Qaşlarımı qaldırıb Cavidin dediklərini anlamağa çalışdım. O isə bir az məsumca üzümə baxıb gülümsədi :
- Boş ver. Gəl pomidorları yığaq.Onunla bir neçə dəqiqə əkin sahəsində işləyəndən sonra dözə bilməyib Caviddən soruşdum :
- Cavid mənə düzünü de. Biz hardayıq?
- Bilmirəm.
- Sən nə qədər vaxtdır burdasan?
- Dörd ildir.
- Necə ola bilər axı bu dörd ildə burdan qaçmağa çalışmamısan?
- Çünki qaçmaq istəmirəm - o konkret şəkildə cavab verdi - bura gətirilməmişdən qabaq türmədəydim. Ömürlük həbs cəzası verilmişdi mənə. Həyatım sona çatmışdı artıq. Bir gecə türmədə yatdım və burda ayıldım.
- Günahın nə idi?
- Təcavüz.
- Nə? - Bir anda gözümdə Cavid dünyanın ən əclaf insanı cildinə girdi.
- Bu böhtan idi. Mən o qıza heç nə eləməmişdim. Bunu kimin elədiyini bilmirəm. Amma hər şey mənim üstümə qaldı.
- Cavid sənin günahının olub olmamağı maraqlandırmır - bir az sakitləşərək əlavə etdim - məni çöldə türmə gözləmir. Rahat bir həyat gözləyir. Və mən burdan qalmalıyam.
- Təəssüf ki, bu mümkün deyil.
- Axı niyə? - Mən qışqırdım.
- Lütfü sənə nə dedi?
- O bizi bura gətirən insanların bizə kömək etmək istədiklərinə inanır.
- Hə, ona çox da fikir vermə. O bir az dəlidi.Cavidin üzünə baxıb əlavə etdim :
- Sənin az öncə dediklərində dəlilikdən çox da uzaq deyildi.
- Yox, məsələ burasındadır ki, sən bizim bir dağda olduğumuzu görürsən. Məncə amma isə biz bir səhradayıq. Mən hər tərəfdə ancaq qum görürəm.
- Hallüsinasiyadır - dedim sadəcə. - Biz dağdayıq.
- Bəlkə sənin gördüyün Hallüsinasiyadır.
- Ola bilməz. İqlimimizi nəzərə alsaq bizim dağda olmağımız daha məntiqli çıxır nəinki Afrikada hansısa bir səhrada olmağımız və orda pomidor yetişdirməyimiz.
- Lütfüyə görə biz ağ bir işığın içindəyik. Bəzilərinə görə Antarktida bəzilərinə görə mağaradayıq. Yəni hər kəs bura dair fərqli bir şey görür. Hansımız ağıllıyıq və reallığı görürük səncə?
- Onda bura bir variant da əlavə olunur - bir az dayanıb əlavə etdim - mən qeyri adi dizayna malik dəlixanadayam. Və siz hamınız dəlisiniz.Bu yerdə Cavid qəh- qəhə çəkib dedi :
- Eqonu yaxşı təmin edirsən. Amma mənə görə də sən dəlisən. Çünki səhərdən bəri pambıq yığırsan ancaq pomidor yığdığını düşünürsən.
- Səncə bu pambığa bənzəyir? - Deyib əlimdəki pomidoru Cavidə uzatdım. Və o an əlimdə tutduğumun həqiqətən pambıq qozası olduğunun fərqinə vardım.
Heyrət içərisində qaldığım an Cavid yenidən danışmağa başladı.
- Kvant fizikasına görə kainat bizə hər düşündüyümüzü verir. Biz nə düşünürüksə kainata enerji dalğası kimi yayılır və bizim həyatımıza qayıdır. Bizim yaşadıqlarımız nə vaxtsa düşündüklərimizdi.
- İnan mənə mən heç vaxt belə bir yerdə olacağımı düşünməmişəm.
- Bunu deyə bilməzsən. Çünki şüuraltıda...
- Şüuraltı haqqında burda danışacaq biri varsa oda bir psixoloq olaraq mənəm. Sənin dediklərinin kainatla bir əlaqəsi yoxdur. Bizim düşündüklərimizi bizim həyatda qarşımıza çıxaran beynimizdi. Beynimiz bizi hər zaman düşündüyümüz həyata doğru yönəldir. Tənha olduğunu düşünən bir insanı beyini elə yönəldir ki, onun qarşısına çıxan insanlar həqiqətən də onu başa düşmür. Onu başa düşəcək bir insan isə qarşısına çıxanda beyin mənfi intuitiv reaksiya verərək onu özündən uzaqlaşdırır.
- Əlindəki pomidoru banana çevirən sənin şüuraltındır?
- Məni hipnoz edərək pomidoru banan kimi görməyimi təmin edə bilərsən.
- Mənə bax psixoloq. Lütfünün sənə dediyi mənim heç vecimə də deyil. Burda hər kəs bura bağlı müxtəlif fikirlərə sahibdir. Mənə görə bura kainatın bütün güclərinin toplandığı ən fövqəltəbii yerdi. Çünki dəfələrlə burda istəklərin necə yerinə yetdiyini görmüşəm.
- Sən nə demək istəyirsən? Mən indi maşın barədə düşünsəm qarşımda maşın peyda olacaq?
- O elə olmur. Buna həqiqətən inanmaq lazımdır.- Coşqun. Coşqun ayıl. İşə gecikirsən.
Gözlərimi açdım və başımın üstündə dayanan Leylanı gördüm.
- Yeməyin hazırdı. Dur - dedi mənə.Asta - asta yataqdan qalxıb vanna otağına keçdim. Ah, bu nə gic yuxu idi. Güzgüdə özümü görəndə bir anlıq qorxu hissi keçirdim. Necə də yorğun və bitkin görünürdüm. Bu qədər öz üstünə yüklənərsən olacağı budur.
Mətbəxə keçəndə Leylanın üzündəki ifadədən məndən incimiş olduğunu anladım. Nə də olmasa dünən anasının xəstəliyi ilə bağlı olan söhbətini yarıda kəsib yatmağa getmişdim.
- Leyla - dedim sakitcə.
O mənə tərəf çevrildi və quru tonda " bəli " dedi.
- Mən üzr istəyirəm. Dünənkinə görə. Həqiqətən yaxşı deyildim. Özümü...
- Bunu mənə əvvəlcədən deyə bilərdin. Mən də heç söhbəti başlatmazdım. Amma mən danışıram, danışıram və sonda məlum olur ki, sən demə bu mənə qulaq asmırmış. Bu açıq- aydın hörmətsizlikdir Coşqun.
- Bilirəm. Birdə olmayacaq.
- Onsuz da mən birdə səni öz boş danışıqlarımla sıxmayacam.
- Leyla əsla sənin danışıqların mənim üçün boş deyil.
- Coşqun sən həmişə mənə qarşı diqqətsiz olmusan. Mən dözərdim. Amma anamın xəstəliyinə qarşı olan bu biganəliyini götürmürəm.
- Leyla, dediyim kimi özümü yaxşı hiss eləmirdim.
- Söhbət öz anandan getsəydi yenə belə edərdin?Sərtcə ayağa qalxıb səsimi qaldırdım :
- Leyla bəsdir.Evdə geyindiyim paltarları iş üçün geyindiyim paltarlarla əvəz etdiyim dəqiqələrdə qonşu otaqdan Leylanın deyinməsini eşidirdim. İşin pis tərəfi bu idi ki, öz özlüyümdə Leylanın haqlı olduğunu bilirdim. Deyəcək sözüm və özünü müdafiə edəcək üzüm olmadığından tezliklə qapını açıb bu evdən çıxmaq istəyirdim.
- Coşqun nə fikrə getmisən?
Diqqətimi toplayıb Cavidin üzünə baxdım.
- Hey, sən bu dünyadasan? - O təkrar gülərək soruşdu.
- İndi hə - deyə cavab verdim.
- Haralara dalmışdın?
- Heç sanki....
- Birdən birə başqa bir həyatın içində oldun elə deyilmi?
Təəccüblə gözlərimi bərəldib soruşdum :
- Hardan bildin?
- Burdakı hər kəsin zaman zaman başına gəldiyi bir şey. Kvant hissəcikləri kimi. Eyni anda iki fərqli dünyada olmaq.
- Cavid bunları hardan bilirsən? Yəni bu kvant fizikasını türmədə olarkən öyrənmisən?
- Yox burda. Başqa bir həyata keçdiyim anlarda Yusif adlı bir alim öyrətmişdi.
- Bu nə cəfəngiyyatdır belə?!
- Bilirəm çox qarışıq vəziyyət alınır. Amma bir səbəbdən dolayı kimlərsə bəzi insanları bura gətirir. Və məqsədləri heç də Lütfünün düşündüyü kimi kömək eləmək deyil. Məncə kimlərsə bizim üzərimizdə təcrübə aparır. Çünki burdakı insanların hər biri əgər belə demək mümkünsə sənin də az öncə yaşadığın kimi başqa dünyalara keçə bilir. Nəticə olaraq bu qeyri-adi bacarığa sahib insanlar bu qeyri-adi yerə gətirilir.
- Tipik Hollywood ssenarisi. Yox. Hər şey bu qədər fantastik ola bilməz. Biz real dünyada yaşayırıq. Və mən skeptik insanam. Belə şeylərə inana bilmirəm.
- Burdakı möcüzələrə nə deyirsən? İnsanların hərəsi buranı müxtəlif cür görür. Düşündüyün anında yerinə yetir. Az əvvəl əlindəki pomidor banana çevrildi.
- Bütün sualların cavabı insan beynində birləşir. Bizə hipnoz edib istədiklərini görməyimizi təmin edə bilərlər. Adi bir meşkalin preparatı hallüsinasiyalar görməyimizə səbəb ola bilər. Hafizədə eydetik surətlər deyə bir şey var.Mən bunları danışarkən Cavid mənim çiynimin üstündən arxaya baxıb gülümsəməyə başladı.
- Nə var? - deyə soruşduğumda belə bir cavab verdi.
- Az öncə maşını fikirləşmişdin elə deyilmi? Arxanda bir maşın var.Çevrildim və bizdən təxminən 100 metr aralıda meşənin yaxınlığında dayanan cənazə maşınını gördüm. Bir neçə adam yerdən bir cənazəni qaldırıb maşına yerləşdirirdilər. Mən qaçaraq onlara yaxınlaşanda cəsədi kəfənləmədiklərini və hətta üstünə bir örtük belə bağlamadıqlarını gördüm. Meyit ləkələrindən, dərisinin solğunlaşmağından və göz qapaqlarının deformasiyasından öldüyü bəlli idi. Bu bir qadın idi. Və bu qadın bir neçə gün əvvəl hücumda ölən, öz əllərimlə torpağa basdırdığım həyat yoldaşım Leyla idi. Yer sanki ayaqlarımın arasından çəkildi. Bütün dünya başıma fırlanırdı.