1-Dekabr.

882 65 14
                                    

Eyo millət. ilk bölüm. İlk bölüm hər zaman olduğu kimi ürəyimcə olmadı. Ama ümid edirəm bundan sonrakılar maraqlı olacaq. Bölüm haqda fikirləri, tənqidləri bildirməyi unutmayın)

Restoranın pilləkənlərində oturub qapının açılmasını gözləyirdi. Mavi şalını burnuna qədər bağlamışdı. Əlləri paltosunun cibində bir tərəfdən də çantasını özünə sıxmağa çalışırdı. Ağ incə dərili olması soyuğun ona xüsusi əziyyət verməsinə səbəb olurdu. Kəskin soyuq üzünə cızıqlar atarkən yanaqları və burnu qızarmışdı. Əgər şalı ilə dodağını örtməsə idi yəginki çəhrayı incə dodaqları da çat-çat olardı. Belə soyuqda  işə tez gəlmək elə də yaxşı fikir sayılmazmış deyə düşündü. Ama bir cüt tanış göz görəndə hava şərtlərini unudub ayağa qalxdı. Bu zaman şalını çənəsindən aşağı salmağı da unutmadı.

"Bəlkə də buranın açarlarını sənə verməliyik , hə?" Üzündəki o heyran olunacaq təbəssümlə gəlib qapını açdı. İçəri əvvəlcə onun keçməsi üçün hər gün etdiyi kimi qapının qulpundan tutub onu gözləyirdi. Bu yaraşıqlı adamı çox gözlətmək xoş olmazdı. Çünki Mələyin özünü əsl xanım kimi hiss etdiyi yeganə zaman dilimi restoranın mühafizə xidmətindəki adını bilmədiyi adamın onun üçün qapı açması idi. "Bəlkə də sənə də bir açar verməliyik?"

"Pis olmaz." Yenə o heyran olunası gülüş.

"Həm mən də işə tez gəlmək məcburiyyətində qalmaram." Restoranın içində heç kim yox idi, yalnız o ikisi idi. Başqa bir paralel dünyada bəlkə də Mələk və möhtəşəm gülüşlü adam birlikdə belə  bir restoranda şam yeməyi yeyə bilərdi. Sonra da bir üzüklə onunku qədər mükəmməl olmasa da Mələyin də üzünə bir təbəssüm yayılardı.Ama indi və bu dünyada o bu restoranın mühafizəsində Mələksə mətbəxində işləyən iki üzdən tanış olsalar da bir-birlərinin adını bilməyən iki işçi idi.

"Adını bilmirəm mən sənin. Yəni burda çox adam bilmir. Səni mavi gözlü soyuq qız deyə tanıyırlar burda daha çox. Ama məncə o qədər də soyuq sayılmazsan, hə?"

"Soyuğam." Nə qədər cəhd etsə də içində uzun bir yuxuda olan həyat dolu, mehriban qızı oyada bilmirdi.

"Bəli, soyuq xanım. Mətbəxin qapısına çatdığımıza görə bugünlük də o gözəl gözlərinizdən nəsibimizi aldıq deməkdir. Bir də adınızı bilsəm, restoran heyətindəki soyuq qız ləqəbinizi dəyişdirməkdə kömək etmiş olaram."

"Adım. Adım Mələk." Adını deyərkən hər zaman etdiyi kimi başını aşağı salmışdı. "Restoran heyətində sevilən və tanınan birisən deməli."

"Bir az." Gülümsəmə və gülüş arasındakı o qalın xəttin nə olduğunu bu adam çox yaxşı izah edirdi. İndi qəhqəhə çəkib gülərkən bunu çox yaxşı anlayırdı Mələk.

"Mən keçim. Hələlik."

"Hələlik, Mələk." Mətbəxin qapısını açıb içəri girmək istəyərkən əlavə etdiyi cümləylə yerində donub qaldı. "Adını kim qoyubsa, ən düzgününü seçib. Bu simaya başqa ad yaraşmazdı." Yanaqlarına hücum edən qanı hiss etmiş kimi gülümsədi və əl edib ordan uzaqlaşdı.Mələyin bu halını görmüş olması onun daha çox qızarmağına səbəb olacaqdı. Mətbəxə girəndə palto və sevimli mavi şalını çıxardıb asılqandan asdı. Çoxları bu mavi şalını gözlərinin rənginə görə işlətdiyini düşünürdü ama Mələk daha çox başqa şalı olmadığı üçün işlədirdi. Səhər tezdən gəlməyin ən yaxşı tərəfi digərləri gəlib sənə mane olmadan öz işini görə bilməyindir. Necəki Mələk indi edirdi. Əlinə dəsmalı alıb aşxamdan yuduğu bakalları silməyə başladı. Yəginki bir azdan digər işçilər də gələcəkdi. Hamıdan əvvəl gəlib restoranın qabağındakı pilləkənlərdə oturub qapının açılmasını gözləmək artıq adət halını almışdı. Və ən çox da böyük təbəssümlü mühafizəçini gözləmək. "Mühafizəçi demiş, mən niyə onun adını soruşmadım? Soruşsam bu bir tanışlıq kimi alınacaqdı? Və mən də tanışlığa meyilli kimi görünəcəkdim? Burda pis heç nə yoxdur əslində. Biz sadəcə iş yoldaşıyıq. Növbəti qarşılaşmamızda onun adını soruşacam." Mələk bunlar haqda bir az başını sındırandan sonra aldığı qərarı beyninin bir tərəfinə yazdı.Beyninin bir tərəfinə yazdığı şeyləri asanlıqla unuda bilən insanlardan deyildi. Bu yaxşı bir xüsusiyyət kimi görünsə də həmin işi həll edənə kimi beyninin içində dövrələr vurması onun üçün xoşagələn hal deyildi.

Yarım Qalanlar.Where stories live. Discover now