İkinci dairə

240 37 7
                                    

Periodun keçmiş bölümlərindən.

Artıq xəstəxanadan çıxıb evimə doğru yol alarkən polis rəisi və eyni zamanda da ailə dostum olan Vüsala zəng vurdum.
- Alo Vüsal. Necəsən?
- Çox sağol Coşqun. Xəstəxanadan çıxmısan?
- Hə indi çıxdım. Nəsə tapmısınız?
- Yox heç nə. Kameralarda qatilin üzü aydın düşüb. İndi arxivlərimizə və qeydiyyat dosyalarımıza baxırıq. Hələlik bir şey çıxmayıb, amma narahat olma şəxsən özüm bu işin üstündə dayanmışam.
- Çox sağol Vüsal. Sənə güvənirəm.
..................................

Artıq gecə vaxtı hər kəsdən uzağa çəkilib Oturduğum vaxt telefona zəng gəldi. Vüsal idi.
- Alo Coşqun mən həyətdəyəm. Bura gələ bilərsən?
- Elə mən də həyətdəyəm. Nə olub ki?
- Gəl səninlə bir şey danışmalıyam.
- Tamam gəlirəm. Hardasan?

Vüsalın səsi çox həyəcanlı gəlirdi. Sanki nədənsə qorxmuş və ya təəccüblənmişdi. Mən şübhə eləmirdim ki, o qatilin izinə düşüb. Buna əmin idim. Və əmin idim ki, o mənə yeni xəbərlər verəcək. Amma onun olduğu yerə çatanda sadəcə yerdə uzanmış cəsədini gördüm.
...............................

Mənim iş yerimə olan hücumda Leyla öldürüldü. Daha sonra onlar mənim dostum Vüsalı öldürüb özümü də bura gətirdilər. Deməli onlar mənim dostlarım yox düşmənlərimdir.
...................................

Coşqun .... - Polis rəisinin səsi məni fikirlərdən ayırdı - sən yaxşısın? Deyəsən fikrin dağılmışdı.
- Vüsal mən - o mənim uşaqlıq dostum idi. Mən iş yerimə olan hücumla, həmçinin Leylanın qatili ilə bağlı məsələdə ancaq ona güvənə bilərdim - yaxşı deyiləm. Səndən xahiş edirəm qatili tap.

İndi

Vüsalı birdən - birə qarşımda görərkən şoka düşdüm. Gözlərimi bərəldib uşaqlıq dostumun simasına baxırdım ki, o məndən öncə davranıb üstümə gəldi.
- Coşqun bura haradı? Nə baş verir?
- Vüsal sən yaxşısan? Sən.... Sən... Sən ölməmisən? - Bəlkə 13,5 milyard dünya tarixində heç vaxt belə mənasız bir sual verilməmişdir.
- Coşqun mən heç özüm də bilmirəm. Sizin həyətdə səni gözləyirdim. Birdən mənə elə gəldi ki, arxadan kimsə yaxınlaşır. Gerisini xatırlamıram. Gözümü burda açdım.

Mən Vüsalın çiyni üzərindən Vasifə baxdım.
- Nə məsələdir Vasif?
- Coşqun artıq səninlə bəzi şeyləri danışmağın zamanıdır.
- Buyur.
- Dostun bunlara hələ hazır deyil.
- Coşqun bura haradı? - Vüsal səbrsizlənirdi.
- Bir dəqiqə Vüsal. - Deyib Vasifin qarşısına keçdim. - Vasif de görüm, Vüsalın burda nə işi var?Ümumiyyətlə nə baş verir?
- Coşqun səninlə bu məsələləri təklikdə danışmalıyıq. Dostun üçün problem deyilsə bizi burda gözləsin. Bizsə çölə çıxıb bir az gəzişək, söhbət edək.

Yenə eyni şey oldu. Məkan dəyişdi. Və böyük ehtimalla zaman da. Biz Leylanın məzarı başında Vasiflə dayanmışdıq. Vasifin mənə göstərdiyi şəkildəki üçüncü insan Vüsal idi.
- Bu nədi? - Qışqıraraq soruşdum - Sən kimsən?
- Mən...
Əlindən vurub şəkli yerə atdım. Yaxasından tutub düz burnunun ucunda bağırmağa başladım.
- Kimsən sən? Bu nə şəkildi hazırlayıb gətirmisən? Bu əhvalımın olmayan vaxtı ölümünə gəlmisən?
- Dayanın xahiş edirəm. Hər şeyi izah edəcəm.
- Nəyi axı nəyi? Kimsən sən?
- Eeee əlini çək - deyən bu adam qəfildən çənəmin altından vurduğu yumruqla məni yerə sərdi.
Gözlərimi açanda bir otaqda, döşəmədə uzanmışdım. Bura heç otaq da demək olmazdı. Bildiyimiz, adi laboratoriya idi. Divarlarda sxemlər, çertyojlar vardı. Masaların üzərində Tanrının yer üzündə yaratdığı bütün rənglərdə olan məhlullar kolbaların içində dalğalanırdı. Ortada ağ xalatlı bir kişi gəzirdi. Mən nə qədər ki, başımı qaldırmamışdım ancaq onun ayaqlarını görürdüm. Elə başımı qaldırmağa ehtiyac da olmadı. Çünki o böyük ehtimalla mənim oyandığımı görüb aşağı əyildi və mən onun üzünü gördüm. Bu Vasif idi. Mən ayağa qalxıb onu əzişdirmək istəsəm də özümdə tərpənəcək taqəti tapmadım.
- Sənə bəzi iynələr vurmuşuq. Müvəqqəti olaraq sinir sistemin iflic olunub. Narahat olma, hər şey qaydasına düşəcək. Sinirlərin açılana qədər sənə bəzi şeyləri başa salım. Bax bu qarşıdakı divarda gördüyün sxem kvant mexanizmidir. Biz yəni bir qrup alim - fizik bu laboratoriyalarda illərdir bu işlə məşğuluq. Ən dərin elmləri öyrənib kainatın nizamını qorumağa çalışırıq. Və bir gün əhəmiyyətli dərəcədə kainatda baş verən pozğunluğu müşahidə elədik. Habl düsturuna görə genişlənən kainatın tellərində titrəyişlər xeyli dərəcədə nizamsızlaşmışdı. Biz bu məsələyə diqqət yetirdik və əhəmiyyətli nəticələr əldə etdik. Məlum oldu ki, insanların düşüncələri radio dalğaları kimi qalaktikaya yayılır. Mənfi düşüncələr bütün sistemə mənfi təsir edirdi. Beləliklə qarşımızda duran məsələ aydınlaşdı. Nə qədər az bədbəxt insan olarsa dünyamız bir o qədər güvənli və tarazlıqda olar.

Günlər belə davam edirdi. Vasif hər gün mənə bəzi şeyləri danışır və məlumatlar verirdi. Meşədə - ağacların birinin altında oturub söhbət edirdik. Buna heç söhbət də demək olmazdı. Mənim sinirlərim yenə iflic vəziyyətində olurdu və mən sadəcə Vasifin məni qoyduğu yerdə oturub, onu dinləyirdim.
- Fikrimizdəkiləri həyata keçirmək üçün bizə qeyri - adi bir yer lazım idi. Hər şeyi, hətta, düşüncələri belə özünə çəkəcək cazibə qüvvəsi olan bir məkan. Beləcə bütün bədbəxt insanlardan xəbərdar olub onları xilas edə biləcəkdik. Amma hardan tapa bilərdik axı belə bir yeri. Lap tutaq ki, tapdıq. Belə bir yerdə cazibə o qədər qüvvətli olardı ki, ən xırda hərəkəti belə edə bilməzdik. Amma biz çarəni tapdıq və buranı inşa etdik.

Üçüncü gün mən bir otaqda, köhnə bir çarpayıda uzanıb Vasifə qulaq asırdım.
- Artıq biz bədbəxt insanları tapıb, onların həyatını gözəlləşdirməklə dünyamızı qoruya bilərdik. Səni də buna görə bura gətirdik. Hər şeyi dəyişmək üçün.

- Coşqun nə oldu? - Əvvəl Vasifin səsini eşitdim.
- Coşqun sən yaxşısan? - sonra dostum Vüsalın səsini eşitdim.
- Mən xatırladım - dodaqlarım arasından bu kəlmələr çıxdı - Mən daha əvvəl burda olmuşam. Bilmirəm... Yuxu kimi.... Sanki başqa bir həyatda..
- Axı nə baş verir Coşqun? - Vüsal bəlkə də bu dəqiqələrdə özünü dünyanın ən cahil insanı kimi hiss edirdi.
- Coşqun gəl biz çölə çıxaq - Vasif təkrarən təklif etdi.

Meşənin ən qocaman ağaclarının arasıyla gəzən zaman biz söhbət etməyə başladıq.
- Vasif mən bəzi şeyləri xatırlayıram. Artıq gördüklərim mənə ikinci bir həyat kimi olmur. Keçmişi xatırlayıram. Ancaq hansı keçmişi. Nə vaxt olub bunlar. Hansı zaman kəsiyində?
- Coşqun bəzi şeyləri bilməyə haqqın çatır. - Deyib yerdən bir kiçik daş götürdü. - Səncə bu daşın kütləsi nə qədər olar Coşqun?
- 200 qram falan - deyə cavab verdim.
- Bax, kainatdakı hər bir şey kimi bu daş da atomlardan, onlarda elektronlardan ibarətdir. Elektron adi bir elektrik zərrəciyidir. Yəni kütləsi yoxdur. Bəs necə olur ki, kütləsi olmayan bir şeylər birləşərək bir əşya yaradır və bəzən həmin əşyanın kütləsi tonlarla olur. Bizə və başqa hər şeyə kütlə verən nədir? Elmdə buna Higgs bozonu deyirlər. Higgs bozonu hər şeyin içində var və hər şeyə kütlə verir. Higgs bozonunun özünün də bir kütləsi var amma. Deməli kütlə qazanmaq üçün higgs bozononun da bir higgs bozonuna ehtiyacı var. Bu paradoks belə davam edir.
- Bütün bunlar nə mənaya gəlir ki? - Mən hələdə heç nə başa düşmürdüm.
- Higgs bozonu ətrafda gördüyün hər şeyi var edən bir maddədir. Burda bir pozğunluq olarsa düzəltmək qeyri mümkündür. Ona görə biz əvvələ qayıtdıq. Pozğunluq olmamışdan əvvələ.
- Heç nə başa düşmürəm.
- Qulaq as. Bütün kainatın big bang yəni böyük partlayış nəticəsində yarandığını bilirik. Bütün kainat bir şeydən yaranıb. Heç bir şeydən. Mütləq yoxluq şəraitində heç bir şey olmazkən birdən partlayış yaranır və saniyənin milyonda bir hissəsi qədər vaxtda bir atomdan kiçik ikən bir portağal boyda olur kainat. 10 dəqiqə sonra kosmos minlərcə işıq ili məsafəyə uzanmışdı. Bəs səncə böyük partlayışdan qabaq nə var idi?
- Özün dediyin kimi heç bir şey. Mütləq yoxluq şəraiti.
- Yanılırsan Coşqun. Big bangdan qabaq da bir dünya var idi. Orda başqa bir fiziki qanunlar keçirdi. Məsafə, məkan və zaman anlayışları fərqli idi. Sənin öyrəşdiyin zamandan fərqli bir zaman var idi. Kvant fizikləri buna ilahi zaman deyil. Bu zamanı biz dərk edə bilmərik. Amma dərk etməsək də belə bir şey var idi. Bu zamanda hər şey var idi və heç nə də yox idi. Yəni həm var həm yox. Hər şey təsadüfün əlində idi.
- Gözəl məlumatlardı, amma, bunun bizlə nə əlaqəsi var ki?
- İndi səncə hardayıq Coşqun? Biz elə həmin zamandayıq Coşqun. Böyük partlayışdan əvvəldəyik. Hələ dünya, qalaktikalar, ulduzlar yaranmayıb. Planetlər və həyat yoxdur. Hələ heç bir şey yoxdu. Bizdə yoxuq. İlahi zamandayıq. Həm varıq, həm də yox.
- Vasif....
- Kiçik bir düsturlarla sadə hesablar apardıq. Və keçmişə getməyi bacardıq. Bura hər şeyin başlanğıcıdır.

PeriodWhere stories live. Discover now