Üçüncü dairə

293 29 28
                                    

Bizə həyatda lazım olan sadəcə iki şey var. Biri riyaziyyatdı, digəri isə Şizofreniya.- Con Neş

Periodun keçmiş bölümlərindən xatırlatma

Vasif sakitcə qeyd etdi.- öz istəyinlə burdasan. Yadına sal, illər əvvəl məndən kömək istəmişdin. Qəbirstanlıqla olarkən. Hər şeyi dəyişmək üçün.
- Nə? Belə bir şey olmayıb.
- Olub. Məndən kömək istədin. Mən də sənə söz verdim ki, istəyini yerinə yetirəcəm. İndi də sözümü tuturam.
----------------------------------------

Bu düz xəttlərin hər birini bir küçə olaraq düşün. Birinci küçənin sonu ikinci küçənin başlanğıcıdı. İkinci küçənin sonu üçüncü küçənin başlanğıcıdır. Üçüncü küçənin sonu isə birinci küçənin başlanğıcıdı. İndi də bu küçələr boyu hərəkət edən bir insan düşün. O durmadan bu üç küçə boyunca hərəkət edərək eyni küçələrdən təkrar - təkrar keçir. Lakin hər periodun başlanğıcında yaddaşını itirir və bu üzdən hər dəfə bu küçələri ilk dəfə gördüyünü düşünür. Düz xətt bir müstəvi üzərindəki nöqtələrin sıra ilə düzülüşünün vəhdətidir elə deyilmi? Bizim misalımızda müstəvi zamandı, nöqtələr bu zaman kəsiyində yerləşən hadisələr, düz xətt boyunca hərəkət edən insan isə sənsən.
--------------------------------------------

Məkan dəyişdi. Mən yenə burdaydım. Vasifin qarşısında dayanmışdım. Vasif qəribə baxışlarla mənə baxıb soruşdu:
- Coşqun nəsə yadına düşdü?

-------------------------------------------

Elə o an bütün meşədə bir səs - daha doğrusu yüksək tonlu pıçıltı yanğılandı.

" Yox. Kömək... Mən istəməzdim belə olsun. Yalvarıram. Hər şey dəyişsin. Mən dözə bilmirəm "

Bütün bədənimdəki tüklər ayağa qalxmışdı. Çünki səs səmadan gəlirdi.
-----------------------------------------

İşıq sürətinin nə qədər olduğunu bilirsiniz? Qoyun mən deyim. İşıq hər saniyədə 300.000 km yol gedir. Bu sürətlə burdan Amerikaya saniyədə otuz dəfə gedib gəlmək olar. Bir işıq ili isə 10 trilyon kilometrdir. Bir fikirləşin 10 trilyon kilometr necə fantastik bir rəqəmdir. Yerdən ən uzaq bir planeti - Plutonu misal üçün götürək. Yerdən Plutona qədər olan məsafə yüzlərlə işıq ilinə bərabərdir. Yəni bu rəqəmin hələ heç riyaziyyatda düz- əməlli adı yoxdur. İndi bir fikirləşin bu sürətlə hesabladıqda Plutondan baxan bir müşahidəçi üçün Yerin yaranması və bir müddət sonra məhv olması bir neçə saniyə sürür. Məsələn belə bir hesablama sistemi ilə İsa peyğəmbərin doğulmasından indiyə kimi 3 saniyə keçib. Yəni zaman əslində bizim yer kürəmizdə milyon illərə bərabərdir. Obyektiv aləmdə bu sadəcə 3 saniyədir. Elə isə sual yaranır. Bəs bu qədər hadisələr bu üç saniyəyə necə sığır? Məsələ zamanla bağlıdır. Siz elə bilirsiniz ki, zaman bir düz xətt boyunca gedir? Keçmiş daha sonra indiki zaman daha sonra gələcək. Eləmi? Bu səhvdir. Hər şey eyni anda cərəyan edir. Biz Hitlerlə, Makedoniyalı İsgəndərlə və ilk insan qəbilələri ilə eyni zamanda yaşayırıq.
- Bu absurddur - mən dedim
-Dünyamız təkcə uzunluq, endən və hündürlükdən ibarət deyil. Bura zaman və məkanın çoxlu sayda telləri də daxildir. Beləcə çoxlu sayda tellər paralel dayanaraq fərqli zamanlar yaranır. Bir teldəki zamanda əgər Fateh Sultan Mehmet hələ İstanbulu alırsa digər teldəki zamanda Xiroşimaya atom bombası atılır. Əslində bütün hadisələr eyni zamanda baş verir. Bunları nizamlayıb zaman halına salan beynimizdir.
-----------------------------------------

- Əla. Bilirsinizmi həyat yoldaşınız üçün heç də gec deyil. Onu həyata qaytara bilərik. Daha doğrusu ölməyinin qarşısını ala bilərik.
- Nə?
- Başa düşmürəm.
- Tanrı bu oyunu bunun üçün oynayıb. Biz buna öz aramızda period deyirik.

PeriodHikayelerin yaşadığı yer. Şimdi keşfedin