-Bunu da alaq - deyərək qışqırdığım zaman Ellis qəh qəhələrə bağulmuşdu. Göstərdiyim şey kukla idi .
-Mənim heç kuklam olmayıb buna görə bunu almağı çox istədim - bu sözümə Ellis gəlib mənə rəfdə ki bütün kuklaları verdi . Mən ona təəccüblə baxdığım da üzümə güldü .
-Öl elə . Sənin yerində olsaydım özümü çoxdan öldürmüşdüm . Canım qardaşın belə sənə yazığım gəlir , gör nə gündəsən ey - Simiya bu sözləri deyərkən Luniya mənim çiynimi sığalladı. Mən onları vecimə almadan Benny'nin yanına getdim . Kitablar tərəf də idi . Kitablar olan rəfə heyranlıqla baxdığım da" hansını istəyirsənsə al gözəlim "
dediyin də mən də rahatca ilk fantastik, psikopat kitablarını aldım . Dayana bilməyib hamısını aldım . Mənim bu hərəkətlərimə gülürdülər . Simiya isə lağ ilə gülürdü . Fidel mənə nifrət edici gözlərlə baxdığın da mənim ürəyim ağrıyırdı . Amma öyrənirdim .
-Görürsən yazıq uşağın səni görməyə belə dözümlülüyü yoxdur . Getdikcə üzsüzləşirsən . Sənin yerində olsaydım burada 2 dəqiqə artıq dayanmazdım . Bunlara bu qədər əziyyət və əzab verməzdim .
Mən paltar filan almaq istəməmişdim . Ellis və Piter mənə zorla paltar aldırdı .
Evə gəldiyim də çox sevindim . Şənliyə tam 1 saat 30 dəqiqə qalmışdı . Mən bu səbəbdən tez yuyunmağa girdim.
Yazıçıdan :
Fidel otağa daxil oldu. Otaqda heç kimin olmadığını görüb tez sevindi . Lidya'dan heç xoşu gəlmirdi deyə xaincə planlar fikirləşirdi . Birdən gözünə bacısının geyinəcəyi don sataşdı . Ona heç cür zərər verə bilmirdi amma donu pis hala sala bilərdi. Bu zaman bacısının canını yandıra bilərdi . Özü də tam bilmirdi niyə bacısına nifrət edirdi . Onun xəstəliyinə görə ona nifrət etmirdi lakin bildiyi tək şey uşaqlıqda çox sevdiyi balaca bacısına indi nifrət edirdi . Donu əlinə alıb bir az fikirləşdi . Ağıına gələn xain fikir ilə otaqdakı şkafdan bir şey axtarmağa başladı . Axtardığı şeyi tapdı . Axtardığı şey lezva idi . Lezvanı donun qabağına , arxasına və yanlarına bilindirməyəcək şəkildə kəsdi . Bu kəsik elə kəsik idi ki geyinən də bilinmirdi . Çox hərəkət etdikdən sonra cırılmağa başlayacaqdı . Bununla da kifayətlənmədi. Ayaqqabısını da eynilə dona etdiyi kimi etdi . Ayaqqabı ən uzağı 1 saat dayana bilərdi . Özüdə bilmirdi bunu niyə edirdi . Lidya'nın qapını açma səsini eşidən kimi otaqdan çıxdı .
Lidya'dan
Yuyunub çıxdıqdan sonra saçımı qurutmağa başladım . Saçlarım bir az qısa olduğundan tez qurudu . Saçlarımı elə açıq buraxdım . Aleks mənə saçlarımı açdığım da daha gözəl olduğumu deyirdi . Mənə çox yaraşdığını da bildirirdi . Onu fikirləşən kimi gözlərim doldu . Onu bir gün görəcəyimdən əmin idim . İçim də bir ümid var idi. Donu alıb geyindim . Sonra ayaqqabını geyindim . Hazır idim. Bu zaman otağa Meri xanım girdi .
Meri xanım
-Qızım sənə aksesuarlar gətirmişəm və makyaj etsən daha yaxşıdır . Pis başa düşmə sən onsuz da gözəlsən məkyaja ehtiyac yoxdur. Amma bu şənlik sənin üçündür. Sənə özəl bir şənlikdə bəzən .
-Meri xanım mən makyaj etməyi bilmirəm və etməkdən də zəhləm gedir . Aksesuara da qalsa mən aksesuar taxmağı sevmirəm . Sadəlik gözəllikdir.
-Yaxşı qızım sən deyən olsun . Görüşərik və çox gözəl olmusan . - deyib otaqdan çıxdı.
30 dəqiqə qalmışdı. Mən də bu zaman içimə bir anlıq hüzursuzluq düşdü . Nə qədər vaxtdır ki , Simiya'nın səsini eşitmirdim . Amma gülərək yenə danışmağa başladı.
-Çox çirkin olmusan . Sənin yerin də olsam özümü ödürərdim . Bu çirkinlik də yaşamaq istəməzdim . Ən azı insanlara yazığın gəlsin . Səni görən də gözləri sağlam qalan insan bəxtəvər insandır - o bu sözləri deyərkən gözlərim doldu amma ağlaya bilməzdim. Dediklərində də səhv yox idi . Mən hələ bu sözləri zor qaldırmışkən cümləsini davam etdirdi .
-Lidya sən üzsüz, arzıs birisən necə gedə bilirsən o şənliyə utanmırsan . Utancımdan özümü öldürərdim - deyib qəh qəhə atdı .
-Lidyam gözəlim sən onu vecinə alma çox gözəl olmusan
Luniya bu sözləri deyərkən heç birini vecimə almadan daha doğrusu vecimə almamaya çalışaraq aşağı endim . Meri xanım Benny və Piter hələ gəlməmişdi . Onlar gələn kimi evdən çıxdıq . Şənlik olacaq məkana doğru yola düşdük .
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
![](https://img.wattpad.com/cover/341778738-288-k124281.jpg)
ŞİMDİ OKUDUĞUN
QARANLIĞIN içindəki AYDINLIQ
Novela JuvenilQaranlığa qərb olmuş qızı Aydınlığa çıxaran SEVGİ