18-Nəyin əskik idi?

232 31 9
                                    

                   Ta da dam. Ve nehayet yeni bölüm. Bu defe niye bu qeder ara oldu heç bilmirem. Yeginki ilham perilerimin köçmeyi ile elaqedar idi. İnşallah geri qayıdarlar. Bu arada yeni kitabımı kitabxananıza elave etmisinizmi? "1,2,3! Başla!" Adlı yeni kitabım bir qeder "mal ve daha mal" ve " 3 günlük gelin" dadındadır. İlk bölüm artıq paylaşılıb) neyse qayıdaq bölüme. Keçid xarakterli bölümlerden biri idi. Ümidvaram beyeneceksiniz. Ekşinli bölümler qabaqdadır.) multide de Leyla var.

Bir çoxlarımız xəyallarının universitet üzərdində qurur. Orta məktəbdə istənilən şagirddən soruşduqda ən böyük arzusunun universitetə qəbul olmaq olduğunu deyəcəkdir. Qarşısına məqsəd qoyub , nə istədiyini bilənlərin sayı sadəcə ali təhsil almaq istəyənlərin sayına nisbətən dəfələrlə azdır. Bu xaosa səbəb ola biləcək bir çox səbəb vardır. Və əlbəttəki bu səbəblər də bir-birindən çox fərqli olsalar da müəyyən kateqoriyalarda birləşdirilə bilərdi. Ən böyük çoxluq valideynlərin arzusu ilə şüurlu olaraq edilməmiş seçimlər idi. Seçdiyi ixtisasın necə bir şey olduğundan da çox əmin olmayan , sadəcə ailə razılığı ilə daxil olunan fakültələr. Məsələn , Elşad kimi. Atasının istədiyi yerdə oxumaq üçün bir ilini itirmiş , yoldaşlarından geri qalmışdı. Universitetdə təhsil aldığı 4 il müddətində də orta partalarda oturmuş dəftərlərin arasına dərsdən uzaq şəkillər çəkmişdi. Bu zaman dilimində də digər illərdə olduğu kimi sakit , özündən razı və vecsiz görünən dəbilqəsini geyinmiş , diqqət mərkəzindən ola bildiyincə qıraq qalmağa çalışmışdı. Nə istədiyini bilən az sayda şagirdlərdən biri isə şübhəsiz Ceyhun idi. O Elşaddan fərqli olaraq tamamilə atası kimi olmağı , ona bənzəməyi , işini davam etdirməyi planlayırdı. Hər addımında da kiçik xəyalları üçün , mərkəzində Gülşənin dayandığı arzuları üçün çalışırdı. Və bir də Leyla var idi. Bəlkə də universitetə girərkən heç kəs onun qədər xəyal qurmamışdı. Yeni bir mühitə düşəcək , yeni dostlar əldə edəcək , yeni biri ilə tanış olacaq, nəhayətində Ceyhunu unudacaqdı. Ancaq istəkləri onu yarı yolda qoydu. Xəyalları bir baxıma real olmuşdu, yeni bir mühitə düşmüşdü. Lakin bu tam olaraq arzuladığı mühit deyildi. Leyla universitetində içində 6 il əvvəlki kimi ürkək addımlarla addımlayır , yenidən birinci kursa qayıtmış kimi hiss edirdi. Birinci kursdan fərqli olan şeysə indi hiss etdiyi həyəcanın dərinliyində peşmançılıqların və pis xatirələrin olması idi. Tələbələrin ara-sıra gəzdiyi ya da otaqların qabağında dayandığı yerlərdən keçərkən gedəcəyi otağı axtarırdı. Və nəhayət gəlib tapmışdı. İçəridə az sayda tələbə var idi. Heç nə demədən keçib arxa partlalardan birində oturdu.  İlk kursda da belə idi. Eynən belə başlamışdı. Uşaqlar yavaş-yavaş yığılmış hamsı ilk baxışdan yaxşı görünmüşdü. Zaman keçdikcə qruplaşmalar yaranmış hərə öz dostları ilə oturub durmağa başlamışdı. Leylanın da dostları (!) var idi. Birlikdə oturduqları , yeyib-içdiyi , gəzdiyi və daha çoxunu etdiyi. Leyla qrupdakı uşaqların sayı artdıqca düşüncələri də artdı. Görəsən indi hardaydılar? Hamısı ilə əlaqəm kəsilmişdi. İndi nə edirdilər? Mənim kimi ilişib qalmışdılar yoxsa həyatlarına davam edə bilmişdilər? Görəsən onların günahları aşkara çıxıb cəzalarını çəkib rahatlaya bilmişdilər yoxsa mənim kimi üstünü ört-basdır edib heç nə olmamış kimi davranmağa çalışırdılar? Ört-basdır etmək? Mələk görəsən nə düşünür? Bəlkə də kiməsə danışmaq rahatlada bilərdi. Çünki uzun müddətdir içimdə basdırmağa çalışmışam bu gerçəyi. Halbuki gün üzünə çıxsaydı, bəlkə də buna görə kimdənsə ağır söz eşitsəydim , niyə etdin sualına birtəhər cavablar tapa bilsəydim , özümlə üzləşə bilsəydim daha asan olardı. Ancaq indi yenə burdayam. Başladığım yerdə.

Yarım Qalanlar.Wo Geschichten leben. Entdecke jetzt