Uzaqdan da olsa silahın mənə yönəldiyini görürdüm. Artıq üçüncü dəfə idi ki, bu qatillə üz üzə dayanmışdım. Görəsən digər ikisində olduğu kimi yenə bəxtim gətirəcəkdirmi? Özümü geri ataraq ilk güllədən yayınmağı bacardım. Bəxtimdən qarşımda yıxılmış ağac bütün qol budağı ilə mənə sipər olmuşdu. Mən sürünərək onun altından çıxarkən yeni bir atəş açıldı və bu dəfə güllə ağacın kötüyünə girərək ətrafa kəpək yaydı. Bütün fikrimi toplayaraq çıxış yolu axtarırdım. Bilirdim ki, diqqətimi toplasam nəsə tapa bilərəm xilas olmaq üçün. Çünki şüuraltı həmişə bir yol bilir. " Ya Allah " deyərək yerimdən sıçrayıb digər ağaca tərəf qaçarkən arxamdan üç güllə böyük sürətlə keçirdi. Dördüncü güllə ağaca sancılmazdan qabaq mən onun qalın gövdəsi arxasında görünməz olmağı bacardım.
- Gizlənmə - deyə qalın kişi səsi eşitdim. - Sən ölməlisən. Bu hər kəs üçün yaxşıdır.Onun Leylanı öldürməyi dünənki kimi yadımda idi. İçimdən onun üstünə tullanıb boğmağım gəlirdi. Lakin bilirdim ki, bunu edə bilməmiş o məni cəhənnəmə vasil edərdi. Və əslində bir şeydə vardı. Mən iş yerimə olan hücumu iki dəfə yaşamışdım. Hər iki dünyamda bir dəfə və hər ikisində də Leyla ölmüşdü. Lakin ikinci gördüyümdə qatil indi məni öldürmək istəyən insanla eynilik təşkil etmirdi. Buda mənim psixotrop dərmanlarla hallüsinasiya görmə teoremi sarsıdırdı. Əgər ikinci həyatımla bağlı gördüklərim hallüsinasiya olsaydı onda təhtəlşüurum böyük ehtimalla qatili yenə bu əclaf olaraq göstərərdi. Fəqət həqiqət başqa idi. Gizləndiyim ağacın arxasından azacıq da olsa başımı çıxarmaq açılan hər yeni güllənin bədənimə sancılması qorxusu ilə yenidən üzləşməyimə səbəb olurdu. Nəhayət qatilin tapança darağı boşaldı. Yenidən şarjor olunana qədər təxminən 10 saniyə vaxtım var idi. Ağacın altından qalxıb qaçmağa başladım. Bir neçə saniyəlik sükutdan sonra yenidən gurultulu silah səsləri meşəni öz ağuşuna götürdü. Mən ziqzaqvari qaçışla güllələrdən hələki yaxa qurtara bilirdim. Amma o da arxamca gəlirdi. Nə qədər qaça bilərdim axı?
Mənim kampda olmadığım vaxt əkin sahəsində Lütfü ilə Cavid söhbət edirdi.
- Yeni gələnlə bağlı nə düşünürsən? - Lütfü şagirdini imtahan edən müəllim ədası ilə soruşdu.
- Bilmirəm. O da bizim kimi heç nə anlamır. Lakin Vasifin dediyinə görə indi hamımızdan çox onun işi üzərində düşünür. İstədiyini ona vermək üçün.
- Bu nə mənaya gəlir ki? - Lütfü soruşdu.
- Yadındadır bir dəfə Vasif bir dəfə bizim hamımızı yığıb nə dedi?! İstədiklərimizi bizə vermək üçündür bütün bu işlər.
- Vasifdən nə vaxtsa nəsə istəməyim yadıma gəlmir. Amma mən bir şeyə inanıram.
- Nəyə? - Cavid soruşdu.
- Vasif bizim düşüncələrimizi oxuyur. O bizim üçün hər şeyin ən yaxşısını bilir.
- Heh - Cavid gülümsədi - Allah kimi.
- Ey bura baxın - səsi eşidilən qadın onlara yaxınlaşdı.
- Kamilə - Cavid ayağa qalxdı qızı görərkən. - Nə olub?
- Sizə bir şey göstərməliyəm.
- Bir dəqiqə dayan - arxadan yaxınlaşan İlyas onun sözünü kəsdi. - Coşqunu görməmisiniz?
- Yox. Sənlə deyildi o? - Lütfü soruşdu.
- Onu Mehribana təhvil vermişdim. Mehriban da gəlməyib?
- Aydındır - Cavid hökm verdi - qaçıb.
- Mehribanda onun ardınca tutmağa gedib - Lütfü tamamladı.
- Onun Mehribanın əlindən qaça biləcəyinə inanmıram.
- Bəlkə də birlikdə qaçıblar. O psixoloqdur. Mehribanı inandıra bilər.Elə bu an mən ağacların arasından çıxaraq onlara tərəf qışqıraraq qaçmağa başladım.
- Kömək edin
Kömək edin.- Əyilin - deyə qışqıraraq İlyas tapançasını koburdan çıxardı. - Nə olub Coşqun?
- Bir adam gəlir. Mehribanı vurdu. İndi də mənim.... Silahı var.
- Kim idi?
- Həmin adam. - Hələdə özümü güvəndə hiss etmirdim. - Mənim iş yerimə hücum edən. Ley... Həyat yoldaşımı öldürən.
- Mehriban necədir? - Kamilə soruşdu.
- Kəs səsini - İlyas qışqırdı tapançasına sarılaraq meşəyə doğru gedərkən.
- Gözətçi qülləsindən soruş. - Lütfü təklif etdi.
- Nə? - Mən soruşdum.
- Kampa yaxın yerdə ağacın başında öz snayperi ilə dayanan Davidi nəzərdə tuturam.
- Sizə sakit durun dedim - İlyas cibindən ratsiyanı çıxardaraq.