6- Aya vurul.

471 42 26
                                    

Günlerdir bu bölümü yazıram. Niyese çox hevesle yazdım ve hevesle oxunacagını ümid edirem. Multi- Gülşen.

"İnsan niyə göy cisimlərinə inanmağa başladı? Başqa planetlərdə həyat varmı görəsən? Və o başqa planetlərdəki varlıqlar bizim mavi topu xatırladan kürəmizə baxıb ona sitayiş etmək, inanmaq haqda düşünüblərmi? Ay. Mən deyərdim ki, bu dünyadakı sevgililər üçün ən yaxşı görüş yeridir. Onun işığı ,üzündəki cızıqlar. Ləkələr. Üzündə çapıqları olan gözəl qadınları xatırladır mənə Ay. Nə qədər gözəl olsa da yaraları nələr çəkdiyini göstərir. Mən Ayın vurğunuyam. Gözəl bir qız istəyirdim cavan vaxtı. Ama heç vaxt görüşə bilməzdik. Axşamlar Aya baxıb düşünərdim, o da mənlə eyni göy üzünə baxır indi. Və bəlkə də bu bizim görüşümüzdür. Ama elə deyilmiş. Bilirsən necə bildim?Biz sonra evləndik. Nə qədər çalışsam da onda göy üzünü izləmək vərdişini yarada bilmədim. Gecə uşaqlar yatandan sonra eyvanda oturub Ayı izləyərək çay içmək. Mənim üçün tək istirahət bu idi. O da yanımda olsun istəyərdim. Ama çayımı verib gedirdi. Yanımda deyil indi. Bax o ulduzlardan da Aydan da uzaqdadır. Əgər məni azacıq da olsa tanıyıbsa, indi göy üzündə onu izlədiyimi bilər. O da mənə gülümsəyər. Hər digərlərindən bir az daha parlaq olan ulduzu o hesab edirəm. Hər gün bir başqa ulduza baxıram. Ay deyil. Ay ola bilməz. Ətrafına səpilmiş bir ulduz ola bilər. Ama Ay ola bilməz. Bax , qızım, bir ulduza vurulsan , onu milyonlar içində axtarmağa məcbur olacaqsan. Vurulacaqsansa bu Aya vurul. Bu qədər. Mən sənə ancaq bunu deyə bilərəm. Sevgidən yoxsun insanlar var aramızda. Başa düşmürəm insan necə sevgisiz yaşaya bilər? Mən yoldaşımı iyirmi yaşımdan sevirəm. Nə olsun ki, indi həyatda deyil? Elə bilirsən unutmuşam? Unutmamışam. Unutmaram. Unutduğum gün həqiqətən ölər. Və o ölsə, mən də ölərəm ." Yaşlı adam gözlərini bir an belə olsa, ovsunlandığı göy üzündən çəkmədən danışırdı. Hər cümləsində ayrı-ayrı hiss etdirirdi darıxdığını. Və hər cümləsində tək-tək izah edirdi sanki məhəbbətin necə bir duyğu olduğunu. Onun gözləri ilə baxmaq fərqli olardı göy üzünə. Düşünün ki, onun milyonlar dediyi ulduz sayı əslində milyardlardan da çoxdur. Və o, göy üzündə doğma birinin ona gülümsədiyini zənn edərək hər gecəsini səmanı izləməklə keçirir. Ümid edir ki, orda sevdiyi biri var. Və ona gülümsəyir.

"Danış görək, sən kimini itirmisən? Gözlərin o qədər donuqdur ki, elə bir orda zaman durub. Neçə il əvvəldə ilişib qalıb baxışların?" Qız gözlərini düz baxdığı istiqamətdən çəkmədən dərindən nəfəs aldı. Və sonra danışmağa başladı:

"Mən oyun başlamadan uduzanlardanam. Və ulduzlar. Mən ora baxa da bilmirəm. Çünki baxsam mənə gülümsəyəcək biriləri olduğunu zənn etmirəm." Yaşlı adam yüksək səslə güldü.

"70 yaşın varmış kimi danışırsan. Görmək istədiyin bir kimsə də yox? Aya bax və xəyal et ki, o da baxır bu dəqiqə eyni aya." Adam yanında oturan qıza baxdı. Donuq baxışlarını istiqamətlədiyi yerdən çəkmirdi. Bir dərdi var idi. Məlum idi. "Səni göy üzündə izləyən kimlərinsə var. Ama başını qaldırıb baxmağa üzün yoxdur." Oyanmış kimi əllərinin arasına aldı üzünü cavan qız. Yaşa və təcrübəyə güvənmək lazım idi. Yaşlı kişinin dedikləri doğru idi. Və bunu bilirdi. Ona görə də deyəcək bir sözü yox idi. "Aya bax sən. Ulduzlara fikir vermə. Ulduzlarında kimin qaldı bilmirəm, ama Ay sənin üçün yeni biri ola bilər." Qız ayağa qalxdı. Tanımadığı biri ilə bir qədər söhbət yaxşı hiss etdirmişdi. Ama bu da bir yerə qədər maraqlı gəlmişdi, sonrasında artıq getmək vaxtının gəldiyini hiss etmişdi. Ayağa qalxıb yaşlı adama ən səmimi təbəssümü ilə gülümsədi.

Yarım Qalanlar.Tempat cerita menjadi hidup. Temukan sekarang