Başlanğıcda heç bir şey yoxdur. Sadəcə boşluq. Hətta tam olaraq boş ola biləcək bir yer də yox idi. Vaxt keçmirdi, çünki zaman da yox idi.
Gözlərinizi bağlayın və qaranlığı seyr edin. Və xəyal edin. Tamamən yoxluq içərisindəykən bir atomdan kiçik nöqtədə bir parıltı yaranır. Big Bang. Böyük partlayış baş verir.
Böyük Partlayışdan həmən sonra kainat qatı və inanılmaz dərəcədə isti idi. Böyük Partlayışdan ətrafa maddə və anti-maddə yayılmışdı. Bir - birini məhv etməyə yönəlmiş iki düşmən. Bunlar əks yükləri ucbatından bir - birləri ilə toqquşduqlarında yox olurdular. Ortalıq " qan gölünə " çevrilmişdi. Belə davam etsəydi kainat sadəcə toz və radiasiyadan ibarət olacaqdı. Amma nəsə oldu? Və ya nəsə bir şey kömək etdi ki, maddə anti-maddəyə qalib gəldi. Amma nə?
Yuxarıdakı sualı verərək kainatın ən böyük sirlərindən birini narahat etdik. Amma həmin sirri ilk ortaya çıxaran insan 1964-cü ildə Peter Higgs adlı fizikaçı idi.
Nobel mükafatı almış bu alim ortaya elə bir fikir atdı ki, yer-yerindən oynadı. Higgsə görə kainat başlanğıcda görünməz bir sahə ilə əhatə olunmuşdu. Bu sahədən gələn zərrəciklər kütlə qazanmaqdaydı. Maddəni üstün edən şey Higgs bozonu vasitəsilə kütlə qazanması idi. Bozonlar qüvvə parçacıqlarıdı. Məsələn, işıq zərrəciyi olan foton bir bozondur və elektromaqnit qüvvələrini daşıyırlar. Higgs bozonu da kütləni danımaqdadı. Yəni sizin kütləniz içinizdəki Higgs bozonunun kütləsidi.
Bu nəzəriyyənin isbatı isə 2012-ci il 4 İyulda oldu. CERN - də aparılan araşdırmalar Higgs bozonu ilə eynilik göstərən zərrəcəyi kəşf etdirdi. Peter Higgs 2013-cü ildə Nobel mükafatı aldı.
YOU ARE READING
Hər şeyin hekayəsi - Elmin fonunda
Science FictionHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir