9-Qar.

329 38 12
                                    

                  

"Yeni ilin necə keçdi? Danış görək." Leyla və Mələk Dənizkənarı parkda irəliləyirdilər. Havada xüsusi bir bozluq hakimiyyət sürürdü. Nə yağış var idi nə də nəmişlik. Yanvar ayının ilk günlərindən qış dekabrdan da soyuq ola biləcəyini göstərməyə çalışırdı sanki şəhərə.

"Hərəkətli." Mələk bir qədər düşündükdən sonra Yeni ilinə verə biləcəyi ən yaxşı başlığın bu olduğunu düşündü. "Səndə necə idi??"  Leyla bir az düşünüb Mələyin cavabını analiz etməyə çalışdı. Dediyi bir sözdən, bir cümlədən Ceyhunla bağlı nəsə eşitməyi ümid edirdi ama hələki çox dərindən söhbət keçməmişdi aralarında.

"Məni boş ver. Həmişəki bayramlar. Ailə bir araya gəlir. Üç gün bəs edəcək qədər yemək və salatlar hazırlanır, yeni ilə girilir sonra da yatılır yəni. Hərəkətli necə yəni?"

"İşdə idim."   Mələk  bunu deyib kifayətlənmək niyətində idi. Ama söhbət etmək istəyirdisə, gərək bir az həvəsli danışaydı. "Yəni, mənim işimi bilirsən ya da hardan biləcəksən? Günün müəyyən hissəsində aktiv olur. Başqa vaxtlar darıxdırıcı. Yeni ildə restoran dolu idi. "

"Necə yəni? Yeni ilə işləyərək girdin?"

"Aha. Sən də yeni ilə necə girsən, elə də davam edəcək deyenlərdənsən yoxsa? Əgər elədirsə, bu il də orda işləyəcəyimi düşünürəm. Çox bir şey itirmirəm." Leylaya gülümsədi.

Bir müddət araya sakitlik çökdü. Leyla Mələyin Ceyhun haqda nəsə danışmayacağını yavaş-yavaş başa düşürdü. Mələk də söhbəti Elşada necə fırladacağını düşünürdü ama heç cür variant tapmırdı.

"Restorana ama bu yaxınlarda bir fotoqraf gəlmişdi. Ona kömək edirdim . Maraqlı idi." Leyla üzünü Mələyə çevirdi və davam etməsini istədiyi bir nəzərlə baxdı.

"Sarışın cavan qız idi. Gülşən idi səhv etmirəmsə adı. " Mələk bir az düşünürmüş kimi etdi.  "Sonra Elşad vardı. Sənin xüsusi dediyin. O da gəldi. Maraqlı gün idi. Fotoqrafla işləmək yəni."  Mələk bir an ağzından çıxan cümlələri ikinci dəfə düşündü və necə mənasız danışdığını fərq etdi. Bu isə ona insanlarla daha çox ünsiyyətdə olmalı olduğunu bir daha xatırlatdı.

"Elşad? Bizim Elşad?"

"Aha. Ad günündəki." Leyla bir qədər düşündü. Gülşən görəsən Ceyhunun Gülşəni idi? Əlbəttə, o idi. Ceyhun özü gələ bilməyib deyə Elşadı göndərmişdi təbiiki.

"Nə danışdılar bilmədin?" Mələk Leylanın qara gözlərinin azacıq nəmləndiyini hiss etdi. Elşada dəyər verirdi. Bunu çox açıq izah edirdi baxışlarındakı küskünlük. Bu da Mələyi gərginləşdirdi. Sadəcə Elşadın adını Gülşənin adı ilə yanaşı çəkməsi Leylanı bu həddə duyğusallaşdırmışdı. Bəlkə də Gülşənlə arasında nəsə var idi Elşadın. Ona görə Leyla məyus olmuşdu? Bəlkə də Elşad məhz, Gülşən üçün gəlmişdi restorana yenə. Əgər elədirsə, o yağış? Yağışda yaşadıqları? Onlar necə olacaqdı? Yəni onların heç bir mənası yox idi? Söz yığınından başqa bir şey deyildi?

"Bəlkə hardasa oturaq isti bir şeylər içək?" Mələk Leylanın baxışlarını yerə sabitlədiyini gördükdə qızın necə də pis hala düşdüyünün növbəti dəfə şahidi oldu. Bu da ona əzab verirdi. Digər tərəfdən yenicə tanış olduğu bu qızın "sevdiyi" adamla maraqlandığı üçün vicdanı sızıldayırdı. Leylanın isə fikri tamam başqa idi. O sadəcə ayrılmış olsalar da Ceyhunun hələ də Gülşənlə maraqlandığını öyrəndiyi üçün qəlbi sızıldayırdı. İzah olunmaz bir ağrı ilə ara-sıra ağzını açıb dərindən nəfəs almağa çalışır ama mümkün olmurdu.

Yarım Qalanlar.Where stories live. Discover now