Günəş yox olarsa...

18 3 0
                                    

Günəş. Bizim sevimli sarı ulduzumuz. Dünyamızın yeganə istilik və işıq qaynağı günəşdi. O olmasa, heç bir şey olmazdı. Bəs yaxşı, heç düşündünüzmü günəş yox olarsa nə olar?  Bu yazıda fantastikamızı və xəyal gücümüzü coşduraraq elmi biliklərimizi təxəyyülümüzlə birləşdirəcəyik.
Günəş birdən - birə yox olarsa ilk səkkiz dəqiqədə heç bir şey hiss etmərik. Çünki, günəş işığı yerə 8 dəqiqəyə çatır. Biz günəşə baxanda əslində 8 dəqiqə keçmişə baxırıq. Ona görə də Günəş yox olarsa, biz ilk 8 dəqiqədə hələ də günəşi görmüş olacağıq.
8 dəqiqə sonra qaranlıq çökəcək. Elektrik bir az işimizə yaraya bilər. Amma bitkilərin bəziləri günəş işığı olmadığı üçün fotosintez edə bilməyib məhv olacaqlar. Temperatur o qədər düşəcək ki, bir neçə gün sonra insanlar öləcək. Okeanların səthi iki ay içərisində buz bağlayacaq. Günəş yox olduğu üçün sistemimizdəki qravitasiya balansı pozulacaq və Yer planeti kosmosda nizamsız şəkildə sürüklənməyə başlayacaq. Atmosferimiz məhv olacaq və hər tərəf radiasiya ilə dolacaq. Nəticədə, sevimli mavi evimiz üstündə yaşamın olmadığı nəhəng qaya parçasına çevriləcək.

Hər şeyin hekayəsi - Elmin fonunda Where stories live. Discover now