16-Gələcək.

279 32 26
                                    


"3 günlük gəlin"i oxuyanlar daha yaxşı biləcək, mən hekayələrimdə zamanla oynamağı sevirəm. Ama bu dəfə keçmişə yox, gələcəyə getdim. 

Əlindəki plastik çubuğun ucundakı parlaq şara həvəslə baxan balaca qız digər əliylə atasının köynəyini çəkişdirir , yolüstü satılan digər şeyləri göstərirdi. Atası isə qulağına tutduğu telefonla kimləsə ciddi nəsə danışırdı. Ara-sıra əliylə alnını ovur, qızına gülümsəyirdi. Nəhayət , telefondakı söhbətini yekunlaşdırıb qızını bir az irəlidəki "pambıqlardan" almaq üçün addımlarını yeyinləşdirdilər. Olduqca imkanlı görünən bir cütlük əllərindəki brend paketlərlə yenicə alış-veriş etdiklərini və yaxşı hiss etmək üçün bir səbəbləri olduğunu sanki digər insanlara bildirmək istəyirdilər. Əslində olansa, sadəcə səs-küydən uzaqlaşıb dəniz kənarında bir az gəzişmək istədikləri idi. Üç-dörd nəfər orta yaşlı adam deyib-gülərək gəzirdilər. Biri irəlidəki yaxasında "foto" yazılmış Bulvar işçisini göstərib digərlərinin fikrini aldı. Az sonra bu dost qrupu arxası dənizə sarı bir xatirə şəkli çəkdirirdilər. Şəklə baxdıqdan sonra fotoqrafla bir şeylər danışıb yaxınlıqdakı çay evlərindən birinə üz tutdular. Bir qrup gənc oğlansa, yüksək səslə mahnı qoyub ətrafdakı insanların diqqətin çəkməyə çalışırdılar. Onlar ara-sıra yüksək səslə bir şeylər danışır və hamılıqla gülürdülər də. Bu hərəkətlərinə görə qınaq dolu gözlərlə baxan insanlar olsa da başa düşmədikləri bir şey var idi. Onlar gənc idilər. Və əylənmək istəyirdilər. Nə qədərki, həyat çiyinlərinə dizlərini bükəcək qədər ağır yüklər qoymamışdı, şənlənməyə vaxtları var idi. Kim bilir, bəlkə də günün birində onlar da bu orta yaşlı kişilər kimi evdən və işdən bir az asudə vaxt tapıb görüşə biləcəkdilər ya yox? Dənizin sahili boyu davam edən daşlarda gənc qız əllərini çənəsinin altına qoyub oturmuş, uzaqlardakı Nargin adasına baxırdı. Bəlkə də heç o Nargin adasını görmürdü, sadəcə baxışları o istiqamətdə idi və bu sonsuz dənizdə görünən yeganə obyekt bu ada idi. Aprelin ortalarına məxsus ilıq hava onun geyimində dəyişikliklər etmişdi. Bəlkə də dəyişikliklərə səbəb olan yalnızca hava şərtləri deyil, həm də həyatında baş verən müsbət istiqamətdəki şəxslər idi. Açıq cins kurtkasının altındakı nazik çiçəkli kofta arabir əsən mehlə bəzən havalanırdı. Krem rəngindəki şalvarı və ağ idman ayaqqabıları ilə o tamamilə gənc kimi görünürdü. Hər nə qədər hələ də dərinlərində o vaxtından əvvəl yaşlanmış qadın hakimiyyətini tamamilə itirməsə də görkəmində bir gənclik seçilirdi.

"Ah, necə gözəl bir gündür. Sevdiyim iki şey bir arada: mavi gözlü qız və mavi dəniz." Elşad da həm yazın gəlişi , həm də həyatını müsbət istiqamətdə təsir edən yeni insanla bir az cavanlaşmış kimi idi. Hər şeydən əvvəl artıq qəhvəyi boğucu kurtkasını geyinmirdi. O da Mələk kimi artıq daha rəngli şeylərə üstünlük verirdi. Üstündə qəribə bir şəkil olan yaşıl köynəyi , açıq cins şalvarı buna misal ola bilərdi.

"Günün necə idi?" Mələk Elşadın gəlib onun yanında oturmasını izlədi və son anda əlindəki səbətə diqqət yetirdi. "Onlar nədir?"

"Yasəmən qadına, yasəmən çiçəkləri." Elşad səbətdəki gülləri Mələyin qarşısına qoydu. "İstəmədim başqa insanlar da yasəmən alsınlar, yasəmən kimi qoxsunlar ya da nə bilim evlərindən yasəmən iyi gəlsin." Elşad Mələyin əlini ovcuna alıb biləyindəki damarların üstündə barmaqlarını gəzdirdi. "Bu sənin qoxundur, sənin qanına qarışıb damarlarından axır sanki. Başqa birində bu iyi duymaq istəməzdim." Mələk gülümsədi.

"Elşad, bilirsən də, şəhərin bir çox yerində yasəmən satılır. Elə bir şey istəyirsənsə, hamsını almalısan." Elşad bir anda ayağa sıçradı və Mələyin də biləklərindən tutub qaldırdı. Yenidən hərəkətə gələn mehlə həm Elşadın yandan ayrılan uzun saçları , həm də Mələyin saçları bir müddət dalğalandı.

Yarım Qalanlar.Where stories live. Discover now