22- Ata evi.

176 30 12
                                    




                  

Məncə artıq bu bölümün vaxtı gəlmişdi. Belə bölümləri qısa , gözlənilmədən yazmaq ən yaxşısıdır. Multi- Melek ve narahat olmuş üz ifadesi. Xoş oxumalar.

Bir evi gözəl edən şey yaxşı təmir və yeni mebellərdən çox içindəki hüzur verən atmosferdir. Ancaq bu evin içində nə yeni təmir , nə də xoş atmosfer var idi. Hər dəfəsində evə gələndə içinə oturan boşluğun ağırlığından nəfəs alış-verişləri çətinləşirdi. Dəhlizdən daxil olarkən baş tərəfdəki qonaq otağı xatirindəki kimi eyni idi. Əşyaların yeri dəyişdirilməmişdi , üstlərinə salınan ağlar isə uzun müddətdir istifadə olunmadıqlarını göstərirdi. Zalın digər tərəfində yerləşən otağın qapısı bağlı idi. Eyni o gecəki kimi. Otağın qapısına bir qədər baxdıqdan sonra qapını açıb içəri girib-girməmək haqqında düşündü. Ancaq hər zaman olduğu kimi özündə o cəsarəti tapa bilmədi. Cəsarəti çatdığı qədər digər yataq otağına baxdı. Əslində mətbəx üçün nəzərdə tutulmuş otaq ana və atasının çəkdiyi xərclər nəticəsində yatağ otağına çevrilmişdi və sonrasında daha çoxuna. Həmin gecəyə aid olan izlər olduğu kimi qalırdı. Mətbəx tamamilə yanmış , küllər süpürülsə də , təmirə ehtiyacı olduğu bəlli idi. Və ən acısı da mətbəxdən yataq otağına yayılmış alovun buraxdığı o izlər. İzlər otağın qapısına kimi davam edir , bir qədər dəhlizə də sıçramışdı. Bütün cəsarətini toplayıb nəhayət yarısına kimi yanmış qapını aralayıb otağa daxil oldu. Anasının aynası olduğu kimi dururdu. Həmin gecə altındakı sirmələr yananda böyük bir gürültüyə səbəb olaraq yerə düşən və bəlkə də onların beləcə oyanmasına səbəb olan həmin o ayna. Əyri bir xətt boyunca iki yerə çatlamış ayna divarın bir tərəfinə söykədilmiş , sanki nə vaxtsa yenidən kimsə burada gözəlliyinə baxacaqmış kimi istifadə edilməyi gözləyirdi.Digər əşyalar otaqdan çıxarılmışdı. Yarısı yanmış beşiyi isə yerindən tərpətməyə kimsə cəsarət etməmişdi.  Otağın hələ də bir küncündə dayandığını hiss edəndə irəliyə bir-neçə addım atdı. Əgər mümkün idisə ,bir az daha addımlayıb aynada , həmin o keçmişdəki hər cür günlərə şahidlik etmiş aynada öz böyümüş əksini görmək istədi. Yavaş-yavaş hərəkətlənərkən adının səslənməsi ilə dayanmalı oldu:

-          Mələk  xanım , burdasınız.

-          Salam bir daha.

-          Salam , evə baxaq istəyirsiz əvvəlcə. – Qısa boylu , bir az dolu və Hitlersayağı bığı olan adam ətrafa narazı ifadələrlə baxdıqdan sonra davam etdi ,- danışa biləcəyimiz başqa yer var burada ?

-          Deyə biləcəyim çox bir şey yoxdur. Mən də istəyirəm  sizə kömək edim.

Nəcəf ağ örtünün qaldırıldığı divanda oturmuşdu. Mələk isə  oturduğu stuldan qalxıb otağın içində vargəl etməmək üçün özünü güclə saxlayırdı.

-          Belə edə bilərik , yalnız bu otaq və digər yataq otağı istifadə olunsun , ancaq orda da tək nəfərlik çarpayıdır. Başqa bir çarpayı əlavə edə bilərsiniz ? Əgər lazım olsa ?

-          Elə bir imkanım yoxdur.- Mələk onsuzda soyuq baxışlarında qış fəslini elan etmiş kimi baxırdı adama.

-          Mən də istəyirəm sizlə ortaq məxrəcə gəlim. Əmin olun , başqa bir nəfər buranı kirayələməyi öz üzərinə götürməz.

Yarım Qalanlar.Where stories live. Discover now