12-Yuxu.

302 42 21
                                    


Necesiz canlar? Qısa ve ilk defedir ki, bir defeye oturub bitirdiyim bir bölümle qarşınızdayam. Multi- Elşad.

"Qaranlıq idi hər yer. Meşə kimi bir yerdə idim. Filmlərdə olur e. Hündür , yoğun gövdəli ağaclar elə bir meşə idi. Orda nə edirdim, nə vaxt gəlmişdim, o meşə hara idi bilmirəm heç. Nəysə , bir az irəlilədim ağacların arasında. Onda hardansa, hardansa musiqi səsi gəlirdi. Çox uzaqlardan. Əslində nə olduğunu ilk başlarda anlamamışdım ama sonra ayaqlarım məni musiqiyə doğru aparanda musiqi daha da yaxından gəlirdi artıq sanki. Sonra necəsə musiqinin gəldiyi yerə gəlib çatdım. Bura meşənin ortasında boş bir yer idi. O uzun ağaclar yox idi artıq. Dairəvi boş bir ərazi. Ayağımın altında boz torpaq var idi. Sanki burda heç vaxt heç nə yetişməmiş və yetişməyəcəkdi. Əvvəlcə orda olub olmadığından əmin deyiləm ama baxışlarımı yerdən qaldıranda bu boş yerin ortasında köhnə qəhvəyi bir piano olduğunu gördüm. Pianonun ayaqları torpaqdan görünmürdü. Sanki illərdir orda imiş kimi idi. Pianonun dilləri bir-bir basılır və o gözəl musiqi ətrafa yayılırdı. Ama pianonu çalan heç kim yox idi. Yavaş-yavaş pianoya irəlilədim. Hələ də dillərə sanki görünməz iki professional əl hökm edirdi. Pianonun yanına çatmışdım. Qaşlarımı çatıb bu görünməz əllərin məharətini izləyirdim. O an niyəsə içimdən göyün üzünə baxmaq gəldi: o əsrarəngiz gözəllik məni ovsunlamağı bacardı həmişə olduğu kimi. Ay aypara halında ulduzları da başına toplamış gecəyə möhtəşəmlik qatırdı. Və o an çalınan bu möhtəşəm musiqini tanıdım:

-Ay işığı.

Səsin hardan gəldiyini görmək üçün tez arxama döndüm. 20li yaşlarında gənc bir qız üstündə ağ bir paltarla o boz torpağın üstündə oturmuş əlləri ilə dizlərini qucaqlamışdı. Qəhvəyi dalğalı saçları və eyni saçları rəngdəki gözləri ilə onu tanımamağım mümkün deyildi: o mənim anam idi.

-Çala bilirsən, Elşad?

Anam öldüyü yaşda-gənc bir qız görkəmində idi. Üstündəki ağ uzun paltarla bir mələyə bənzəyirdi.

-Çala bilmirsən? Bəs musiqini tanıdın?

Qeyri-ixtiyari özümə baxdım. Əllərimə, ayaqlarıma. Mən hələ də öz yaşımdaydım və halhazırda anamla yaşıt kimi görünürdüm.

-Mən , mən tanıdım. Ay işığı. Bethoven.

Anam oturduğu yerdən qalxmadan mənə gülümsədi:

-Musiqi məktəbinəmi qoydu yoxsa atan səni? Mən mənim kimi rəssam olacağını xəyal edirdim halbuki.

Musiqiyə çox marağım yox idi. Olsa da atam məni musiqi məktəbinə qoymazdı.

-Bəs bu musiqinin hekayəsin bilirsən?

Anam ayağa qalxdı nəhayətki. Yanımdan keçib pianoya yaxınlaşdı. Hələ də görünməz əllər pianonu çalırdı. Mən də anam tərəfə döndüm. Atamı başa düşürdüm indi. O cür ciddi və sərt adamı ancaq belə bir qız ovsunlaya bilərdi. Ağ paltarı ilə qəhvəyi pianonun yanında ay işığının altında parlayan bu qız, sehirli barmaqlara sahib olan bu insan, hər təbəssüm etdikcə sanki bütün dərdlərim azalırmış kimi hiss etdirən bu xanım bu möcüzə mənim anam idi.

-Kor bir qıza.

Sözlər boğazımda düyümləndi. Sonrasın gətirə bilmədim.

-Kor bir qıza Ay işığının necə olduğunu izah etmək üçün bəstləmiş bunu bəstəkar. Həm də bədahətən. Sehirli barmaqlar, sehirli ruhlar , möhtəşəm vergilər. Yaradıcı insan olmaq seçilmişlik deməkdir məncə. Səncə də elə deyilmi?

Yarım Qalanlar.Where stories live. Discover now