Özümüzə düşünən insan deyirik. Amma həqiqətən düşünürmü? Məsələn siz, düşünərək hərəkət edirsiniz? Bir qərara gəlməzdən əvvəl doğru düzgün analiz edirsinizmi? Mən iddia edirəm ki, etmirsiniz. Çıxardığınız nəticələr və ağlınızdan keçənlərin əksəriyyəti rasional düşüncəyə zidd, həqiqilik donu geyinmiş illüziyalardır. Məsələn, gəlin yoxlayaq.
Təsəvvür edin ki, avtobusda qarşınızda əlində kitab tutmuş bir oğlan oturub. Utancaqdı, gözlərini sizdən qaçırır və tez-tez saatına baxır. Sizcə o hansı işlə məşğul olur? Müəllimdir, yoxsa əkinçi? Hansı peşəyə sahib olma ehtimalı böyükdür?
Müəllim, elə deyilmi? Nəticədə, kitab oxuyan, utancaq əkinçinin olma ehtimalı aşağıdı. Bizim ölkədə gənc oğlanlar arasında müəllimlərin az olduğunu və əkinçilərin əksəriyyətinin kitab oxuyan və utancaq olduqlarını desəm, necə? Sonuncu cümlə, həqiqətdir. Rasional analiz və statistik araşdırma bu oğlanın əkinçi olmaq ehtimalının daha çox olduğunu göstərir. Amma, siz yenə də ilk baxışdan onu müəllimə oxşatdınız.
MəsələMəsələ burasındadır ki, həyatımızla bağlı bir çox məqamda tez və instinktiv qərar qəbul etməyimiz bizə lazım olur. Sürətli bir maşın üstümüzə gələrkən maşının sürətini təxmin edib aramızdakı məsafəyə bölərək bizə nə vaxt çatacağını tapmağa çalışsaq, tapa bilmədən o biri dünyanı boylayacağıq. Amma ani bir hərəkətlə kənara çəkilmək bizim həyatımızı qurtarır. Ona görə də əksər hallarda instinktiv, çox düşünmək tələb etməyən nəticələrə gəlirik. İş görüşməsində qarşımızdakı insanın mimikalarını anlayaraq danışığımıza çəki düzən verməyimiz zəruridir. Söhbət etdiyiniz adam gözlərini bərəldib, ağzını açaraq arxanızdakı bir şeyə baxırsa təhlükədə olduğunuzu və arxanızda qorxulu bir şeyin olduğunu anlayarsınız. Pasiyentim mənə iltifat edərkən terapiyamdan razı qaldığınımı yoxsa mənimlə flirt etdiyinimi anlamaq professional iş baxımından önəm daşıyır. Və bunu adətən həmin saniyə anlayıb, flirt edirsə uyğun bir şəkildə izah edib terapiyanı kəsirəm. Həyat yoldaşınızın üzündəki ifadəni görən kimi həmin saniyə necə olduğunu anlayırsınız. Görürsünüz, analiz etməkdə nə qədər sürətli və dəqiqsiniz? Gəlin, bir də yoxlayaq.
45 x 55
Cavab neçədir? Nə oldu? O qədər də sadə deyil hə? Cavabın 2625 olduğunu anlamaq üçün sizə bir az vaxt lazım oldu, hə? Çünki, sürətli aritmetik bacarığı sizin üçün əhəmiyyət daşımır. İnsan olaraq var olduğumuz milyard illər boyunca heç vaxt 45 ədədini 55 - ə vurmağımız bizdən istənmədi. Son bir neçə yüz il xaricində belə bir hesablama sistemi belə yox idi. Bu gün də 45 - i 55 - ə vurarkən tez bir zamanda cavabın 2625 olduğunu hesablaya bilməsək heç kim bizi öldürmür və ya münasibətlərimizə son qoymur. Məsələn, cavab əslində 2625 yox, 2475 - dir. Amma siz hələ də məqaləni oxumağa davam edirsiniz. Bu hesablamaya cavab verməli olduğunuz tək yer olan imtahanlarda belə hesablama üçün vaxtınız olur. Həyati olmayan bir məsələ olmadığı üçün beynimiz aritmetikdə inkişaf etməyib.
Amma fəza ölçülərini müəyyən etmək həyati idi. Hazırladığımız nizənin uzunluğunu bizi heyvanla təhlükəsiz məsafədə saxlamasını təmin etmək üçün ya da vəhşi təbiətdə olarkən qurduğumuz müdafiə qalaları üçün. Buna görə də bunla bağlı sürətli düşüncə mexanizmimiz yarandı. Aşağıdakı şəklə baxın. Mütləq baxın. Bir birinə paralel olan xətlərdən hansı uzundur? Yəni ucluqları çıxarsaq, hansı xətt uzun olar?
Bariz şəkildə ikinci xəttin daha uzun olduğu bilinir, elə deyilmi? Bunu uşaq belə anlayar. Çox asan oldu. Amma əlinizə xətkeş alıb ölçsəniz hər iki düz xəttin eyni uzunluqda olduğunu görəcəksiniz. Buna Müller - Lyer illuziyası deyilir. Xahiş edirəm, əlinizə bir xətkeş ya da kənarı düz olan bir cisim alıb, xətlərin uzunluğunu ölçün. Sizə vaxt verirəm.
.
.
.
.
.
.
.
.
.
.
Bilirəm ki, ölçmədiniz. Tənbəl olmayın. Bir neçə saniyə vaxtınızı alacaq. Xətləri ölçün.
.
.
.
.
.
.
.
.
.
Yenə ölçmədiniz, amma nəysə. Əgər tək - tük ölçən oldusa xətlərin eyni uzunluqda olduqları ilə bağlı yalan demədiyimi anladılar. Amma onlar da yuxarıda neçə nöqtə olduğunu bilmirlər və onlara belə ikinci xətt hələ də daha uzun gəlir.Beynimiz işarələri, siqnalları, yazıları anlamaqda mahirdi. Çünki, bu bütün təkamül boyunca ov prosesində bu bizim həyatımızı qurtarırdı.
Öküz.
Bu qabiliyyət hələ də bizdə qalmaqda davam edir. Məsələn, yuxarıdakı öküz sözünü oxumadan dura bilmədiniz. Bəs, beyniniz üçün tamamilə mənasız olan bir şeyi vərdiş etdiyi bir şeylə toqquşdursaq nə olar? Aşağıda böyük hərflə başlayan sözləri oxuyanda böyük, kiçik hərfliləri oxuyanda kiçik deyin.
Böyük
kiçik
Böyük
kiçik
böyük
Kiçik
böyük
kiçik
Böyük
Kiçik
Böyük
kiçikŞübhə yoxdur ki, bu sizdə alındı. Amma beyniniz də qarışmadı deyil. Üzünüzdəki təbəssümü hiss edə bilirəm.
Məsələ burasındadır ki, bəzən bütün bu yanılmalar və sürətli nəticə çıxarmaq qabiliyyəti bizə baha başa gəlir. Belə hallara psixoloji pozuntular deyirik. Hörümçəkdən qorxmaq və sevgilisindən ayrıldığı üçün yaşadığı stresə dözməyib intihar etmək kimi vəziyyətlərə baxaq. Hər iki halda insan dərindən düşünüb, analiz etmir. Sevgilisini heç vaxt unudub, xoşbəxt olmayacağını düşünən qız sevgi yaradan hormonların kəsildiyi zaman, kortizol adlanan stress hormonunun nə qədər müddət təsirli olduğuna dair araşdırma edib bu qərara gəlmir. O ankı vəziyyətinə uyğun sürətli qərar qəbul edərək intihar edir. Eyni şey panik atak və obsesiyadan əziyyət çəkənlərə də aiddir. Buna görə də bu kimi durumlarda iki dəfə düşünməyinizi tövsiyə edirəm.
Fuad Əsədov
DU LIEST GERADE
Hər şeyin hekayəsi - Elmin fonunda
Science FictionHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir