Səkkizinci dairə

388 47 36
                                    

Sonra baş verənləri ötəri xatırlayırdım. Vaqifin dedikləri və gördüklərim zehnimi qarışdırırdı. Bura xəyal və gerçəkliyin vəhdətidir. Dediyinə görə mən nə vaxtsa ondan kömək istəmişəm. Vasif mənə kömək etmək üçün bura gətirib.
Birincisi belə bir şey olmamışdı. Mən Vasifi daha əvvəllər heç vaxt görməmişəm. İkincisi hər şeydən göründüyü kimi Vasifin niyyəti heç də mənə kömək etmək deyil. Mənim iş yerimə olan hücumda Leyla öldürüldü. Daha sonra onlar mənim dostum Vüsalı öldürüb özümü də bura gətirdilər. Deməli onlar mənim dostlarım yox düşmənlərimdir. Onlar mənə ziyan vurmaq istəyirlər nəinki kömək etmək.

Pilləkənləri qalxaraq meşədə ağacların arasıyla və İlyasın müşayiəti ilə getdiyim vaxt digər suallar və versiyalar məni rahat buraxmırdı. Deyək ki lap bu insanlar mənə hansısa bir naməlum səbəbdən dolayı düşmən kəsiliblər. İş yerimə olan hücumla hadisəyə terror donu geyindirərək məni aradan götürmək istəyirlər. Amma bu əclaflar ancaq Leylanı öldürə bilirlər. Daha sonra Vüsal bu insanlara dair hansısa məlumatı ələ keçirir. Necəsə bundan xəbər tutan bu qatillər onu öldürüb məni də bura həbs edirlər. Niyə? Niyə məni də öldürmədilər? Bu vaxt cavab sanki vəhy kimi mənə göydəndüşmə gəldi. Bəlkə bu cür sayıqlamalarla mənim fikrimi qarışdırıb dəli etmək istəyirlər. Deyəsən Leonardo Di Caprionun oynadığı " Zindan adası " filmində buna bənzər nəsə var idi. Polis şerifi dövlət tərəfindən arzuolunmaz adam elan olunur və onu sözdə təhqiqat məqsədilə bir adaya göndərib müxtəlif psixotrop maddələr və təlqinlə onu şizofren olduğuna və artıq neçə ildir ki, bu dəlixanada yatdığına inandırırlar. Bəlkə mənim də başıma belə bir oyun açılıb. Hər halda artıq hallüsinasiyalar görməyə başlamışam. Hətta həqiqət belədirsədə yenə suallar bitmirdi. Birincisi mən kimin quyruğunu tapdalamışam ki, mənə qarşı belə oyun qurulub. Ola bilərdi ki, bu hansısa manyak və obsessiv kompulsiv pozğunluqdan əziyyət çəkən pasiyentimin işidir. Çünki belə xəstələr bəzən səbəbsiz yerə müəyyən bir işi görməyi özlərinin qarşısına məqsəd qoyurlar. Bu məqsədlər hər gün bir insan öldürmək kimi qorxunc ola bilir bəzən. Amma son dövrlərdə belə pasiyentimin olduğunu xatırlamıram. İkincisi hücumdan qabaq iş yerimə gələni o sarışın oğlan kim idi? Gələcəyi hardan bilirdi? Bu sualın ümumiyyətlə cavabı yox idi.

Ola bilsin ki, epilepsiyam tədricən şizofreniyaya keçib deyə bir qorxulu fikir də oyandı beynimdə. Eynilə bir neçə ay bundan qabaq oxuduğum " Mənim qaranlıq dünyam " romanınının baş qəhrəmanı kimi. Amma tez bu fikri başımdan uzaqlaşdırdım.
" Qulaq as Coşqun " dedim özüm özümə " hər şey reallıqda baş verir. Və sənin indiki vəzifən burdan qaçmaqdı "

- Nə düşünürsən? - deyə İlyas soruşdu qəfil.
- Nə? - demək olar ki, onun yanımda olduğunu unutmuşdum.
- Nə fikirləşirsən dedim - İlyas təkrar soruşdu.
- Heç. Elə belə.
- Bura gəlməmişdən qabaq nə oldu?
- Necə yəni! - Həqiqətən də heç nə anlamırdım.
- Burda olan hər bir insan bura gətirilməzdən qabaq hansısa bir fəlakətlə üzləşib. Həyatlarının hansısa bir dönəmində bir bədbəxtlik gəlib başlarına. Və elə bu vaxt onlar bura gətirilərək xoşbəxt bir həyata başlayıblar. Sənin bura gətirilməzdən əvvəl başına nə gəlmişdi?

Bir psixoloq olaraq İlyasın bu sualı niyə verdiyini anlamaq mənim üçün çox da çətin deyildi. Artıq İlyasın çox da ünsiyyətcil biri olmadığını anlaya bilmişdim. Deməli bu sualı heç də ünsiyyətə girmək və ya yaxınlıq qurmaq məqsədi ilə vermirdi. İkinci ehtimal bu sualın məqsədi burda gedən hansısa naməlum oyun üçün ağzımdan söz almaq idi. Amma İlyasın utanaraq və sıxılaraq danışdığı aşkar idi. Geriyə tək bir variant qalırdı. İlyas dərdlidir. Bura gətirilməzdən qabaq başına gələn hər nəysə onu mənlə bölüşərək yüngülləşmək istəyir. Və söhbətə də belə bir açar tapıb. Əvvəlcə mənim başıma gələnləri soruşur. Bəs yaxşı bir insan niyə belə eləsin ki? Yəni doğrudan doğruya mənə içini boşalda bilməzmi? Yəqin ki, hər biriniz buna oxşar seçimlər eləmisiniz. Bir şeyi eləmək istəyirsiniz amma ağlınız icazə vermir. Və siz fərqli yolları sınayırsınız. Niyə?
Bu sualı kursuma gələn bir tələbə mənə verəndə ona eynilə bu cavabı vermişdim.

- Eqo. Bunu edən eqodu. Ümumiyyətlə şəxsiyyətin üç strukturu vardır. İd, Eqo və Supereqo. Gəl bunların hərəsini bir bir aydınlaşdıraq. İd nədir? İd insanın rahatlığı və konfortluğu üçün hər şey etməyə qadir olan bir şüuraltı strukturudur. İd üçün heç bir əxlaq və vicdan qaydaları yoxdur. O sənə ləzzət edəcək, səni rahatlandıracaq hər şey etməyin tərəfdarıdır. Amma təbii ki, həyatda belə olmur. Biz bəzi şeyləri etmək istəsək də vicdan və əxlaq qanunları yolumuzu kəsir elə deyilmi? Bunu edən egodur. Eqo İdi tənzimləməyə çalışır. Obrazlı şəkildə desək İdin ipini yığır. Əgər Eqo olmasa biz hər istədiyini edən vəhşi və düşüncəsiz varlığa çevrilərik. Supereqo isə eqonu tənzimləyir. Əgər Supereqo olmasa biz hər bir şeyi etməmək üçün bir səbəb taparıq və cansız bir varlığa çevrilərik.

- Həyat yoldaşım ölmüşdü - İlyasın sualına qısa cavab verərək eşitmək istədiyini dedim - Sənin hekayən nədir?

Sualım İlyasın xoşuna gəlmişdi. Tez danışmağa başladı.
- Mən həkim idim. Estetik və rinoplastik cərrah. Bir gün yanıma bir xəstə gətirdilər. Burun əməliyyatı lazım olan bir qadın. Əməliyyatdan sonra ona vurulmuşdum. Qısa vaxtda biz bir-birimizə aşiq olduq. Tez-tez görüşürdük. Amma sonradan bildim ki, sən demə evli imiş. Əri məni küçədə ölümcül döysə də məni əsas incidən onun yalanı və xəyanəti idi. Döyüləndə huşumu itirmişdim. Ayılanda burda idim. Bura mənə mənəvi rahatlıq gətirdi. Vasifə çox minnətdaram.

Elə bu vaxt sarışın bir gözəl qız bizim qarşımızı kəsdi. İlyas mənə baxıb dedi :
- Yolun qalan hissəsində səni Mehriban müşayiət edəcək. O səni kampınıza aparacaq və otağını göstərəcək.

Mehriban həqiqətən çox gözəl və cazibədar qız idi. Sarı saçları, dolu yanaqları və formalı vücudu vardı. Alnına tökdüyü tellərin altından qara gözləri fənər kimi parıldayırdı. İfraz olunan adrenalin və dopamin fermentləri özümü cool hiss etməyimi tənzim edirdilər. Leylaya görə vicdan əzabı çəksəm də İdimə uyub bu qızla söhbət açmaq qərarına gəldim.
- Sən də Vasif üçün işləyirsən?
- Burda hər kəs özü üçün işləyir. Hər kəs ən yaxşı bacarığına görə ixtisaslara bölünüb. Məsələn İlyas Vasifin şəxsi həkimi və yaxın qorumasıdır. Çünki bura gəlməzdən qabaq həkim - cərrah və tez-tez gördüyü həyatında isə king boksçudur. Mən evimdə çıxan yanğında ölməmişdən əvvəl iqtisadiyyatı oxuyurdum. İkinci həyatımda isə təhlükəli cinayətkaram. Burdakı işim insanların davranışına fikir verib çıxacaq hər cür problemə qarşı dayanmaqdı.

Mən heyrət içində soruşdum :
- Sən ölmüsən ki? Necə yəni...
- Hə, axşam qazı açıq qoyub yatmışdım. Gecə su içmək üçün qalxıb işığı yandırdım və elə o dəqiqə öldüm. Partlayışı demək olar ki, heç hiss etmədim. Ayılanda burda idim. Məncə bura cənnətdir. Burda hər şey gözəldir.

Gecə keçir və biz hələdə kampa çatdırdıq. Səmadan bu ağacların arasına düşən ay işığı ətrafa qorxunc bir mənzərə saçırdı.
- Nə qədər qalıb? - Mən bu gözəl ölüdən soruşdum.
- Çatmışıq - dedi o dayanaraq - Məni bağışla. Bunu eləməyə məcbur idim.
- Nəyi? - Deyə soruşdum.

Məhz o an ağacların arasından çıxan kişini tanıdım. Bu mənim iş yerimə hücum edən və Leylanı öldürən həmin qatil idi.
- Əclaf - deyə qışqıraraq onun üstünə getdim.

O isə tapançanı qaldıraraq sadəcə mənə iki dəfə atəş açdı. Bura cənnət deyildi, onda anladım. Burda da ölmək mümkün olur.

PeriodDonde viven las historias. Descúbrelo ahora