- Və? Bizə də deyəcəksən bildiklərini? - Mən soruşdum.
- Bununla danışmağa dəyməz. - Cavid arxadan mənə pıçıldadı - Bu dəlidir.
- Hardan bilirsən- deyə Caviddən soruşdum.
- Özün görmürsən? Məntiqsiz şeylər danışır.
- Görürəm. Düşüncələrin reallaşdığını deyən bir insandan daha ağıllı danışır.Mən üzümü yenidən bu " dərviş" ə tutdum.
- Davam elə.
- Məgər hər şey aydın deyil? Məsələ zamanla bağlıdır. Siz elə bilirsiniz ki, zaman bir düz xətt boyunca gedir? Keçmiş daha sonra indiki zaman daha sonra gələcək. Eləmi? Bu səhvdir. Hər şey eyni anda cərəyan edir. Biz Hitlerlə, Makedoniyalı İsgəndərlə və ilk insan qəbilələri ilə eyni zamanda yaşayırıq.
- Bu absurddur - mən dedim - eramızdan əvvəl yaşayan bir insanla mən necə eyni zamanda yaşaya bilərəm.
O qəhqəhə çəkib güldü və birdən üzünə ciddi ifadə verib danışmağa başladı.
- Era, il, ay, gün. Bunlar zaman vahidləridir. Zaman vahidlərini isə saatlar yaradır. Saatları isə insanlar yaradır. İnsan təxəyyülü saatların keçdiyini görür və insan beyni bu gördüklərini reallaşdırmaq üçün bacardığı qədər zəif işləməyə başlayır, nəticədə bir neçə saniyə bizə illər kimi görünür.
- Bir dəqiqə. Deyək ki, sən deyənlər düzdür - Mən bu axmaqlığa daha artıq qulaq asmamaq üçün onun sözünü kəsdim - bu məlumat bizim necə işimizə yaraya bilər ki?
- Başa düşmürsən? Zaman bir düz xətt boyunca getmir. Zaman ümumi anlamda paralel tellərdən ibarətdir. İndiyə qədər elm adamları bizim 3d yəni üç ölçülü bir dünyada yaşadığımızı deyirdilər. Amma son illərdə artıq yaşadığımız dünyanın on bir ölçülü olduğunu sübut elədilər. Dünyamız təkcə uzunluq, endən və hündürlükdən ibarət deyil. Bura zaman və məkanın çoxlu sayda telləri də daxildir. Beləcə çoxlu sayda tellər paralel dayanaraq fərqli zamanlar yaranır. Bir teldəki zamanda əgər Fateh Sultan Mehmet hələ İstanbulu alırsa digər teldəki zamanda Xiroşimaya atom bombası atılır. Əslində bütün hadisələr eyni zamanda baş verir. Bunları nizamlayıb zaman halına salan beynimizdir.
- Mən buna inanıram - qəfil Lütfü dedi - paralel dünyalar.
- Cəfəngiyyatdır - deyib otaqdan çıxmaq istəyirdim ki, qaranlıq çökdü. Mən artıq heç kimi görmürdüm. Başımın içində bir təzyiq hiss elədiyimdən qulaqlarımı tutub yerə çökdüm.
- Qulaqlarınızı tutun, ağzınızı açın - Qulaqlarımı bağlamağa baxmayaraq Lütfünün səsini eşitdim. - Təzyiq ağzınızdan çıxsın.Onun dediyi kimi elədim. Gözlərimi bərk-bərk sıxaraq sanki bu kabusdan müdafiə olunurdum. Göz qapaqlarımda bir qızartı görəndə anladım ki, işıq yenidən bizə qayıdıb və mən göz qapaqlarımda yerləşən kapilyar damarları görürəm. Gözümü açdım. İşıq seli gözümü qıcıqlandırsa da ətrafa baxıb yoxlamağı qərara aldım.
- Akif hara oldu? - Cavid soruşdu.
- Kim?
- Bayaqdan danışdığın dəli.Həqiqətən də " Dərviş" yoxa çıxmışdı.
- Tez burdan çıxaq? - Lütfü qışqırdı.
- Bu bir günəş tutulması idi? - Cavid sual verdi.
- Günəş tutulması zamanı bu cür təzyiq hiss edəcəyimizi düşünmürəm. - Mən qapıya tərəf addımlarkən cavab verdim.Amma xoşbəxtlikdən hələ qapıdan çıxmamışdım. Çünki qatilin tüklərimizi biz biz edən səsini eşitdim.
- Burda olmamalısınız.
- Əyilin, atəş aça bilər - Lütfü qışqırdı və biz hamımız onun tapşırığına əməl edərək əyildik. Artıq sözün tam mənasıyla küncə sıxışdırılmışdıq. Çöldən qatilin soyuq səsini eşidirdik.
- Vasifin axmaq inancları üzündən bütün dünyamız məhv olacaq. Mən belə olmağını istəməzdim. Amma 7 milyard insanın canı üçün, günahsız körpələrin canı üçün və nəhayət ümumi kainat üçün bunu eləməliyəm. Hamınızı öldürməliyəm.Biz qaçmaq üçün çıxış yolu axtarırdıq ki, ağır addımlarla qatil içəri girdi.
Bizim qatilin qarşısında əliyalın, çarəsiz dayandığımız vaxt Kamilə qaçaraq özünü İlyasa yetirdi.
- İlyas Lütfü ilə Cavid meşənin ortasında bir ev tapıblar. Düşünürük ki, qatil orda yaşayır. Böyük ehtimalla Mehriban da ordadı. Məni göndərdilər ki, sənə xəbər edim.
- Nə? Kamilə Mehriban tapılıb. İqor onu meşədə huşsuz vəziyyətdə görüb.
- Nə? O hardadı? Özünə gəlib? O yaxşıdır?