Qəribəliklərə dolu olan Elon Musk bu dəfə də insan beyninə yerləşdirəcəyi biochiplə elm dünyasını sirkələyib. Bu çip sayəsində sözün həqiqi mənasında telepatiya qüvvəsinə sahib olacaq, başqalarının fikirlərini oxuyacaq və öz fikrinizi başqaları ilə paylaşacaqsınız. Bu çiplərə sahib insanların fikirləri kosmosdakı starlink peykləri vasitəsilə tutulacaq və bir fikir interneti yaranacaq. Üstəlik beyniniz bluetooth vasitəsilə telefona bağlanacaq və fikirləşərək telefonunuzda müxtəlif əməliyyatlar həyata keçirə biləcəksiniz. SpaceX və Tesla kimi nəhəng şirkətlərin CEO su olan Elon Musk bir neçə gün əvvəlki çıxışında bildirib ki, bu çip insan tükünün onda biri qalınlığında olan 1000 teldən ibarət olacaq. Bu çip Çip Apple-ın (AAPL) Macbooks tərəfindən istifadə edilən USB-C portu ilə təchiz edilib və Bluebooth vasitəsilə qulağın üstündən kiçik bir kompüterə və smartfona qoşulur. Musk deyib ki, əgər bir beyinə bir şey salırıqsa bunun böyük olmamasını istəyirik. Bu çiplər əvvəlcə robot, sonra isə cərrahlar tərəfindən beyinə yerləşdiriləcək. Bu zaman kəllə qutusunda 2 mm böyüklüyündə dəlik açılacaq. Çip kəllədəki dəliyi tamamilə bağlayacaq. Bu çip vasitəsilə siz yaddaşınızı artıra, özünüzə musiqi ifa etmək və ya xarici dil öyrənmək kimi qabiliyyətlər yükləyə biləcəksiniz.
YOU ARE READING
Hər şeyin hekayəsi - Elmin fonunda
Science FictionHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir