Periodun keçmiş bölümlərindən
- Dəli olmayacağına əmin ola bilərsən - dedim ona - Çünki insan həyatı boyu ancaq bir dəfə dəli olur.
Son sözlərimdən sonra maşınların arasıyla insanları itələyərək özümə yol açaraq qaçmağa başladım. Bu yolun sonu görünmürdü. Birdən küncdəki tamamilə aynadan ibarət olan kiçik otaqda dayanmış sarı saçlı oğlanı gördüm. Otağı istiqamət alıb qaçmağa başladım. Tam otağa çatdığım an içəridə heç kimin olmadığını və sadəcə otağın divarındakı güzgüdə qarşı tərəfin əksini gördüyümü anladım.
--------------------------------------------
- Məni neynirdiki qatil ?
- Psixoloq olmağından faydalanacaqdı. Kampdakılara təsir etmək üçün. O bizim düşmənimizdir.
---------------------------------------------
- Cəfəngiyyatdır - deyib otaqdan çıxmaq istəyirdim ki, qaranlıq çökdü. Mən artıq heç kimi görmürdüm. Başımın içində bir təzyiq hiss elədiyimdən qulaqlarımı tutub yerə çökdüm.
- Qulaqlarınızı tutun, ağzınızı açın - Qulaqlarımı bağlamağa baxmayaraq Lütfünün səsini eşitdim. - Təzyiq ağzınızdan çıxsın.Onun dediyi kimi elədim. Gözlərimi bərk-bərk sıxaraq sanki bu kabusdan müdafiə olunurdum. Göz qapaqlarımda bir qızartı görəndə anladım ki, işıq yenidən bizə qayıdıb və mən göz qapaqlarımda yerləşən kapilyar damarları görürəm. Gözümü açdım. İşıq seli gözümü qıcıqlandırsa da ətrafa baxıb yoxlamağı qərara aldım.
- Akif hara oldu? - Cavid soruşdu.
- Kim?
- Bayaqdan danışdığın dəli.Həqiqətən də " Dərviş" yoxa çıxmışdı.
-----------------------------------------
- Həə psixoloq - ilk olaraq qatil mənə müraciət etdi - Mən səni qaçırmışdım ki, bütün bu ölümlərə son verəsən. Səni başa salacaqdım. Axı sən psixoloqsan. Bu insanları inandıra bilərdin. Onlar da başa düşüb özlərini taleyin hökmünə verərdilər. Amma sən qaçdın, mənimlə hesablaşmaq belə istədin. Mənim artıq başqa bir çarəm yoxdu. Sizi öldürməliyəm.
--------------------------------------------
İndi artıq sən bu dünyada artıqsan.- Vasifin səsini eşidirdim - Səni bütün artıq insanlar dünyasına götürməyin zamanı gəlib. Siz - adi insanlar ora cəhənnəm deyirsiniz. Biz elm adamları kainatın nizamını qorumaq üçün hərdən insanları ora atırıq.İNDİ
- Vasif biz hara gedirik? O dediyin artıqlar dünyası haradı?
- Sən onu boş ver. İndi möhtəşəm bir an yaşanacaq. Biz qara dəliyə daxil olacağıq.
- Nə? Bu təhlükəli deyil?
- Həm də son dərəcə. Kiçik bir xəta olarsa atomlara parçalana bilərik. Burdakı cazibə qüvvəsi bizi spagettiyə döndərə bilər. Biz sadəcə ölmərik. Biz görünməyəcək dərəcədə xırda hissələrə parçalanıb yox ola bilərik. Bir qum dənəsindən milyonlarla kiçik olan hissəciklərə bölünə bilərik.
- Elə isə niyə?
- Bərk dur.Sürətin artdığını hiss etdim. İlahi, bu cəhənnəm əzabına bərabər idi. Bədənimin hər bir əzasında insanın ağlını başından alan ağrı var idi. Beynim donmamışdan qabaq bir saniyəliyinə qara dəliyin içərisini görə bildim. Kainatın ən qaranlıq zonasının içi insanı sehrləyəcək dərəcədə gözəl və işıqlı idi. Amma artıq qara dəlik bizi udmuşdu. Biz artıq yox idik.
İçində yaşadığımız kainat eyni zamanda da çox qorxunc və təhlükəli bir yerdir. Və kainatımızda kifayət qədər qorxunc bəzi şeylər var. Məsələn önlərinə çıxan hər şeyi öz cazibə qüvvəsinin təsirinə salıb yox edən qara dəliklər. Qara dəliklər yüksək cazibə səbəbiylə planetləri və ulduzları içinə çəkən kosmos sahələridi. Yəni hər bir planetin və ulduzun sonu bir gün qara dəlikdə bitəcək. Qara dəlikdə olan sıxlığı təsəvvür etməyiniz üçün belə bir misal çəkim. Təsəvvür edin, yer kürəsini o qədər çox sıxırıq ki, axırda o bir portağal böyüklüyündə olur. Görün o zaman onun sıxlığı necə böyük bir rəqəmlə ifadə olunacaq. Qara dəlikdə olan sıxlıq isə bundan qat-qat çoxdur. Çünki bir qara dəlik hansısa ulduzun öz içinə, nüvəsinə doğru çəkilərək yox olması nəticəsində yaranır. Yəni yer kürəsindən minlərlə dəfə böyük olan hansısa bir ulduz o qədər öz içinə sıxılır ki, nəhayət yox olur. Sıxlıq P=m/V düsturuna əsasən kütlə ilə düz mütənasib olduğundan, kütlə də öz növbəsində Nyutonun ümumdünya cazibə qüvvəsi düsturuna əsasən cazibə qüvvəsi ilə düz mütənasib olduğundan yox olan ulduzun yerində ağıl almayacaq dərəcədə yüksək cazibə qüvvəsinə sahib bir sahə yaranır. Bir qara dəlik yaranır. Qara dəlikdə olan yüksək cazibə qüvvəsi hətta onun yaxınlığında zamanın yavaşıdılmasına səbəb olar. Buna görə bəzi elm adamları qara dəliyin zamanda səyahət mexanizmi olduğunu ehtimal edirlər. Lakin bu təcrübədə iştirak edib qara dəliyin içinə girəcək qədər cəsarətli bir insan tapmadıqlarından onların bu nəzəriyyəsi hələdə nəzəriyyə olaraq qalır. Qara dəliklər hətta kainatdakı ən sürətli şey olan işığı belə özünə çəkdiyindən qaranlıq olurlar. Lakin içləri dünyanın ən işıqlı sahəsidir. Bəs yaxşı qara dəliyin daxili var mı? Qara dəkik bir maddə belə deyil. Qara dəlik bir sahədir.
Qara dəliklər kifayət qədər böyük sahəyə malik olurlar. Bizim qalaktikamızda günəşdən 4 milyon dəfə böyük olan bir qara dəlik var. Qonşu qalaktikada isə günəşdən 21 milyon dəfə böyük olan başqa bir qara dəlik var. Və bu qara dəliyin sadəcə on faizi bizim günəş sistemini içinə çəkib məhv edəcək bir gücə sahibdir. Bir insan qara dəliyə yaxınlaşarsa ayaqları həddindən artıq uzanar, bədəni bir çöp nazikliyinə çatar, daha sonra isə parçalanaraq yox olar.