdakı restorana doğru sürətli addımlarla getməyə başlamışdı. Bir anda nə etdiyini yenicə anlamış kimi olduğu yerdə dayandı. Özünü nə qədər saxlamağa çalışsa da artıq günlərdir içində yığılıb qalmış bütün duyğuları bir anda çölə vurmağı nəhayət indi bacardı. Gözlərindən əvvəlcə asta-asta yaşlar gəlməyə başlasa da bir az sonra bir cüt mavi okeandan tökülən duzlu suyu artıq dodaqlarında da hiss edə bilirdi. Əli ilə üzünü tutur, göz yaşlarına mane olmağa çalışır, ama bacarmırdı. Ağlamamışdı. İllərdir gözləri qurumuş bulaq kimi göz yaşına həsrət idi. Başına gələn ən pis gündə sanki mümkünmüş kimi bədənindəki bütün suyu gözlərindən axıtmış və bir daha bir damla belə göz yaşı tökə bilməmişdi.

"Mələk, nə olub? Nə olduğunu desən çarə taparıq. Ağlama. Yaxşı görünmürsən." Mədət qorxmuş halda Mələyə baxırdı. O adətən restorandakı sakit və qalmaqalsız bir işçi idi. Son günlər baş verənlər hamı kimi onun da marağına səbəb olmuşdu . Bir də bu baş verən. Buna nə ad vermək olardı.

"Mədət." Mələk əlinin tərsi ilə üzünü silməyə çalışsa da üzündəki yaşlar heç cür qurumurdu.

"Yaxşısan?"

"Deyiləm. Heç deyiləm." Bunu deyəndən sonra bayaqdan səssizcə axıtdığı göz yaşlarının əksinə indi hönkürtü ilə ağlamağa başlamışdı. Bir az irəliləyib restoranın pilləkənlərində oturdu Mələk. Mədət də onun ardınca gəlib yanında oturdu. Mədət Mələyin göz necə hönkürtü ilə ağlamasına baxır ama heç nə deyə bilmirdi. Çünki onu belə görmək qeyri-mümkün bir hadisə kimi idi.

"İnsanlar necə xoşbəxt ola bilirlər başa düşmürəm. Cəzamı çəkib qutarmadımmı mən? Mənim üzümdə nə vaxt başqalarında olan kimi həqiqətən səmimi bir təbəssüm olacaq? Bəlkə keçmişdə səhvlərim olmuş ola bilər. Ama hamının səhvləri var deyilmi? Daha nə qədər cəza çəkməliyəm?"

Mələk iki əli ilə üzünü tutur durmadan ağlayırdı. Arada bir nəsə də deyir ama hıçqırıqlı səsindən nə dediyi məlum olmurdu. Mədət yanında oturmuş nə olduğunu başa düşməyə çalışır ama hansı günahdan hansı cəzadan danışdığını bilmədiyi üçün sakitliyini qoruyurdu.

"Başına gələn şeylər sənin günahın deyil." Mələk haqqında bildiyi yeganə şeyi- kimsəsiz olduğunu nəzərə alaraq belə demişdi. "Hər nə yaşamısan bilmirəm, ama əmin ol ki, sənin taleyinlə daha pis vəziyyətdə olan insanlar var."

"Nə olduğunu bilmirsən. Bilsən, sən də mənə nifrət edərsən. Ailəm kimi mənim də torpağın altında olmadığım üçün məni qınayardın. Yaşamağımı lənətləyərdin. Sağ qaldığım üçün, Allah mənim canımı bağışladığı üçün bəlkə sən də mənlə eyni sualı verərdin. Niyə?"

"Mən heç vaxt Allaha elə sual vermərəm niyə deyə. Əgər o belə haqq bilibsə, belə də olmalıdır."

"Mən o sualı verdim. Və cavabı nə oldu bilirsən? Yaşa və cəzanı çək."

"Yaşa və cəzanı çək?" Mədət düşündüyündən daha mürəkkəb şeylər olduğunu indi anlayırdı. "Nə cəza çəkirsən ki, Mələk? Bax gəncsən, gözəlsən, ağıllı da qızsan. Gələcəyin qabaqdadır. İndi ola bilsin nəsə xoş olmayan şeylər baş verib ama bunlar hamısı gəldi-gedərdi. Həyatdı da adamın başına hər iş gəlir. Onda hamımız sənin kimi oturaq ağlayaq ki, cəza çəkirəm. Cəza çəkməyə gəlməmişik dünyaya. Yaşamağa gəlmişik. Həm sən yaşamağa məhkum edilmək üçün necə bir günah etmiş ola bilərsən ki?" Mədət marağına məğlub olub nəhayət məsələnin əslini öyrənmək üçün sual verdi.

Mələk titrəyən əllərini üzündən uzaqlaşdırdı. Ağlamağı bir az azalmış. İndi sadəcə gözlərindən yaşlar sakitcə süzülürdü.

"Bir uşaqlıq həvəsi üçün valideynlərim , qardaşım can verərkən mən yanlarında deyildim. Mən də onlarla birlikdə" Səsi azaldı. "Mən də onlarla birlikdə bu dünyadan köçməli idim." Əlinin tərsi ilə üzünü sildi. "Və bu sadəcə bir başlanğıc idi." Dərindən bir nəfəs alıb davam etdi: "İndi kimsəsiz, dostdan-tanışdan kasıb, elə özü də kasıb, heç nədən həzz ala bilməyən, heç kimə güvənə bilməyən" Bunu deyərkən Elşadı düşündü və gözlərini yumdu. "Və ən əsas da səhvlərinə görə xoşbəxtliyə layiq olmadığını düşünən biri olaraq bunların bir gün bitməsinə ümid edən, ümid etdikcə də yorulan , cavan bədənində illərin acısını böyüdən biri olaraq yaşamağımın başlanğıcı idi."

Mələyin həyatının arxa planda qaldığını düşünməyə başlamışdım. Bu bölüm tamamilə ona aid oldu. Qısa bölüm olsa da məncə maraqlı şeylər öyrəndik. Fikirlər rəyə. Multi- Melek.

Yarım Qalanlar.Où les histoires vivent. Découvrez maintenant