29- Yazıq kimi.

27 1 1
                                    


Heyooo, yeni bölümlə gəldim. Aradan xeyli müddət keçib deyə yazarkən özüm də bir az qopuqluq hiss edirəm. İnanıram ki, zamanla düzələcək. Yazmaq praktikam geri qayıdacaq. Sizə xoş oxumalar. Mutli Elşad.

Dayanacaq qabaqda idi. Bir-neçə addım uzaqlığında. Ancaq bu bir-neçələr bitmək bilmirdi. Şəhərin bütün səsləri eyni yüksəklikdə eşidilirdi. Dükanlardakı insanların söhbətləri , yoldan keçən maşınlardan gələn küy , ətrafda hərəkət edən insanların danışdıqları ahəngdən , harmoniyadan uzaq halda qulaqlarına əziyyət verirdi. Tezliklə burdan uzaqlaşmalı idi. Ona nə demişdi ? Müdiri ona qadına niyə baxırsan demişdi. Elşaddan bunu gözləyirdi. Elşadın belə bir şey edə biləcəyini düşünürdü. Tezliklə burdan uzaqlaşmalı idi. Bütün səslər eşidilməyənə qədər burdan ən uzaq yerə qədər getməli idi. Dayancaq yenə də qabaqda idi. Bir-neçə addım uzaqlığında. Ancaq ora heç cür çata bilmirdi. Elşad fikirlər beynində tüğyan edərkən sürətlə addımlamağa davam edir, ətrafında baş verənlərə diqqət etmirdi. Nəhayətində, sərt bir cismə-bir nəfərə dəyəndə bir an ayıldı. Toqquşduğu adam Elşadın səndələyib dayanmasını izlədikdən sonra ona yüksək səslə qışqırmağa başladı. Elşad hələ də ona diqqət etmirdi. Bu isə qarşısındakı oğlanı həm əsəbləşdirir, həm də onun sakit dayanmasından istifadə edib öz əsəbini onun üstünə tökməsinə imkan yaradırdı. Elşad bir an başını iki yana yellədikdən sonra nəhayət adama diqqət etmişdi.

- Korsan? Yoluna bax yeriyəndə,- Elşad diqqətlə ona baxmağa başlamışdı,- Mən boyda adamı görmürsən?
- Mən fikirliyəm görmürsən? Mən baxmıram sən bax. Sən də mənə dəymisən, - olduqca sakit səslə demişdi. Çünki hələ də fikri mağazada baş verənlərin yanında idi və ona görə problem yaransın istəmirdi.
- Nə deyirsən sən? İçkili filansan? Fikir ver özünə, - cüssəcə Elşaddan iri olan adam artıq bu arıq oğlanı sadəcə mənəvi olaraq əzib bundan həzz almaq niyyətində idi.
- Üzr istəyirəm, indi əl çək, - Elşad arxasını çönüb getmək istəyəndə adam onu çiynindən tutub özünə doğru çevirdi. Hələ də çiynini tutmağa və onu sıxmağa davam edirdi.
- Üzrü başa düşdüm. O biri nə idi dedin?- Adam sözlərini tək tək yavaş-yavaş deyəndə Elşad əvvəlcə onun çiynini sıxan əlinə sonra isə gözlərinin içinə baxdı.
- Əlini çək, gedim. Dalaşmaq istəmirəm həqiqətən,- Bu sözləri deyəndə Elşad yenə də sakit idi. Lakin onların ətrafına artıq bir-neçə nəfər toplaşmışdı.
- Sən kimsən ki, mənlə dalaşasan?- adam isə onu elə saxlamaqdan və sözləri ilə əzməkdən həzz alırmış kimi idi.
- Bəsdi,- Elşad hələ də gözlərinin içinə baxırdı.
- Nə edəcəksən?- Adam ona yuxardan aşağı baxmağa davam edirdi, - Nə edə bilərsən ki?
Elşad bir söz demək üçün ağzını açsa da başa düşdü ki, bu adam sözdən anlayan deyil. Boşda qalan əliylə onu çiynindən möhkəm itələyəndə adam bir az səndələmişdi. Sadəcə ilk qığılcımın Elşaddan olmasını gözləyirmiş kimi qısa müddət səndələməkdən sonra tez özünü toparlayıb Elşadın üzünə güclü yumruq ilişdirdi. Elşad isə onun qədər güclü şəkildə müqavimətini qoruya bilməmişdi. Arxaya doğru qeyri-ixtiyari bir-neçə addım atdıqdan sonra növbəti yumruğu da üzündə hiss etdi. Ən sonuncu yumruq isə sinəsinə dəydikdən sonra özünü saxlaya bilməyib yerə yıxılmışdı. Yerdəykən nə vaxt yumduğu məlum olmayan gözlərini azacıq aralayanda  günəş gözünə düşmüşdü və insanlar adamı ondan uzaqlaşdırmağa çalışırdı. Bir-iki nəfər qolundan tutub onu qaldıranda adamı ondan artıq uzaqlaşdırmışdılar. Kimsə bir kişi dəsmal verin deyə qışqırarkən onu yaxınlıqdakı məhlə arasında bir skamyaya gətirdib oturtmuşdular. Dodağının kenarından axan qan ağzına gəlib çatanda xəsarət aldığını yenicə anlamışdı. Bir kişi dəsmalı yarasının üstünə vurarkən ağrını ilk dəfə hiss edirdi. İnsanlar onun başına toplaşıb bir şeylər danışırdılar. O isə son beş dəqiqə içində baş verənlərə anlam verməyə çalışırdı. Üzündən axan qanları gah əliylə gah da əlinə tutuşdurulan dəsmalla silərkən bir nəfərin sözünü eşidib düşündü: "Dalaşa bilmirsən, dalaşma da, sənə lazım idi döyülmək?"  Lazım deyildi və dalaşmamaq üçün çalışmışdı. Ancaq indi haqsız və döyülmüş vəziyyətdə oturub bir-bir insanların ondan uzaqlaşmasını izləyirdi. Sonunda hər kəs dağıldıqda tanımadığı bir məhəllə, yaralanmış üzü, toz-torpaq olmuş paltarları və qanlı dəsmalı ilə skamyada oturub bu gün baş verənləri düşünürdü.
***
"Deməməli idim, deməməli idim. Nə edəcəm indi? Ya gedib hamıya desə, ya hamı məni pis tanısa? Onda nə edəcəm? Niyə dedim ki? Özdə qrupda ən güvənmədiyim qəribə adama, ən deyilməyəsi adama dedim. Ama Müşfiq eləməz ki, o pis adam deyil. Keçən gün məni qorudu. Az qalsın yıxılırdım o saxladı. O məni qorudu. O qədər də pis adam sayılmaz. Həqiqətən pis olsa, olmaz. Desə həm əlinə nə keçəcək?" Leyla dayanmadan Müşfiq haqqında düşünərkən özünü günahlandırmağa da davam edirdi. Səhər özü haqqında nə qədər yeni qərarlar almış olsa da indi peşman olmuş yenidən özgüvənsiz, qorxaq halına geri dönmüşdü. Bunlar hamsı onun əslindələrsiz, kaşkilərsiz həyatına başlamasındakı ilk addımları idi. İndi bir nəfərin bütün olan bitənləri bilmiş olması reallığı ilə dayanıb bundan sonra olacaqları izləməli idi. Leyla avtobusun pəncərəsindən çölə baxmağa davam edərkən düz elədim ya səhv mövzulu fikirlər onu rahat buraxmırdı. Şoferin onu səsləməsi ilə bir anlıq nəhayət fikri başqa yerə yayınmışdı.
- Xanım, sonuncu dayanacaqdır. Düşəcəksiz?
Leyla başını çevirəndə aydın oldu ki, düşməli olduğu yerdən keçib. Ona görə də avtobusdan düşüb qalan yolu yeriyərək getmək qərarı aldı. Bugünkü təmiz havada yerimək onu yəqinki fikirləri ilə olan mübarizəsində bir qədər yaxşı hiss etdirəcəkdi.

***
- Elşad! - Ceyhun nəhayət bir müddətdir axtardığı dostunu tapmışdı. Küçə lampasının işığında özünü sıxmış vəziyyətdə oturub yerə baxarkən çox acınacaqlı görünürdü. Ona tərəf addımladıqda Elşad astaca başını qaldırıb Ceyhuna baxmağa başlamışdı. Ceyhun Əvvəlcə onun yaralanmış üzünə sonra əlində tutduğu qanlı dəsmala baxdı. Ona nə olmuşdu? Elşada nə etmişdilər? Axı o davakar biri deyildi. Niyə bu vəziyyətdə idi?

- Məni necə tapdın?- Elşad heç nə baş verməmiş kimi soruşdu.

- Sən? Sən niyə beləsən? Kimlə dalaşmısan?- Ceyhun əli ilə Elşadın alnından tutub diqqətlə üzünə baxdı. Dodağının kənarı patlamışdı, - Nə oldu danış mənə?

- Niyə? Sən də gedib onu vuracaqsan?- Elşad Ceyhunun əlini üzündən aralayıb dedi.

- Olar ki bir dəqiqə heç olmasa ciddi olasan? - Ceyhun səsini bir az ucaltmışdı, - başa düşmək istəyirəm nə olub? Kimsə səni belə vurarkən sən nə edirdin?Nə qədərdi burda belə oturmusan? Yazıq kimi görünürsən. Niyə beləsən ?- Ceyhun əsəblə sözləri sadalayarkən Elşadı daha diqqətli izləmişdi. Arıqlamışdı, saçları, saqqalı uzanmışdı. Qəhvəyi kurtkasına bürünüb oturmuş, üzü də qanlı idi.

- Yazıq kimi,- Elşad əllərini kurtkasının cibinə qoyub üzünü Ceyhundan başqa istiqamətə çevirdi, - Axır ki, özümə yaraşan sözü tapdım- yazıq kimi. Təşəkkür, Ceyhun, əziz dostum.

- İndi yenə fəlsəfə etməyin yeri deyil de görək nə olub?- Ceyhun ayaq üstə yenə də narahat və əsəbi halda soruşdu.

- Evə getmək istəmirəm ona görə burda oturdum. Yazıq kimi. Sən demədin. Necə tapdın məni?

- İş yerindən bir az uzaqlaşmısan. Orda yox idin. Telefona cavab vermirdin. Çətin olmadı. Bax mən sənə cavab verdim. Sən də mənə cavab ver, - Ceyhun nəhayət bir az sakitləşə bilmişdi. Son cümləsini dedikdən sonra Elşadın yanında oturdu.

- Yolda biri ilə toqquşdum. Mübahisə elədik və mənə vurdu,- Elşad dükanda olanları deməməyi düşünmüşdü, - böyüdüləcək bir şey yoxdur. Burda da ona görə oturdum ki, sadəcə evə getsəm atam nə olub və sair suallar verəcəkdi. Bir az oturmaq istədim. Vaxta diqqət etmədim. Qaranlıq düşüb.

- Bəs sən? Sən axı dava edən deyilsən? Necə oldu?- Ceyhunun səsindəki narahatlıq hiss olunurdu.

- Eləmək istəmirdim. Tərs adam idi. Nə bilim. Vurmağa adam axtarırmış. Eh Ceyhun, bu qədər detallarla maraqlansansa, gələn dəfə kimsə məni vuranda gəl tamaşa et.

- Axmağın birisən. Dur, dur gedək evə ya da bizim evə, - Ceyhun bir az gülümsəmişdi.

- Evə getmək istəmirəm. Sizə də getmək istəmirəm. Sənin anan mənim atamdan çox sual verəcək. Evdəkilərə də döyülmüş halımla görünmək istəmirəm.

- Bəs nə edəcəksən?

- Bilmirəm. Bəlkə Mələyə deyim. Tək yaşayır. Onun evinə gedim?- Bir az dayandı. -Yox. Yaxşı çıxmaz.

- Nə yaxşı ki ağlına gəldi. Nə işin var tək qızın evində? Qonşular nə düşünər qızın haqqında.

- Hə əsas qonşular nə düşünərdi,- Elşad yarımağız şikayətləndi.

- Sizin münasibətiniz necədir yeri gəlmişkən?

- Yaxşıdı. Hətta yaxşı olan tək şey odu. Bildim hara gedəcəm.

- Bəlkə elə öz evinə gedəsən? Bir az ləngisək gec olacaq onsuz atan sənə fikir verməz. Versə də sənlik heç nə yoxdur. Hamının başına gələ bilər.

- Bəzi şeylər hamının başına gəlmir, Ceyhun, -Elşad nəhayətki bir-neçə saatdır oturduğu yerdən qalxıb üst-başını çırpdı, -Gedək.

Nə oldu da Elşadı belə vurdular? Bundan sonra Elşad mağazaya qayıdacaqmı sizcə?

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: May 07, 2020 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Yarım Qalanlar.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin