İkinci bölmə

262 33 4
                                    

Giriş

Kainatda nə qədər ulduz var? Bu sualın cavabını verə biləcək qədər elm inkişaf etməyib. Amma gözlə görünə bilən ulduzlar 6000 dənədir. Bu 6000 ulduz sadəcə bizim qalaktikamızda olan ulduzların çox cüzi bir hissəsidir. Kainatda isə elm adamları 300 -500 milyard qalaktika olduğunu iddia edirlər. Təbii ki, bunu deyən alimlər Samanyolu yəni bizim qalaktikamız qədər böyük qalaktikaları nəzərdə tuturlar. Bundan başqa " cırtdan qalaktikaları " da bu siyahıya əlavə etsək say 8 trilyona yüksəlir. Kainatımızda 8 trilyon qalaktika var və sadəcə bizim qalaktikamızda Yer boyda 17 milyon planet var. Həmçinin bizim qalaktikada Günəş adlanan sarı bir ulduz da var ki, hansıkı ətrafına 8 planet bir neçə min ulduz, peyklər və başqa səma cisimlərini yığaraq böyük bir sistem əmələ gətirib. Biz buna Günəş sistemi deyirik. Bu qədər nəhəng bir kainatda bir klassikin diliylə desək təkcə yer kürəsində həyat olduğuna inanmaq böyük bir zəmidə bircə taxılın cücərməsinə inanmaq kimi görünməmiş bir axmaqlıqdır. Lakin Yer kürəsində yaşayan bir canlı növü var ki, o bütün digərlərindən fərqlənir. O kainatın sirlərini çözür və necə möhtəşəm bir sistemin parçası olduğunu dərk etməyə çalışır. O isə bizik.

PeriodDonde viven las historias. Descúbrelo ahora