8-Yeni il.

387 36 19
                                    

                  
Hola, men geldim. Bu bölümü o qeder severek yazdım ki, çünki Yeni il en sevdiyim bayramdır. Yaxşıki de az qalıb) neyse buyrun xoş oxumalar.

"Elə sevirdim ki. Sevginin həddi var idimi bilmirəm. Hələ də bilmirəm. Düşün , mən onu bir dəfə səhər görsəm, bütün günü qəlbim elə döyünürdü ki, nəfəs almağıma mane olurdu. Başa düşə də bilmirdim. Balaca , arıq qız idim mən. Sevgim hərdən elə ağırlıq edirdi ki. Necə ola bilərdi axı? Bu zəif bədənə bu sevgi ağır deyildimi? İtən toyuğun arxasınca həyətə çıxmaq , kəndin içində "cip-cip" deyib gəzmək bu qədər xoş ola bilərdimi? Bəlkə bir ümid onu görərəm deyə. Toxunmaq yox, səsini eşitmək yox, yaxınlaşmaq belə yox. Sadəcə cismini görmək. Bu belə insanın qəlbini yerindən sökməyə kifayət edəcək qədər bir həyəcan verirdi. Nə olsun içir, nə olsun nağıl kimi bir həyatımız yoxdur, hərdən gəlib vurur da. Başa düşə bilmirəm. Bu sevgi necə olur ki, heç azalmır? Bu necə sehirdir insanın başına gəlib? Allah əgər sonunda qovuşmaq nəsib etməyəcəksə bu qədər sevgi verməsin heç kimə. Məhəbbətdən olan uşaqlar da bir başqa olur vallah. Oğul oğuldur da. Hər ailə bir oğul istəyir. Mənim oğlum oğulluq borcunu yerinə yetirsin deyə dünyaya gəlib şübhə yox. Ama qızım? Qızım elədirmi? Vallah o uşaq elə sevginin özüdür." Əzizə son sözlərini deyəndən sonra bir az peşman oldu. Nəticədə qarşısında dayanan insan kimsəsiz idi. Mələk Əzizənin həyat yoldaşına olan sevgisini necə sözlərə tökdüyünü dinləməkdən bir növ həzz alırdı. Əzizə bəlkə də sözlərdən düzgün istifadə etmirdi. Kifayət etmirdi cümlələr onun  sevgisini ifadə etməyə. Ruhundan qopan hər misra gözlərinin işıltısı və cahil qadının qurduğu iki-üç cümlə ilə elə bir harmoniya yaradırdı ki , sadəcə üzünə baxanda belə necə sevdiyini hiss etmək olurdu.

"Nə gözəldir. Azalmayan bir sevgiyə sahibsiniz. Qəlbinizi hər zaman isti saxlayacaq bir sevgiyə." Əzizə qabağındakı fincanı əlinə alıb bir qurtum çay içdi. Sonra isə davam etdi.

"Elədir, qızım. Sənə də qismət olsun. Sənə də qismət olsun ama eləsi olsun ki, sonunda qovuşa biləsən və peşman olmayasan."  Mələk aciz bir gülümsəmə ilə baxdı Əzizə xalasına. Belə bir şey mümkün ola bilərdi ki? "Qəlbin sevgi ilə dolsa, gözlərindəki donuqluq da itər." Son cümləsindən sonra isə adət halına almış bir vərdişi olaraq Mələyin əllərini ovcunun arasına aldı. Yanağından da qoxulu bir öpüşü əskik etmədi.

Gecə növbəsi və restoran artıq bağlanmaq üzrə idi. İşçilər yavaş-yavaş dağılışırdı. Mələk son işləri də tamamlayıb axrıncı gələn qabları yuyub qurulamışdı. İndi isə bir fincan çayla yalnızlığına ara-sıra bir ana istiliyi qatan Əzizə xalası ilə söhbət edirdi. Çayları bitdikdən sonra onlar da yığışıb mətbəxdən çıxdılar. Restoranın zalında ortada qurulmuş yolka ağacı Mələyin itirdiyi təqvim rəqəmlərinin nə qədər irəlilədiyini göstərirdi.

"Artıq yolka qururlar?" Mələk iri gövdəli hündür və rəngarəng ağaca baxarkən həyəcanın gizlədə bilməmişdi.

"Vaxt da nə tez keçdi e deyirəm. Yeni ilə nə qalıb ki? Biz hələ qurmamışıq. Evə gedəndə gərək uşaqlara deyim qursunlar." Əzizə göstərişli ağaca yuxardan aşağı baxıb əlavə etdi: "Bu ağacı görəndən sonra da evdə yolka qurmağa həvəsi qalmaz ki adamın." Yolkanın qabağında bir-neçə işçi şəkil çəkdirirdi. Onlar tək-tək şəkil çəkdirəndən sonra bir dəfə də kollektiv şəkil çəkdirdilər. Mələk bu dost ya da iş yoldaşı kollektivinə həsədlə baxandan sonra iş yerində də özünə kifayət qədər ətraf yarada bilmədiyini bir daha anladı.

Yarım Qalanlar.Where stories live. Discover now