Proloq

1K 86 16
                                    


Sizə anlamaqda çətinlik çəkdiyimiz faktlardan danışım. Şübhəsiz ki, ətrafınızda belə faktlar var. Məsələn necə olur ki, atom ətrafında dövr edən bir elektron eyni anda iki yerdə olur. Bu necə ola bilər axı? Halbuki öz-özlüyündə elektron bölünməz hissəcikdi. Və yaxud eyni anda iki yerdə olan elektron nəyi sübut edir. Kvant fizikləri illərdir bu mövzuda araşdırmalar edir və müzakirələr aparırlar. Görəsən mikroaləmdə baş verən bu prosesi makroaləmə də aid etmək olarmı. Yəni eyni hal kainatımız və dünyamız üçün keçərlidirmi? Əslində bu o qədər də vacib deyil. Çünki biz məhdudlaşdırılmış beyin fəaliyyətimizlə onsuz da hər şeyi adi yaşayırıq. Hallüsinativ dünyamızda heç bir qeyri-adi hadisə ola bilməz. Çünki indiki zamanda bütün inanılmazların arxasında texnologiya durur. Bəs çata bilmədiyimiz qüdrət nədir? İrəliləyən zamanmı? Məncə period.


PeriodWhere stories live. Discover now