1979- cu ildə New Yorkun yaxınlığında yerləşən Love Canal qəsəbəsi ilə bağlı sensasion xəbərlər yayıldı. Aşkarlanmışdır ki, torpahaqqındağa basdırılan zəhərli maddələr suyu çirkləndirir və hər tərəfə xəstəlik yayırlar. Bu mövzu o dönəmlərdə gündəmi xeyli zəbt etdi. Hər gün Love Canal haqqında xəbərlər yayımlanır və əhalinin həyəcanı get- gedə artırdı. Düzdür, bəzi elm adamları deyirdilər ki, insanlar vəziyyəti çox şişirdir. Lakin, insanlar həmin elm adamlarının dediklərini "alçaqcasına bir ört bas etməyə çalışmaq" kimi qiymətləndirir və onlara siyasi qüvvələrə satılmış kimi baxırdılar. ABC News kanalı The killing Ground adlı proqram hazırladı və Love Canalda baş verənlərin uşaqları öldürdüyü ilə bağlı aksiyalar hazırlandı. İnsanlar boş uşaq tabutları ilə parlamentin qarşısından keçdilər. Məsələni həll etmək üçün dövlət mühit təmizlənməsi və torpaqların yenilənməsi üçün çox baha layihələr başlatdı. Bəs əslində Love Canal fəlakəti olaraq tarixdə qalan bu hadisə nə idi? Demək olar ki, tamamilə uydurma. Düzdür, Love Canalda müəyyən miqdarda zəhərli məhsullar var idi. Amma bunlar bir insanın sağlamlığını pozacaq dərəcədə deyildi. Yəni, xalqın və dövlətin narahatlığı əbəs idi. Həmçinin, Love Canalın təmizlənməsi üçün ayrılan pullarla daha faydalı və gərəkli işlər görmək olardı.
Bu hadisə insanların vəziyyəti şişirtmələri ilə bağlı istisna misallardan biri deyil. Biz bunu demək olar ki, hər gün edirik. İflic olaraq ölənlərin sayı qəzalarda ölənlərin sayından iki dəfə çox olduğu halda biz ölmə ehtimallarımızla bağlı narahat olanda daha çox qəzaları düşünürük, nəinki iflici. Təbii fəlakətlərin qurbanı olmaqdan daha çox qorxuruq nəinki astma xəstəliyinə tutulmaqdan. Amma astma fəlakətlərdən 20 dəfə çox ölümə səbəb olur. Diyabetdən ölənlər həddindən çox olduğu halda insanlar daha çox cinayətə qurban olmaqdan qorxur. Və ya terror. Terrorizmi əsrin bəlası hesab edirik. Lakin, terror ən az ölümə səbəb olan faktorlardan biridir. Hətta, terrorun tez-tez müşahidə olunduğu ölkələrdə belə həftəlik terror qurbanlarının sayı həftəlik avtomobil qəzalarında ölənlərin sayından qat- qat azdı. Lakin, sosial mediadakı xəbərlər və telefon görüntüləri bizi o qədər dəhşətə məhkum edir ki, terrorizmə layiq olmadığı qorxulu libasını geyindiririk.
Çünki, beynimiz risklərlə bağlı reaksiyalarında müəyyən bir sərhədə malikdir. Təhlükəni ya göz ardı edirik, ya da həddindən çox böyüdürük. İkisinin ortası yoxdur. Ərinə zəng çatmayan qadın beyninin dərinliklərində pis bir şeyin olma ehtimalının az olduğunu bildiyi halda, ağlından əri ilə bağlı çox pis ssenarilər keçir. Amerikalı hüquqşünas Cass Sunstein buna " ehtimal məsuliyyətsizliyi " deyir. Bu isə hərdən kiçik təhlükələri böyütməyimizə səbəb olur. Qərar qəbul edəndə bunu düşünə bilərsiniz. Görəsən ehtimal məsuliyyətsizliyi etmirəm ki?
ESTÁS LEYENDO
Hər şeyin hekayəsi - Elmin fonunda
Ciencia FicciónHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir