7-Yağışı dinlə.

304 37 16
                                    

Mən gəldim. Özdə yeni bölümlə. Bilirəm qısadır. Ama yazan kimi paylaşmaq istədim. Növbəti dəfə uzuuuuuunn bir bölümlə əvəzini çıxardaram ümid edərəm.

"Bir qızın yanında başqa bir qızı alçaltmaq , qız niyə? Bir insanın yanında başqa bir insanı alçaltmaq. O qədər xaraktersiz ola bilməzsən. Ya da elə o qədər xaraktersizsən. Çıxıb cəhənnəm ol. Ya indi çıxıb gedirsən ya da mən mühafizə çağırıram.Bilirsən nə var? Burda mənlə Ceyhun davası döyməyin çox yersizdir. Bizim aramızdakı münasibət səni maraqlandırmamılıdır. Və hər nə qədər ayrılmış olsaq da dostunun sevdiyi qızla belə danışa bilməzsən. Məni sevmirsən bilirəm, ən azından dostuna hörmət et. Bir qızın yanında başqa bir qızı..." Elşad başını əllərinin arasına almışdı. Var gücü ilə gicgahını sıxır ama beynində dönən cümlələrin təkrarlanmasının qarşısını ala bilmirdi. Hər cümlə ayrı-ayrı təkrarlanır , hər təkrarlandıqca da xüsusi əziyyət verirdi. Vicdanını nə qədər basdırmaq istəsə də inadla qəlbinə yerindən söküləcək kimi işgəncə edirdi. Artıq dözə bilmirdi. Gülşənə Mələk haqqında dediklərindən sonra bir anda əli-ayağı əsmişdisə, Leyla nə hala düşmüşdü? Ya Ceyhun onu belə pis bir yaraşdırmaya daxil etdiyini bilsə Elşada nə deyəcəkdi? Yavaş-yavaş damcılayan yağışın bir damcısı kurtkasının boynundan içəri düşəndə kürəyinin arasından süzülən soyuq suyla bir anlıq düşüncələrdən azad ola bilmişdi.

"Bir bu əskik idi." Oturduğu yerdən əsəblə qalxanda restorandan çıxıb tələsik addımlarla irəliləyən Mələyi gördü. Gülşən onu restorandan qovandan bəri dediklərini düşünmüşdü. Düşündükcə hər nə qədər yorulsa da sonunda işləri düzəltmək üçün bir qərar ala bilmişdi. İndi isə etməli olduğu şey aldığı qərarın arxasınca getmək idi. Və onu da etdi.

"Mələk." Nəhayət yanına çata bilmişdi. Mələk də onun kimi özü burda olsa da ruhu başqa yerdə kimi idi. Çünki Elşadın səsini duyanda bir an duruxdu.

"Bəli." Mələk bir əlini saçına atıb bir-neçə gündür yumadığı üçün yağlanan saçlarını canlandırmağa çalışdı. Bugünkü davranışından sonra Elşadı bir də burda görmək onu həyəcanlandırmışdı.

"Necəsən?" Görəndə demək üçün əzbərlədiyi bütün cümlələr Mələyin gözlərindəki mavi dənizi görən kimi yelkənlərini endirib fırtınaya təslim oldular.

"Yaxşıyam." Mələk Elşadın nə etməyə çalışdığını anlaya bilmirdi.

"Hə, əlbəttə , məni soruşmayacaqsan. Sənin bir-neçə dəfə xətrinə dəymiş ola bilərəm." Elşad yağışın damcıları altında burnuna dolan yasəmən qoxusu ilə özünü itirməkdən qorxurdu. Ama ona təsir edən bir digər şey isə fırtına qabağı səssizliyə bürünmüş okean kimi üstünə dikilmiş bir cüt mavi göz idi. Əlindən gəldiyi qədər özünü göz kontaktından uzaq tutmağa çalışırdı. Ama yasəmən qoxusu ilə bağlı nə edəcəyini bilmirdi. Lənətə gəlmiş şalın qoxusu get-gedə azalırdı ama indi Mələyin açıq boynundan ətrafa yayılan bahar çiçəyinin ətri Elşadın məntiqli düşünə bilməməsinə də səbəb olurdu. Mələk qarşısında dayanan adama necə baxacağını, nə deyəcəyini, ümumiyyətlə bu adamın nə istədiyini anlaya bilmirdi. Ona qarşı çox kobud rəftarları olmuşdu Elşadın. Ama bu gün restoranda bir az yumşaq idi. Bəlkə də o da hansısa xətrinə dəyəcək cümlələr üçün yeni abzas boşluğu idi, bilmirdi. Qəlbindən keçən əsl istəklər isə Elşadın ona dediyi cümlələri unutduracaq həddə xoş sözlər deməsi idi.

Yarım Qalanlar.Where stories live. Discover now