III bölüm

24 7 1
                                    

Gözümü birinin məni dürtməsi ilə yarı açdım və xala olduğu fikirləşib sevinərkən gözümü tam açıb köməkçi olduğunu görüb ağladım.Simiya gülməyə başladı. Luniya mənə təsəlli verirdi.Köməkçi isə nə olduğunu başa düşmədi və məni sakinləşdirməyə çalışırdı.Mən axır ki,sakinləşdim.Bu zaman yanıma yeməyi qoydu və dedi:
        -Axşam yeməyinidə yeməmişdin o an  heçnə demədim amma burada yemək yemədən dərmanlarını atmasan balaca olduğuna baxmayaraq cəza verilir.Bu yeməyidə mütləq yeməlisən və yarım saat sonra yenə gələcəm bu dəfə psixoloqun yanına gedəcəyik.-mülayim şəkildə deyib qapını örtüb çıxdı.Otaqda Aleks yox idi.Mən məcburən yedim və yeməkdə evdəki yeməkdən yaxşı olsa da yenədə pis idi.Luniya yemək yeməyimə kömək edirdi.Simiya isə yenə mənə lağ edirdi.Bu vaxt Aleks'in tualetdən çıxdığını gördüm.
Heçnə deməyib yeməyimə baxdım 1küp pendir, 2dilim çörək,plastik qabda su ,yağ var idi yeməyə başladım. Köməkçi dediyi kimi yarım saat sonra yenə geldi.Mənim əlimdən tutdu və otaqdan çıxdıq.Ondan adını soruşduğumda mənə səmimi şəkildə Sevgin dedi.Bunda yenə Simiya sözə girişdi və dedi:
           -Ölməlisən ey sən.Biləyini kəs qurtul.-Bu dediyinə gözlərim doldu.Sevgi xanım bunu gördü və səbəbini soruşdu.
         -Lidya tez məni şikayət et ona -deyib yenə güldü.
         -Heç səbəbi yoxdur.Biz hara gedirik belə?-söhbəti dəyişmək üçün soruşdum
         -Bayaq dediyim kimi psixoloqun yanına yəni sənin həkimindir.
          -Bəs mən nə vaxt gedəcəyəm evə?
          -Mənim gözəlim.Sən tam sağladığından buradan çıxacan.Anladın quzum?-Deyə şirincə danışdık.Bu zaman gözlərim doldu və başımı aşağı yuxarı salladım.Bunda bir otağın qabağında dayandıq məni içəri soxub qapını qapaltdı.İçəridə dünənki uzun qısa və dalğalı saçlı qadın dayanmışdı.
         -Buyur keç qızım.Necəsən,özünü necə hiss edirsən?
         -Çox pis.Mən evə getmək istəyirəm.Nolar xalaya zəng vur məni evə aparsın.
        -Niyə xala deyirsən anana?
        -Cünki,öz anam deyil və özü istəmir ona ana deməyim məni döyür ona ana deyəndə, həm də özüm də istəmirəm mənim öz anam var məni satsa belə
        -Ketrin xanım mənə hər şeyi danışıb seni necə alıblar,satıblar yoxsa başqa cür olub yaxşı bilirəm.Mənə yalan demə yaxşımı gözəlim.Həm də biz səni sağaldacağıq
        -Biz?
        -Yəni sən və mən oldumu ürəyim.-həkimin mənə belə rəftarı çox xoşuma gəldi.Onu çox sevdim.Bu düşüncəmə Simiya gülməyə başladı.Luniya isə sevinclə cümləsinə başladı:
         -Lidyam bu çox gözəl bir şeydir sən Simiyaya fikir vermə.-Luniya bu sözləri deyərkən onun üzünə baxdım gülərək razılıq əlaməti bildirdim.Bunda həkim mənə qəribə şəkildə baxdı və kimə baxıb güldüyümü soruşdu.
        - Lidyaya -ağzımdam birdən çıxan cümlə ilə Simiyanın qəh-qəhəsi beynini deşdi.Luniya isə bunu deməməm lazım olduğunu ifadə edən baxışlar atdı.Həkim dedi:
       -Lidiya kimdir?
       -Bax oradadır-deyərək Lidiyayı göstərdim.
       -Hə onu mənə tanıda bilərsənmi?
       -Uzun belindən aşağı sarı ilə qızılı rəngin qarışığı bir rəng saçları ,eyni rəngdə gözləri və qaşları var.Qaşları uzun qalın və çox gözəldir, gözləri iridir.Boyu çox uzundur,səndə də uzundur amma səndən az uzundur.Ağ dəri rəngi var.Amma siz onu görmürsünüz ki məndən soruşursunuz?
         -Lidiya onu və ya onları bir tək sən görə bilirsən gözəlim.Onlar sənin şüur altındadırlar.
        -Eynən Simiya kimi danışdın.
       - Simiya ?O kimdir?O haqqda danışa bilərsən?
       -Onun qapqara çox qıvırcıq saçları, qapqara gözləri gözləri ancaq qaradan ibarətdir. Luniyadan bir az böyükdür.Oğlandır.-dediyimdə Simiya gülərək
        -Məni nə gözəl tanıtdın.-deyib yenə gülməyə başladı.
        -Hə bəs başqa var ?yəni başqa bir şey görürsənmi?
        -Yox balacalığımdan bəri bunları görürəm
        -Bəs sənə olan münasibətləri necədir?
        -Lidiya mənə həmişə gözəl sözlər deyir,bəzən boş ümidlər verir.Simiya isə əksinə həmişə mənə lağ edir mənə çox vaxt düzləri deyir .-əlimi ürəyimə qoyaraq cümləni davam etdirdim-Bəzən buramı ağrıdan sözlər deyir amma sonun da düz çıxır.
         -Bəs Simiyayı sevirsən?
         -Hər ikisini çox sevirəm.Amma əsas Simiyayı -deyəndə Simiya güldü və dedi
         -Mənim Lidyam ən çox məni sevir gördün Luniya -deyərək yenə mənə lağ etdi.Luniyanın bu dediklərimə bir az pis olduğunu gördüm.Özümü bir az günahkar hiss etdim.
         -Bəs bu dediklərinə nə deyirlər?
         -Luniya bir az pis oldu.Simiya isə yenə bizə lağ edir. Mənim dediklərimə gülür.
        -Hə vaxtımız qurtalmaq üzərədir-deyib mənə bir qutu dərman verdi.-Al bunları gündə 3dəfə yeməkdən sonra atılacaq onsuzda tibb bacısı hər yemək vaxtı yeməklə birlikdə dərman da gətirilir və vaxtımız bitdi.
       -Sənin adın nə idi ?
       - Mariya
    Adı çox xoşuma gəlmişdi təkcə üzünə gülərək qarşılıq verdim. Bu zaman otağa Sevgi xala girdi və məni otağa apardı.Otaqda kı Aleks'i alıb otaqdan çıxdı.Böyük ehtimalla onu həkiminə aparırdı.Otaqda tək qalmışdım.Çoxda tək qalmaq demək olmaz Simiya və Luniya ilə tək qalmışdım həmişə ki kimi.
          -Simiya oyun oynayaq da çox sıxıldım.
          -Sənlə oyun oynamaq?Bütün cəmiyyətin sevmədiyi,ailəsinin belə sevməyib satdığı və satıldığı ailə tərəfindən də sevilməyib yetimxanaya sonra da dəlixanaya qoyduğu sevilməyən bir uşaq ilə nə oyun oynayaq bilərəm.Hələ üstəlik bunlara baxmayaraq Ketrin səni gəlib buradan alacağına inanacaq qədər axmaqsan!-mən bu sözlərə ağlamağa başladım və Luniyanın yanına qaçdım.O Simiyaya əsəbləşdi dava etdilər.Amma məni qucaqlayaraq etdi bunları.Sonra mənə tövsiyə verməyə məni sakinləşdirməyə başladı.Simiyaya küsdüm onunla danışmayacaqdım.
            -Səndən küsdüm danışmayacam
            -Axı danışırsan -bu vaxt otağa Sevgi xala girdi.
            -Həyətdə 1saatlığına gəzə bilərsən -dediyində həyətə düşdüm.Hər kəs məndən böyük idi və qəribə şəkildə hərəkətlər edirdilər.Onlara baxanda çox qəribə hiss etdim.
             -Bax sən də belə olacaqsan . Şizofren
             -Simiya sakit dur!-Luniya bu sözləri deyərkən onlar heç vecimə də deyillərdi.Bir qadın yanıma yaxınlaşıb üzümə güldü və saçımdan tutub məni sürütdədi.Mən nə olduğunu başa düşməyərək ağladım və qışqırmağa başladım.Tibb bacıları gəlib onun əllərini mənim saçımdan çəkdi.Onun cəzalı olduğunu bildirdi.Mən yenə qışqırmağa,ağlamağa və əlimin üzərini qanadası şəkildə qaşımağa başladım.Sevgi xala gəlib məni sakinkəşdirməyə çalışırdı lakin heç bir xeyiri yox idi.
                ~~~~~~~~ ~ ~~~~~~~~~~~~~~
      
  
          
 
   
  

QARANLIĞIN içindəki AYDINLIQ Hikayelerin yaşadığı yer. Şimdi keşfedin