6 avqust 2012 - ci ildə NASAnın Curiosity adlı kosmik cihazı Marsa endi. Artıq 7 ildir ki, Curiosity Marsdadı və qırmızı planeti tədqiq edir. Üstəlik Curiosity Marsdakı Gale kraterində tənhadı. 15 illik fəaliyyətindən sonra fırtınada yox olan Opportunitydən sonra Curiosity Marsdakı yeganə gəzən cihazdı. 7 il boyunca 21 kilometr gəzən və 368 metr yüksəkliyə qalxan Curiosity robotik duyğuları ilə birlikdə nələri gördü, daddı və hiss etdi? Curiositynin bizə göndərdiyi zəngin məlumat yığınına bir - bir nəzər salaq.
1. Marsda maye halında su olub. Bu fikir indi çox məşhur olsa da 2013 - cü ildə kəşf olunduğunda hər kəsin ağzını açıq buraxmışdı. Curiosity marsda qurumuş çay tapdı. Sən demə, Gale krateri bir zamanlar göl olub. Elon Muskın marsda koloniyalar qurmaq xəyalını ən çox motivə edən faktlardan birinin bu olduğunu desək, yəqin ki, şişirtmərik.
2. Marsda mikrobioloji səviyyədə həyat mövcud olub. Torpağın dərinliklərinin incələnməsi zamanı kükürd, azot, hidrogen, oksigen, fosfor və karbon kimi təməl elementlər tapıldı. Bu elementlər DNT zəncirinin yaranması üçün lazım olan elementlərdi. Torpağın altındakı şərait, marsın bir zamanlar mövcud olan rütubətli şəraiti və canlılar haqqındakı bilgilərimiz imkan verir ki, Marsda mikrobioloji həyatın keçmişdə mövcud olduğunu deyək. Marsın hal - hazırda olan şəraiti də bəzi bakteriyaların yaşaması üçün əlverişlidir. Hələki, canlı bir orqanizmaya rast gəlməsək də, marsda bakteriyaların yaşaması ehtimal xarici deyil.
3. Mineral borun mövcudluğu sübut olundu. Marsda mineral borun tapılması həyəcan verici bir hadisə idi. Çünki, belə bir şey bir halda ola bilər. Suyun 60 santigrat dərəcədə buxarlanması zamanı Bor suda həll olma qabiliyyətini itirir və ordakı qayaların üstünə sərpilir. Marsda vaxtıykən həyatın olması fikrini dəstəkləyən başqa bir fakt da elə budur. Su olan yerdə həyat var.
4. Marsda metan qazı var. Bu qaz bioloji proseslərdə xaricə çıxan bir qazdır. Yəni, metan qazı varsa, hardasa oralarda bioloji varlıqlar olmalıdır. Onlar böyük ehtimalla torpağın altında yaşayan mikroorqanizmlərdi. Elm adamları marsın dərinliklərinə enməyə can atırlar. Bu çox ilhamverici bir sirdir.
5. Marsda da yerdəki kimi orqanik kimya var. Keçən il Curiosity marsda tiyofen, 2- və 3-metiltiyofenler, metanetil və dimetilsulfid tapdı. Bunlar yerdə orqanik maddələr sayılır. Marsda bunların olması bizə bir şey dedirtdirir. " Deyəsən, orda həqiqətən də həyat var ".
6. Marsda səma bizdən fərqlidir. Yerdə gündüzlər səma mavi, günbatışında isə qırmızı olur. Marsda isə əksinə gündüzlər səma qırmızı, axşamlar göy olur. Çünki, yerdə axşamlar günəşin spektrumunun mavi ucu havadakı qaz molekulları tərəfindən dağıdılır. Marsda bunlardan çox yoxdur. Əvəzində çoxlu toz var. Bu da qırmızı dalğa uzunluğu yayır. Nəticədə, gündüzlər səma qırmızı, axşamlar mavi olur.
7. Ay tutulması
Marsın peykləri olan Phobos və Demios səbəbi ilə Marsda tez-tez ay tutulmaları olur. Bu tutulmalar yerdəki günəş tutulmalarından çox fərqlidir. Günəşin önündən keçsələr də heç vaxt Günəşin tam mənada qarşısını ala bilmirlər.
YOU ARE READING
Hər şeyin hekayəsi - Elmin fonunda
Science FictionHəqiqəti tapmaq üçün elm, əlimizdə olan ən gözəl şeydir