Şizofreniya

28 3 0
                                    

" Səslər eşitmək " olaraq adlandırılan eşitmə halüsinasiyaları şizofreniya xəstəliyindən əziyyət çəkən insanların 80 faizinin şikayət etdiyi bir şeydir. Bu insanlar həqiqətdə olmayan olmayan səsləri eşidirlər. Bu səsləri elə aydın şəkildə eşidirlər ki, bunların real olmadığı ağıllarına belə gəlmir. Bunu təsəvvür etməniz çətindir. Amma sizə belə izah edim. Telefonla dostunuzla danışarkən kimsə gəlib sizə əslində telefonunuzun bağlı olduğunu və sizinlə danışan bir insan olmadığını desə nə edərsiniz?  Böyük ehtimalla həmin adamın ağlını qaçırdığını düşünüb, ondan uzaqlaşar və telefon danışığınıza davam edərsiniz. Çünki, sizinlə danışan bir insan olduğuna əminsiniz. Və ya indi bu yazını ya komputer ya da telefon vasitəsilə oxuyursunuz. İndicə, sizə kimsə desə ki, əslində bayaqdandı gözlərinizi dikdiyiniz şey dibçəkdir, ona inanarsınız?  Yoxsa, bunun zarafat və ya sayıqlama olduğunu düşünərdiniz?  Demək istədiyim odur ki, şizofrenlərin reallığı ən azı sizin reallığınız qədər inandırıcıdır. Şizofrenlər olmayan səs eşidə bilərlər. Amma, bu o qədər realdır ki, onlar bunun həqiqi olub olmamasından şübhələnmirlər. Necə ki, indi siz eşitdiyiniz səslərin real olub-olmamasından şübhələnmirsiniz. ( Bəlkə də artıq şübhələnmirsiniz.)
Bu səslərin real kimi görünməsi ən böyük problemlərdən biridir. Çünki, çox vaxt bu səslər tənqid və təhqiredici olur. Ya da sizi şiddətə səsləyir. Əgər siz də qeybdən səs eşitsəniz və bu səsin ilahi səs olduğuna inansanız, həmin səs sizə nə desə onu edəcəksiniz. Həmin səs sizə desə ki, ailəni öldür ki, onlar cənnətə gəlsinlər, böyük məmnuniyyətlə bunu edərsiniz.
Bu yaxınlarda şizofrenlərlə maraqlı bir tədqiqat aparıldı. Mount Sinaidəki İcahn Tibb Mərkəzi ultra-yüksək sahə görüntüləmə texnikası ilə şizofrenlərin beyinlərinin eşitmə korteksinin, normal insanlardakından fərqli tonotopik quruluşda olduğunu göstərdi. Tonotopiya nədir?  Tonotopiya beynimizdə səs proseslərini idarə edən eşitmə korteksinin sən dalğalarını müəyyən bir sırayla nizamlanmasıdı. Bu korteks ana bətnində və körpəlik dövründə formalaşır.  NPJ Schizophrenia dərgisində işıqlandırılan araşdırmada məlum olmuşdur ki, olmayan səsləri eşitməyə meyl insan şizofren olmamışdan əvvəl başlayır. Psixiatriya professoru Sophia Frsngaonun dediklərini olduğu kimi yazıram.
" Xəstələr eşitmə halüsinasiyalarının həqiqətən də olduğunu düşündükləri üçün, həqiqi səsləri qəbul edən eşitmə korteksini araşdırmaq qərarına gəldik. Bunun üçün 16 şizofren və 22 normal adamın tonotopik göstəricilərini müqayisə etdik.... Şizofrenlərdə çox səs frekansı eşitmə korteksini normaldan artıq aktivləşdirdiyi üzə çıxdı. Üstəlik, bu səslər çox nizamsız şəkildə olur. Deməli ki, şizofrenlərin qeybdən səs eşitmələrinin səbəbi odur ki, beyinlərində səsləri nizamlayan bölgə düzgün işləmir "

Nəzərə alsaq ki, bu bölgə uşaqlıq dövründə formalaşır deməli, artıq bir insanda xəstəliyin əlamətləri görünməmişdən əvvəl də uşaqların tonotopik göstəricilərinə baxaraq gələcəkdə şizofren ola biləcək insanları müəyyən edə bilərik. Bu da təbii ki, müalicə üçün önəmli faktordur.
Qeyd edim ki, şizofreniyanın səbəbi hələ də tam olaraq bilinmir. Amma görünən odur ki, sirrin üstünü açmağa yaxınıq.

Hər şeyin hekayəsi - Elmin fonunda Donde viven las historias. Descúbrelo ahora