Armudu görürsünüz?

19 4 3
                                    

Yuxarıdakı şəklə diqqətlə baxın. Armudu görürsünüz? Görmədinizsə axtarın.

Hal-hazırda beyninizin frontal (alın) bölgəsi aktivləşməyə başladı. Bəzilərimiz itmiş əşyanı asanlıqla tapa bilirik. Bəzilərimiz isə hələdə əşyamızı tapmaları üçün evdəkilərin üstünə qaçırıq.

West Virginia Universitetindən kimyəvi və tibbi biologiya mühəndisliyi fakultəsindən bir tədqiqatçı olan Shou Wang, bir şeyi axtararkən beynimizin pre - SMA adı verilən bölgəsinin tam olaraq nə etdiyini öyrənmək üçün epilepsiya xəstələrinin başına elektrodlar düzərək neyronlarını müşahidə etdi.
Bəzi neyronlar axtardığınız şeyi taparkən siqnal göndərir. Beləcə pre - SMA bölgəsindəki neyronlar hədəfə yönəlmiş davranışlarımıza böyük təsir edə bilirlər. Wang bildirir ki, bu, pre - SMA neyronlarının ilk dəfə müşahidə olunmasıdır.
Bu tədqiqat, Parkinson, şizofreniya kimi xəstəliklərində, pre - SMA bölgəsinin pozulmasından qaynaqlanan əqli problemləri daha yaxşı anlamağımıza yol açır. Həmçinin, pre - SMA bölgəsində autizmli xəstələrdə yüksək aktivlik olduğunu bilirik. Wangın tədqiqatı Brain dərgisində yayımlandı və məqalənin digər müəllifləri Cedars Sinai Tibb Mərkəzindən Ueli Rutishauser və Adam Mamelak, California Texnologiya İnstitutundan isə Ralph Adolphsdu.
Məqalədə Wangın yazdığı hissədən bir abzası olduğu kimi tərcümə edirəm.
" Beyində doxsan milyarda yaxın neyron var. İnsandaki sadəcə bir neyronun aktivliyini izləyəcək texnologiya dünyada sadəcə bir neçə laboratoriyada mövcuddur. Yaddaş üçün önəm kəsb edən beyin bölgələri olan Hippocampus və amigdala üzərində oxşar tədqiqatlar daha öncə də aparılıb. Bizim tədqiqat da beyindəki pre - SMA bölgəsini araşdıran nadir işlərdən biridir "

Bu hissədən gördüyümüz kimi bu tədqiqat çox önəmli, çətin və yenilikçidir. Tədqiqatda iştirak edənlər Cedars Sinai Tibb Mərkəzindəki epilepsiya xəstələridi. Onlara nəyisə axtarmaq tapşırılır və bu zaman göz hərəkətləri ilə birlikdə neyron aktivlikləri də ölçülürdü. Nəticədə, 9 xəstədə 182 neyron öyrənildi. Halbuki, bir neyronu öyrənməyin nə qədər çətin olduğunu yuxarıda Wang izah etmişdi.
Bu tədqiqat zamanı neyronların 40 faizinin gözlərin baxdığı əşyanın axtarılan əşya olub-olmadığı ilə bağlı siqnallar göndərdiyi məlum oldu. Yuxarıdakı şəklə baxdığınız hər saniyə eynisi sizdə də oldu.
Wanga görə axtardığını tapa bilməyən insanların pre - SMA bölgəsində problemi var. Bundan əlavə, bu tədqiqatın diqqət və yaddaş pozuntularının müalicəsində yeni strategiyalar yaratmağa kömək edəcəyi gözlənilir.

Şəkildəki armudu tapdınızmı?

Hər şeyin hekayəsi - Elmin fonunda Où les histoires vivent. Découvrez maintenant