2020 - ci ilin ən tez xəbərlərindən biri NASA - dan gəldi. Qarşımızdakı iyul ayında NASA - nın Mars roveri səyahətə çıxacaq və gələn ilin fevral ayında Marsa çatacaq. Bu cihaz Marsda həyat axtarışı üçün nəzərdə tutulub. Bu rover, Los Angeles şəhərindəki Jet Propulsion laboratoriyasında yaradıldı. İyul ayında isə Floridadakı Cape Canaveraldan kosmosa göndəriləcək.
23 kamera, Marsdakı səsləri eşidəcək iki " qulaq " və kimyəvi araşdırmalar aparacaq lazerlərə sahib rover, NASA - nın Marsı öyrənmək üçün etdiyi beşinci layihəsidi. 6 təkərli olan bu rover bir növ avtomobildi. İki metrlik qolları və direli isə həyat nişanələri görünən ərazilərdə torpağın dərinliklərini öyrənmək üçündür.
Həmçinin, bu roverin bir kiçik reaktoru da mövcuddur ki, bununla marsdan topladığı məlumatlar Yerə gətiriləcək.
Elm adamlarının dediyinə görə Marsın bir vaxtlar normal atmosferi və su təbəqəsi olub. Elə bu layihənin də səbəbi o vaxtdan qalan mikrobioloji həyatı kəşf etməkdir. Beləliklə, böyük ehtimalla yaxın 10 il ərzində ilk dəfə Yerdən başqa bir planetdə həyat tapacağıq.
ŞİMDİ OKUDUĞUN
Hər şeyin hekayəsi - Elmin fonunda
Bilim KurguHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir