Avengers: End Game filmi bütün dövrlərin ən çox izlənən filmlərindən biri olaraq tarixə damğasını vurdu. Bu filmdə bir elm adamının diqqətini çəkəcək çoxlu nüanslar var idi. Bu yazımda onlardan bəhs etmək istəyirəm. İnfinity war filmində Thanos sonsuzluq daşları vasitəsilə canlıların yarısını yox etdi. End Game filminin əvvəlində isə məlum oldu ki, bu hadisədən sonra Thanos daşları yox edib. Buna görə də qəhrəmanlar keçmişə gedərək hər şeyi geri almaq planı qururlar. Burdakı zamanda səyahət məsələsi bir çox insanın ağlını qarışdırsa da gəlin məsələyə daha elmi bir nəzərlə baxaq.
Ümumiyyətlə zamanda səyahət mümkündürmü? İlk dəfə Albert Einstein ortaya qoydu ki, zamanda səyahət etmək olar. Bunun üçün tək ehtiyacımız olan şey işıq sürətinə yaxın bir sürətlə hərəkət etmək. Belə olduqda, qısa bir zaman kəsimində milyardlarca il əvvələ gedə bilərsiniz. Amma bu zaman baba paradoksu ortaya çıxır. Keçmişə gedib babanızı öldürsəniz nə olar? Heç doğulmamış olarsınız, amma axı doğulmusunuz. Elə buna görə də End Game filmində Back the future kimi zamanı dəyişdirmək olduğu göstərilən filmlər ələ salınır. End Game filminə görə keçmişdə bir şeyi dəyişdirdiyinizdə paralel bir zaman çizgisi yaratmış olursunuz. Fizikada eyni fikir Çoxlu Dünyalar Nəzəriyyəsi olaraq keçir. Bu problemi həll etmək üçün avengers komandası daşları keçmişdən bu günə gətirib istifadə etməyi, daha sonra isə keçmişdəki eyni anlara geri qaytarmağı planlayırlar.
Filmdə qəhrəmanlar tez-tez kvant mexanikasından danışırlar. Kvant mexanikasına görə atomaltı zərrəciklər qeyri-müəyyən dalğalardı. Buna görə də Heisenberg teoresinə görə məsələn bir elektronun eyni anda sürətini və yerini dəqiq bilmək mümkün deyil. Ancaq, bir zərrəciyin yerini ehtimal nəzəriyyəsi ilə hesablamaq mümkündür. Bu filmdə adı keçən ingilis fizik David Deutsch məhz bu səbəbdən Çoxlu Dünyalar Nəzəriyyəsində hər şeyi ehtimal nəzəriyyəsi ilə hesablasanız baba paradoksunun aradan qalxacağını deyirdi. Çünki, bu halda babanızın uşaqlıqda öldüyü və sizin də heç doğulmadığınız ehtimallı bir gerçəklik yaranır.
End Game filmində Tony Stark Planck sabiti haqqında danışır və bəzi insanlar bu terminin mövzuya aid olmadığını deyirlər. Mən bu fikirlə razı deyiləm və deyim ki, Planck sabitini bilmək bu filmin zaman səyahəti məsələsini də anlamaqda kilid nöqtələrdən biridir. Bu sabit tamamilə kiçik zərrəciklərlə bağlıdır. Bir Planck uzunluğu 1.616* 10-35m ilə ifadə olunur. İşıq bir planck zamanında bu qədər məsafə gedir. Bu isə zaman baxımından çox kiçik bir məsafə deməkdir. Amma filmin zaman səyahəti teoresi kvant mexanikasına dayandığı üçün qəhrəmanların zaman maşınının Planck sabiti ilə işləməsi təəccüblü gəlmir. Nəticədə, avengers komandası filmdə eyni zaman xəttində onlarla işıq ili əvvələ getmir, əksinə kvant keçidi vasitəsilə başqa bir zaman xətti yaradırlar.
Beləliklə bu film hər nə qədər fantastik bir film olsa da içində bir çox elmi həqiqətləri də daşıyırdı. Bəlkə də bu film bizə gələcəkdə qarşılaşacağımız bir çox nüansları göstərirdi
ESTÁS LEYENDO
Hər şeyin hekayəsi - Elmin fonunda
Ciencia FicciónHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir