4-Salam, Melek.

433 36 18
                                    


Multi-Melek. Men obraza çox yaraşdırdım bu qızı. Siz de fikirlerinizi bildirseniz sevinerem.

Küləklər şəhəri dönüb olandan bəri İşıqlar şəhəri insanları da şəhərə uyğunlaşmağa çalışırlar. Ad günü olan qız qara uzun qol bir donda idi. Ama yaxasında restoranın işıqları altında işıldayan bir boyunbağı var idi. Bu gün onun günü idi. Ətrafa xoşbəxtlik saçırdı. Əslində olansa, bir yaş da qocalmışdı. İnsan qocalmasına niyə sevinirdi ki? Bəs onu sevən insanlar ? Niyə birinin yaşlanmasını bu qədər təntənə ilə qeyd edirdilər? Mələk ətrafdakı insanları izləyir, atmosferə uyğun olmayan görkəmi ilə qəribə baxışlara məruz qalırdı. Əslində ona çox da diqqət edən yox idi. Divanda oturub saymazyana baxan adamı çıxmaq şərtilə. Nə demişdi o? Ofsiantları dəvət edəcək qədər səviyyəsi düşmüş demişdi. Bunu Mələyə demişdi. Bir dəfə görməsi ilə necə də bir fikir qurmuş beynində, yazıb-pozmuşdu Mələk haqqında. Dediyi cümlə ilə Mələk nə edəcəyini, nə deyəcəyini bilməmiş əli-ayağına dolaşmışdı. İllərdir ətrafında tikdiyi buzdan qəsri bir andaca paramparça olmuş, qırıntıları ətrafa yayılmışdı. Hər buz parçası sanki yerə dəydikdə ayrı-ayrı əks-səda verirdi. Və eyni cümlələr "Bu qədərmi düşdü Aygün?", "Ad gününə ofsiant çağıracaq qədər?" "İşləməyə gəlmisən yoxsa?" . Buzları kaş parçalara ayrılmaq yerinə ərisə idi. Əriyib suya dönsə idi, su olub divana qarışsaydı. Elə burdaca alçalmaq yerinə yox olsaydı. Ama artıq deyilən deyilmiş , Mələk sınmış, Elşad şah əsərindən həzz alarcasına bir tərəfə çəkilib paramparça olan qıza baxmağa başlamışdı.

Leyla söhbət etdiyi qızların yanında ayrılıb iri təbəssümlə divanda donmuş vəziyyətdə qalan Mələyin yanına yaxınlaşdı. Mələyin halı ona maraqlı gəlsə də sakitliyinə verib bir şey soruşmadan sözə keçdi.

"Tanış oldunuz siz? Bu Elşad, Mələk. Sənə demişdim səni xüsusi biri ilə tanış edəcəm." Sonra isə Elşada döndü: "Elşad, Mələk budur. Gördüyün kimi mələk kimi də qızdır." Elşad baxışlarını bir Leylaya bir də Mələyə çevirirdi. Bu ola bilməzdi deyilmi?

"Sənin Mələk bu Mələk? Biz tanışıq onsuz, Leyla." Elşad bu dəfə baxışlarını Mələyə sabitlədi. "Tanış sayılmarıq da sadəcə görmüşük bir-birimizi."

"Necə? Harda? " Mələk qaşlarını düz bir xətt halına salmış Elşadın növbəti cümləsini gözəyirdi. Bir ümid bəlkə parçalanmış hissələrini toplayar deyə.

"Elə restoranda. Ama sən xadimədir demişdin. Mən ofsiant olaraq görmüşdüm." Leyla Elşada təsdiqləməyən baxışlarla baxdı.

"Nə sayıqlayırsan sən? Nəsə içmisən?"

"Arada elə dəyişikliklər olur." Mələk əlində möhkəm sıxdığı şalını cəld boynuna salıb ayağa qalxdı. "Tanış olduğumuza görə gedə bilərik, Leyla?"

"Təzə gəlmişdiniz, bir az oturaydınız." Mələk Elşadın üzsüzlüyünə sadəcə üzünü buruşdurdu və arxasını döndü. Leyla da nə olduğunu başa düşmədiyi üçün Mələyi izləməyə başladı. Azacıq hündür dabanı olan ayaqqabısı Mələk hər addım atdıqca zəmində səslər çıxarırdı. Sanki o irəlilədikcə getdiyi yerlərə zərbələr endirirdi. Bu zərbələrin də səsini Elşadın eşitdiyindən əmin idi. Elşad qızların ardınca bir qədər baxdı. Mələk üzlü, Mələk adlı qız ətrafına soyuqluq saçaraq çıxdı restorandan. Ardında ondan geriyə buz parçaları və bir tərəfə qısılıb qaşları çatılmış bir Elşad qalmışdı.

Restoranın çıxışına gəldikdə addımlarını tezləşdirib ordan uzaqlaşmağa çalışırdı. Leyla artıq burda başqa nəsə olduğunu anlamışdı.

Yarım Qalanlar.Where stories live. Discover now