Niyə kişi və qadın deyilən bir şey var? Niyə demək olar ki, bütün canlılar erkək və dişilərə bölünür? Erkək və dişi arasındakı fərq nədir ki? Məməli olaraq bu suala asanlıqla cavab vermək olar. Cinsi orqanlar və süd vəziləri ilə bağlı fərqi göstərmək nəyə desən dəyər. Amma bütün canlılarda belə deyil axı. Qurbağalarda elə bəlirgin cinsi orqanlar yoxdur. Ya da bitkilərdə. Amma bütün canlılarda görünən bir şey var. Erkək cinsi hüceyrələr dişi cinsi hüceyrələrindən daha kiçik və daha çoxdurlar. Bu bütün canlılarda belədir. Erkək qametlər dişilərdən daha kiçikdir. Spermatozoidlər yumurtalıqdan daha kiçikdir və s. İndi burdakı məna nədir? İki qamet birləşib yeni fərdə öz genlərinin yarısını verirlər. Eyni zamanda yeni doğulacaq fərdin embriyonuna qida da lazımdır. Dişi yumurtalar daha böyük olduğu üçün daha çox qida saxlayır özündə və bunu da doğulacaq övladı ilə bölüşür. Bəs erkək spermatozoidləri nə edir? Heç nə. Onların işi sadəcə genlərini verməkdir. Vəssalam. Qida işinə qarışmırlar. Spermatozoidlər çox və kiçik olduğu üçün bir erkək fərqli dişilərdən çoxlu sayda uşaq dünyaya gətirə bilər. Amma dişi həm yumurtalığı vasitəsilə embriyona qida daşıdığı üçün, həm də bir ilə yaxın keçirdiyi hamiləlik ucbatından bunu edə bilmir. Bir dişi il ərzində maksimum 2-3 uşağa sahib ola bilər. Erkəklərdə isə belə bir limit yoxdur. Cinsi hüceyrələrinin kiçik və tez hazırlanan olmasından dolayı erkək demək olar ki, bütün məsuliyyəti dişiyə atıb, aradan çəkilir. Erkəklərin dişiləri sömürməyə başlaması burdan başlayır.
Amma başlanğıcda cinsi hüceyrələr eyni ölçüdə idi və erkək-dişi deyə bir şey yox idi. Lakin, bəzi mutasiyalar nəticəsində nadirən də olsa bir az daha böyük qametlərə rast gəlmək olurdu. Bu böyük qametlər avtomatik avantaj əldə edirdi, çünki daxilində daha çox ehtiyat qida maddələri saxlayırdı. Amma bu vəziyyətin dezavantajı da var. Kiçik cinsi hüceyrələr böyüklərdən istifadə edirdi. Daha doğrusu böyüklərin qida ehtiyatına güvənib özlərininkini özlərinə saxladılar. Nəticədə kişi və qadın yarandı. Erkək və dişi. Daha doğrusu istifadəçi spermatozoidlər və sadəlövh yumurtalar.
ESTÁS LEYENDO
Hər şeyin hekayəsi - Elmin fonunda
Ciencia FicciónHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir