Birinci bölümdən xatırlatma

232 33 1
                                    

-Lütfüyə görə biz ağ bir işığın içindəyik. Bəzilərinə görə Antarktida bəzilərinə görə mağaradayıq. Yəni hər kəs bura dair fərqli bir şey görür. Hansımız ağıllıyıq və reallığı görürük səncə?

Vasif markeri əlinə götürüb ora üçbucaq şəkli çəkdi.
- Bu bir üçbucaq deyil. Bu üç düz xəttin şəklidir. Sadəcə bu xəttlərdən birinin sonu digərinin başlanğıcıdı. Bu düz xəttləri bir küçə olaraq düşün. Birinci küçənin sonu ikinci küçənin başlanğıcıdı. İkinci küçənin sonu üçüncü küçənin başlanğıcıdır. Üçüncü küçənin sonu isə birinci küçənin başlanğıcıdı. İndi də bu küçələr boyu hərəkət edən bir insan düşün. O durmadan bu üç küçə boyunca hərəkət edərək eyni küçələrdən təkrar təkrar keçir. Lakin hər periodun başlanğıcında yaddaşını itirir və bu üzdən də hər dəfə bu küçələri ilk dəfə gördüyünü düşünür.

- Sən ölmüsən ki? - Mehribandan soruşdum.
- Hə. Gecə qazı açıq qoyub yatmışdım. Su içmək üçün qalxıb işığı yandırdım və elə o dəqiqə öldüm. Partlayışı demək olar heç hiss etmədim. Ayılanda burda idim. Məncə bura cənnətdir.

- Mehriban... - Ayağa qalxaraq qorunmağa çalışdım.
- O məni aldatdı Coşqun. Səni onun yanına aparsam əgər məni burdan qaçıracağına söz verdi. Amma səni yuxulatdıqdan sonra cibindən çıxardığı bıçaqla üstümə gələndə aldadıldığımı anladım. Onu bayıldıb qaçdım. Nə də olmasa o biri həyatımda peşəkar cinayətkaram. Yeri gəlmişkən səni də qaçırdım.
Əlbəttə. Yalnız bir qadın tərəfindən qaçırılacağım təqdirdə sürüdülə bilərdim.

Meşədə bir səs yüksək tonlu bir pıçıltı yanğılandı.
" Yox... Kömək edin. Mən istəməzdim belə olsun "

- Mehriban - deyə yol yoldaşıma səsləndim - dünən buranın cənnət olduğunu düşündüyünü demişdin. Elə isə niyə bu qatilə qoşulub burdan qaçmaq istədin?
- Hər şeyə burnunu soxma.

Mən iş yerimə olan hücumu iki dəfə yaşamışdım. Hər iki dünyamda bir dəfə və hər ikisində də Leyla ölmüşdü. Lakin ikinci gördüyümdə qatil indi məni öldürmək istəyən insanla eynilik təşkil etmirdi.

Mən yerdəki qan izinə baxıb dedim :
- Xeyir, o qurbanlarını sürüyür. Dünən məni də qaçırmışdı. Lakin Mehriban məni xilas elədi.

İşıq hər saniyədə 300.000 km yol gedir. Bu sürətlə burdan Amerikaya saniyədə otuz dəfə gedib gəlmək olar. Bir işıq ili isə 10 trilyon kilometrdir. Bir fikirləşin bu sürətlə hesabladıqda Plutondan baxan bir müşahidəçi üçün Yerin yaranması və bir müddət sonra məhv olması bir neçə saniyə ərzində baş verir.

PeriodTempat cerita menjadi hidup. Temukan sekarang