19-Rəssamdır.

227 32 5
                                    

Salam hər kəsə. Və bu da yeni bölüm. Ümid edirəm bəyənəcəyiniz bir bölüm olar. Multidəki mahnı onsuz qısadır. Və eləı bölümə onu dinləyərək başlamanız məsləhətdir. Bu arada yeni kitabımı kitabxananıza əlavə etmisinizmi? "1,2,3!Başla!" adlı kitabımda daimi oxucularımı görmək məni çox sevindirər. Nəysə xoş oxumalar sizə.)

"Hiçbir şey, her şeyi unutabilmenin verdiği huzurdan daha değerli olamaz." Orhan Pamuk

Qapaq qalxar-qalxmaz balerin tək ayağının üstündə fırlanmağa başlayırdı. Zərif paltarı , incə ayaqları və havada bir-birinə qovuşmuş əlləri ilə alınan görüntüsünə saatlarla baxmaq olardı. Qırmızı zəmində qızılı naxışlar və balerinin qızılı görüntüsü xüsusi ahəng yaradırdı. Və o musiqi. Bir çox insanın qulağına tanış olan , çoxlarının "Romeo və Julyetta" deyə adlandırdığı həzin melodiya. Musiqi sona çatır , bir az fasilə yaranır , sonra yenidən oxumağa başlayırdı. Ancaq balerin dayanmır , durmadan tək ayağı üstündə fırlanırdı. Elşad balerini ehmalca qutudan götürüb əlinə aldı. Barmaqlarının ucunda bir qədər saxlayıb , diqqətlə incələdi. Balerini yerinə qoyduqdan sonra qutunun qapağını örtdü. Ətrafa nəzər salanda hələ də heç kim görünmürdü. Ona görə də balaca uşaq sevinci ilə qutunun qapağını yenidən açmaq üçün arxasına döndü. Həvəslə yenidən qapağı açanda tanış melodiya ilə balerin fırlanmağa başladı.

"Bir dənə qalıb." Elşad icazəsiz bir əşyaya toxunmuş uşaq kimi qutunun qapağın örtüb arxasına döndü. Kürən saçlı qız gülümsəyərək Elşada baxırdı. "Hədiyyəlik alırsınız yəginki. Zövqlü seçimdir. " Elşadın heç nə demədən dayanması ilə qız bir az təəccübləndi. Elşadın uzun saçları və özünü qəribə aparması onu ürkütməyə başlayırdı.

"Bəli. Əslində xeyr. Sadəcə baxırdım. Bizim evdə də var idi bundan. Anamın üzüyü var idi içində. Sonra nə oldu heç bilmirəm. Ancaq bizdəki belə deyildi. Yanından bururdun elə oxuyurdu. Qalan şeylər eyni idi. Balerinin rəqsi , musiqi. Yox , əslində bunun içində künclərdən işıq var. Bizdəkində yoxdur." Elşad dediyi cümlələrlə satıcı qıza daha qəribə göründü. Ancaq o müştəri idi və onunla xoş danışmalı , malını satmalı idi.

"Yeni birini ala bilərsiniz ananıza. Qarşıdan da 8 mart gəlir."

"8 martlarda anama həmişə gül alıram. Dəyişiklik olsun istəmərəm." Elşad heç sıxıntı çəkmədən dedi. " Ancaq siz yenə də verin bunu."

***

Elşad martın ilk günləri ilə gələn günəşli havanın təsirindən qəhvəyi kurtkasının qabağını açıq qoyub İçərişəhərin küçələrində irəliləyirdi. Havanın gözəl olmasından istifadə edən yalnız o deyildi. Şəhərdəki onu hər zaman narahat edən sıxlıq da öz yerini almışdı. Kefsiz idi deyə ətrafdakı insanlara bir o qədər diqqət etmirdi. Hətta şəkil çəkdirmək istəyən iki turistin birlikdə şəkillərini də çəkməyi rədd etmişdi.

"Necəyik bu gün?" Elşad açıq qapıdan girən kimi yüksə əhval-ruhiyyə ilə soruşdu.

"Şükür. Sən?" Müəllimi kiçik atelyesində divara söykədilmiş balaca divanda oturmuşdu.

"Belə də." Elşad əlindəki paketi bir kənara qoyandan sonra atelyeninin içində gəzməyə başladı.

"Mənim yasəmənlərim hanı?" Bir qədər axtarışdan sonra şəkli tapmayanda soruşdu.

"Nə yasəmənləri?"

"Yasəmən ağaclı tablo."

"Hə. Satdım onu. Səhər bir-iki nəfər gəlmişdi." Elşad bədənindən qanın çəkildiyini hiss edirdi.

Yarım Qalanlar.Where stories live. Discover now