Marsda canlılar?

11 2 0
                                    

Marsda bioloji həyat axtarışı son zamanlarda elmdə sürətlə gedən proseslərdəndi. Biz də Elm Dairəsi olaraq bu sahədə olan yenilikləri hər dəfə paylaşırıq. Lakin, Ohio Universitetindən zooloq William Romoser Marsda çoxdan canlılar tapdığımızı deyir. Marsdan çəkilmiş şəkilləri incələyən Romoser burda iri böcəkləri, böcək fosillərini və ilanabənzər canlıları gördüyünü açıqlayır. Sözügedən şəkillər aşağıdakılardır.
Romoser fikirlərini Amerika Entomologiya Dərnəyinin St Louisdəki illik toplantısında açıqlayıb. O deyib:
- Marsda həyat vardı və hələ də var. Mars böcəkləri çeşidlilik göstərir. Bu da o deməkdir ki, onlar xeyli inkişaf ediblər "

Romosser qeyd edib ki, o mars şəkillərindəki böcəkləri qanadlı, qabıqlı, ayaqlı və s. növlərə ayırıb.

Ancaq Romosserin böcək olaraq adlandırdığı nəsnələrin adi qayalar olması kimi də bir ehtimal var. İnsan beyni mənasız şeylərə məna verməyə çalışarkən bizə yanlış görüntülər verə bilir. Buna psixologiyada Pareidolia deyilir. Bu yanlış müşahidə meylidir. Məsələn, buludların formasında bir heyvan ya da yazı görmək, yaxud cansız əşyalarda insan üzü görmək bu fenomenin nəticələridi. Marsın şəkillərinə baxan indanlarda da bu psixoloji hal daha əvvəllər olmuşdu. Məsələn, marsdakı qayalar bir zamanlar döyüşçü qadın heykəllərinə bənzədilmişdi.
Amma 1960- cı ildən etibarən Marsda araşdırmalar aparılır və bu araşdırmalarda 4 gəzən kosmik cihaz, 5 eniş maşını istifadə olunub. Hələ ki, Marsda hər hansı bir canlı növünün olduğuna dair real sübut yoxdur. Ona görə də Romosserin də Pareidolia yaşaması tamamilə mümkündür. Nə də olmasa, adam bütün həyatını böcəklərə sərf edib. Hər yerdə gözünə böcək görünməsi mümkündür.
Amma həqiqəti yenə də hal-hazırda marsı araşdıran curisioty cihazı üzə çıxaracaq. Bundan başqa da 2021- ci ildə marsa başqa bir araşdırma proqramı enəcək. Orda həqiqətən də böcək varsa, bunu biləcəyik.
Romosserin özü də deyib ki, bu məsələ şəkillərin daha dərin incələməsindən tutmuş, Marsdakı kosmik vasitələrin köməyi ilə araşdırılmasına qədər detallı analiz tələb edir.

Hər şeyin hekayəsi - Elmin fonunda Donde viven las historias. Descúbrelo ahora