I bölüm

40 8 4
                                    

Mənim gördüklərim sizdən daha yaxşıdır cünki,məni başa düşən təkcə onlardır!
Lidya
14.05.2011
Bü gün ilk itkimi yaşadım yəni atam kimi görməsəm də xətrini az da olsa istədiyim insan olan Mister Kristfol itirdim.
Özünə əmi deyirdim indi isə ölümündən sonra Mister Kristfol deməyə başladım.Yaşıma görə içimdən belə desəm bunu hörmətsizlik kimi görürdüm amma içimdən əmi demək gəlmirdi .Bu gün hər kəslə birlikdə məndə öləsiyə pis olmuşdum əminin ölümünə.Anam demək istəmədiyim qadın məni günahkar görürdü əminin ölümünə.Mən onu sevirdim çox da yox amma özünə ana demək istəmirdim xala deyirdim.Özünə bir dəfə ana deyə hitab etdiyim də meni qızqın maşa ilə döymüşdü .3yaşım olmasına baxmayaraq o günü çox yaxşı xatırlayıram.Bəxtimdən əmi də 2 həftəliyinə işə görə Rusiyaya getmişdi.Xala məni saysız hesabsız əmi olmayan günlər döyürdü .

Xala məni saysız hesabsız əmi olmayan günlər döyürdü

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Ketrin Dean 39 yaşı var. Modeldir.
28.05.2011
-Sən bir axmaqsan.Biləklərini kəs qurtul. Yaşamağa layiq deyilsən.
-Simiya elə demə o hələ uşaqdır!
-Simiya ,biləklərimi kəssəm nə olacaq?
-Axmaq təbii ki,öləcəksən.-Deyib gülməyə başladı
Mən qorxub gedib bunu Miss Ketrin'ə dedim:
-Xala Simiya mənə özümü öldürməyimi deyir.-Anası bir qaşını qaldırıb göz süzdürərək danışmağa başladı
-Yenə ne deyirsən ey ,Simiya kimdir?Bax ağlını başına al və mənlə belə gij-gij danışma!Simiyamış . Bu vaxta qədər sənə Kris'ə görə dözmüşəm amma səni uşaq evinə qoyacam sənin yerin oradır!-Dedikdə Simiya böyük qəhqəhə çəkib mənlə zarafat etməyə başladı,Luniya isə onun ağzını bağlamağa çalışdı.
  -Xala axı var Simiya və burada bizə baxıb gülür,Luniya isə onu susdurmağa çalışır.Xala nolar ona deki mənə bir də biləyini kəs deməsin.-Deyib gözümdən yaşlar axmağa başladı özümdən asılı deyildi.
   Xala mənə baxıb bir şey fikirləşdi və mənə dedi ki "get paltarlarını ,kitablarını yığ gedirik və ağlamağı kəs!"Mən nə olduğunu başa düşmədim və birdən ağlıma gəldi ki gəzməyə gedirdik.Bu zaman Simiya dəhşətlə gülməyə başladı.
   -Sən gijsən,nə gəzməsi səni dəlixanaya göndərəcək.Bizi səndən başqa heç kim görmür biz sənin şüur altındayıq biz həqiqi deyilik!-deyib gülməyə başladı mən tez üzümü Luniya çevirdim .Luniya danışmağa başladı:
   -Lidya biz həqiqiyik amma bizi təkcə sən görə bilirsən çünki,sən özəl bir uşaqsan sən çox gözəl birisən və xalan da səni gəzməli yerə aparacaq gəl birlikdə yığışdıraq əşyalarını-dedikdə yenə Simiya gülməyə başladı.
Mən ilk əvvəl həyəcanla kitablarımı yığışdırmağa başladım sonra da daha çox həyəcan ilə paltarlarımı yığışdırdım.Sonra ağlıma gələn sual ilə Simiya ya çevirləndim.
  -Simiya səncə neçə günlük yığım paltarları?
  -Mənim axmaq Lidiyam bütün paltarlarını qoy çünki,dəlixanada ömrünün sonuna qədər qalacan -deyib yenə gülməyə başladı.
   Mən ağlamağa başladım.Kitabda oxumuşdum,ora psixi, ruhi  cəhətdən xəstə olan insanlar yaşayır və oradan sağaldıqda çıxırlar lakin həbsdən pis yerdir.Bu zaman Luniya məni sakitləşdirməyə çalışdı.Mən sakinləşdiyim də,Luniyaya inandım və son qalan kitabıda çantaya qoyanda içərisindən bir məktub düşdü.Mən hələ məktəbə getmirdim lakin hər şeyi öyrənmək istədiyim üçün əmi mənə saymağı,oxumağı,toplamağı,çıxmağı və vurmağı öyrətmişdi. Mən də təkrar olaraq hər gün toplama çıxma edirdim onları çox yaxşı bilirdim.Məktubu açdım və oxumağa başladım:
   Mənim gözəl bacım səni çox sevirəm.Sən bizdən gedəndən sonra çox pis olduq.Ana yemək yeməməyə başladı,atam çox pis oldu.5 qardaşım çoxxx pis oldu.Bu məktubu tezliklə oxumağını və geriyə dönməni çox istəyirik.Mənim gözəl Lidiyam.Bu insanlar gəlib səni bizdən aldılar.O gündən sonra səndən ötrü çox darıxmışam.Tez geri dön.Mənim canım balaca bacım ♥️
Qardaşın Stiv)
Bunu oxuyarkən çox şey başa düşmədim.Sonra məktubu çantama qoydum.Bu zaman xala otağa sərt şəkildə daxil olub mənim qolumdan sərt şəkildə tutub maşına mindirdi və maşını işə saldı.Mən yolda çox həyəcanlı idim bu həyəcanıma Simiya gülməyə başladı.Xaladan hara getdiyimizi soruşdum amma cavab vermədin.Yenə qulağıma Simiya'nın qəh-qəhə səsi gəldi.5  mərtəbəli bir binanın qabağında dayandıq.Mənim əlimdən yenə sərt şəkildə tutaraq binaya soxdu.Həyatımın qara rəngdən belə qaranlıq olduğu gün o gün idi və daha da qaralırdı.Xala danışmağa başladı:
     -Burası dəlixanadır və sən burada qalacam . Sən bir şizofreniya xəstəsisən.Şüur altında qəribə varlıqlar görürsən.Bu mənim xeyrimədir cünki, səndən zəhləm gedir, sənə nifrət edirəm.Onsuzda dəlixanaya qoymasam da səni uşaq evinə qoyacaqdım amma heç cür ailənə verməyəcəkdim qoy onların da canı yansın.
    -Nolar xala,yalvarıram məni qoyub getmə.Nolar -bu sözləri gözü yaşlı halda dedim amma qəlbini heç yumşaltmadı mənim ağlamağım.
   -Həmdə mənim gördüklərim sizdən daha yaxşıdır cünki, məni başa düşən təkcə onlardır!-dedim nəfəsim kəsilərək.Mən bu halda ikən Simiya qəh qəhələrə boğulmuşdu.Xala qapıya doğru addımladı üzündəki məndən qurtulmağın gülüşü ilə mən isə arxasınca qaçarkən məni bir qadın tutdu.Məni dartışdıra-dartışdıra bir otağa gətirdi.Otaqda 2 yataq,2qapı bir otağa daxil olunan qapı biri də hamam idi,1pəncərə və 2 masa (tumba) var idi.30-nun üzərində olan qara uzun saçları təpədən yığılmış,orta boylu ,qara qaş qara göz qadın məni otağa atdı.Sağ tərəfin mənim tərəf sol tərəfdə ki yatağın isə başqa bir oğlanın olduğunu dedi və uşağın məndən 3yaş böyük olduğunu bildirdi.Yemək və dərmanlar haqqında məlumat verib getdi .Mən yatağın üstünə keçib ağlamağa başladım və Simiyaya sıxıldım onu qucaqladım əslində məni qucaqlamazdı heç amma oda məni qucaqladı.
~~~~~~~~~~~~~~~~~~~~~

QARANLIĞIN içindəki AYDINLIQ Hikayelerin yaşadığı yer. Şimdi keşfedin