Eşitdiklərim qarşısında otağa elə girdim ki özüm belə qorxdum özümdən otaqdakılar da qorxdu ve tez susdular.
-Siz-siz-siz mafiyasınız?-ciddi söz idi lakin gülərək dedim .
-Yox qızım elə bir şey yoxdur nə danışırsan ey sən
-Həmişədən nifrət etmişəm mafiyalara onlar məndən ən dəyər verdiyim insanı alıbdır sırf bir qisas uğruna
-Nə qisası ?
-Siz nə başa düşəcəksiniz ki, sizdə onlardansınız əminəm sizdə bir gecədə nə qədər insanın həyatına son vermisiniz günahkar ya da günahsız heç kimə qalmayıb vermədiyi canı almaq
Piter
-Yox ey sən səhv başa düşmüsən
Benny
-Yox heç əlaqəsi yoxdur düz eşitmisən Lidya və dediyin kimi bir gecədə nə qədər insanın canını alırıq mafiya ailəsiyik ey biz hələ nəsillicə mafiyayıq o, çox məsum görünün dayımız, əmimiz, bibimiz hətta o, çox sevdiyin xalaların yəni xalqlarımız da nifrət etdiyin şəkildə mafiyadır
-Axı çoxu memar , mühəndislik və başqa ixtisas sahibləridir bu neçə olar
-Axmaq Lidya'm oxuyan bir şəxs mafiya ola bilməz bizim soyumuz mafiyadır - deyib kiçik amma pis bir şəkildə güldü . Hətta "Axmaq Lidya'm" deyə mənə hitab etməsi məni qəribə hiss etdirdi Simiya'nı nə olur olsun sevirdim ailəmin hətta öz ailəmin mənə göstərmədiyi sevgini və qayğını ondan görmüşəm , mənə rəsm çəkməyi belə o öyrətmişdi. Mən onu fikirləşərkən Benny otaqdan çıxdı və çox çekməmiş yenidən qayıtdı amma bu dəfə əlində bir qutu var idi .Mənə uzatdı. "Bu nədir?" deyə sualıma qarşı açmağım üçün mənə qutuyu işarə etdi. Açıb içərisinə baxdığım da isə çox xoşuma gələn bıçaq, beş barmaq və mükəmməl bir tapança var idi . Demyan bəy yeni öz doğma olub mənə heç bir şəkildə doğma olmayan "atam" Benny'ə göz - qaş etdi və həmin an Benny məni əlimdən tutub otaqdan çıxartdı. Sanki yuxuda imişcəsinə heç bir şeyi idarə etmirdim. Mənim ağlımda ki fikirlər ilə boğularkən Benny məni ikilik kreslonun birində oturtdurub özü də digərində oturdu . Mənə bir şey öyrədəcək və bu öyrədəcəyi məsələ çox uzun məsələ olduğu onun dərindən ah çəkməsindən bəlli oldu . Mənə qalsa bu elə bayaqki məsələnin dərindən izahını mənə verəcəyini aydın bilinirdi. Mafiyalıq barədə çox kitab oxumuşam, cinayət, bıçaqlanma və bıçaqlama , qan , dəhşət, qisas və.s kimi hadisələr bunla cəmləşir və mən mafiyalara həmişə dən nifrət edirəm çünki, mənim ən dəyər verdiyim ilk insanı elə onlar üzündən itirmişdim. Öz olmasada mənə hər kəsdən və hər şeydən daha yaxın olan şəxsi yeni bacımı Alira'nı məndən almışdılar. Həmin hadisə olan da mənim 3 yaşım olmasına baxmayaraq həmin an çox yaxşı yadımdadır, həmin gün nə qədər ağladığımı, bıçaqlanma anını, Ketrin xanımın bir damla belə düşməyən yaşını , Kristafol'un özünü saxlaya bilməyib yıxılıb başını divara vurduqdan sonra yerdə olan qanları və həmin anın dilə gəlməz hisslərimi heç vaxt unutmaram. Alira məndən 9 yaş böyük idi. Mənə qarşı olan sevgidən şübhə duymadığım tək şəxs o idi və oda Ketrin xanımın deyildə Kristafol'un qızı idi , yəni Kristafol'un ilk evliliyindən olan qızı idi . Buna baxmayaraq məni hər kəsdən çox sevirdi . Məni Ketrin xanımın əlindən bəzən o alırdı, bəzəndə onu da Ketrin xanımın əlindən almağa adam gərək idi . Amma mənə ondan daha çok nifrət edirdi .
Bir dəfə Alira ,Ketrin və Kristafol'un elədiklərinə dözə bilməyib bir gecə qaçmaq istəyib yeni mənlə birlikdə, Ketrin xanım ilə Kristfol bəy bir mafiya qrupu ilə həmsöhbət idilər amma sadəcə salam - sağ ol qədər yaxın idilər . Demək, onlara 9-10 yaşların da bir qız lazım imiş nə üçün olduğunu bilmirəm, bunu Kristafol'a deyir bu vaxt Ketrin xanım tez girişir və razılıq əlamətini bildirir . Kristafol bəy təbii olaraq razı gəlmir mafiya bəy isə tez pulu ortaya atır tam
100 00000₺ bu qədər pulu bir yerdə indi hələ təsəvvür edə bilmirəm yüz milyon ₺ bunla mən bütün ömür yaşayaram. Bu pulu eşidən kimi Ketrin xanımın gözü donur özünü belə verəcək hala gəlmişdi pul göz qadın nə olacaq ki ,ondan başqa nə gözləyərsən. Kristafol isə nə olur olsun razı gəlmir. Bu an Kristafol bəy "istəyirsənsə balaca qızımı verə bilərəm nə olacaq ki problem olmaz" dediyində 100 yerimdən bıçaqlanmış kimi hiss etdim . Yaşım az da olsa həmin an o sözü başa düşəcək qədər olğun idim . Onlar danışarkən mən onlara qulaq asırdım onlar məni görmürdü . Mafiya buna razı gəlməyən kimi Kristafol bəy səmimi şəkildə mafiyanı qovdu yəni "evimdən çıxa bilərsiniz" sözünü daha uyğun şəklə soxaraq dedi . Mafiyanın əsəbləşdiyi bəlli idi . O çıxan kimi Ketrin xanım "bunun qisası ağır olacaq əminəm ki o elə şey edəcək ki illər keçsə də üstündən sən unutmayacaqsan mənə o qədər təsir edəcəyini fikirləşmirəm çünki, mənim heç nəyim yoxdur peşəm xaric onu da nə etsə mənim əlimdən ala bilməyəcək olan sənin qızlarına olacaq" dediyində Kristafol başını razılıq əlaməti olaraq salladı və digər otağa keçən kimi Ketrin xanım əlinə telefonu alıb birinə zəng elədi bu elə bayaq gələn mafiya idi . O qədər səmimi danışırdılar ki sanki normal dost deyildə illərin evli cütlükləri idi . Bu gecə barədə danışırdılar və bacım bu gecə öləcəkdi elə razılaşmadılar. Bunu gedib tez bacıma dediyim vaxt evdən getme qərarı kəskinləşdi. Hər şeyi hazırlayıb məni də hazırlayıb axşam yola çıxan kimi qarşımıza çıxan adam bacımı 10 yerindən yaşı qədər bıçaqladı. Başı dəlik - deşik idi , sağlam yeri qalmamışdı hələ cəsədini belə bizə saxlamadılar kül etdilər gözümün qabağında mənim fəryadıma oyanmamış dı bacım. Bir az qorxan kimi , bir az səs çıxaran kimi oyanan bacım indi fəryadlarıma oyanmadı qorxurdum amma bacım məni qorumadı, bir az qan görən kimi ürəyi bulanıq özünü itirən bacımın üstündə qan olmayan yer qalmamışdı və üstəlik onu da yandırıb küllerini yerə səpələnmişdilər . Yadındadır o yerə səpələnən külleri yığmağa çalışmışdım və onlar hələ də mən də durur . Ədalətə bax ki, həmin şəxslər tutuldu amma 1il 6aydan artıq cəza almadı. Balaca idim yadımda deyil onda bir səbəb demişdilər ki bu səbəbə görə 1 il 6 ay cəza aldılar.
Bir həftə keçəndən sonra onun səsini unutmağa başlamışdım özümü bağışlaya bilmirəm onun mənə iki gözümün çiçəyi deyə səslənişini necə unuda bilərəm amma unutdum . Hər şeyini unutdum mənə qalan bir şəkil oldu ondada gülüşünü heç pozmadan çəkdiyi üçün gülüşünü və baxışını unutmamışam çox Şükür onu da unutsam özümü unudaram . O gün sonra mafiya sözünü hələ eşitmək istəmirəm, eşidəndə də 10 yerimdən biçaqlanıram .
Benny mənə mafiyalıqdan girdi , özünü müdafiədən çıxdı nələr nələr danışdı amma hər dəfə mafiya deyən kimi bədənim titrəyirdi. Lənət olsun o sözə də , o peşəyə sahib olub nə qədər insanı gülləyə dizənə də . Ona qulaq asarken elə məsələyə girdi ki , mən təəccüblənməyin daha da şişirdilmiş formasının hissini yaşadım.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ŞİMDİ OKUDUĞUN
QARANLIĞIN içindəki AYDINLIQ
Teen FictionQaranlığa qərb olmuş qızı Aydınlığa çıxaran SEVGİ