On ikinci dairə - Son bölüm

205 27 22
                                    

Həqiqətlə xəyal arasındakı sərhəd gözə görünməzdi. Beləki hər ikisi bizim təxəyyülümüzün məhsuludur. - Con Makkenzi ( şair, filosof) 

Ətrafımızı yalanlar bürüyüb. Onlar hər yerdədirlər. Sizin işinizdə, evinizdə və hətta beyninizin içində belə. Onlardan qaça bilmərik. Çünki onlar bizi çoxdan əsir alıblar. Biz uzun müddətdir ki, bu yalanlara məhkum olunmuşuq.

Həkimlər ətrafımda əl çalır və bəyaz dişlərini nümayiş etdirirdilər. Bir dəqiqə. Bunlar həkim deyillər. Ağ xalatı təkcə həkimlər geyinmir. Elm adamlarıda öz laboratoriyalarında bu uniformadan istifadə edirlər. Otağın küncündə yerləşən EEQ aparatına fikir verirəm. EEQ və ya elektroensofaloqramma sinir sistemi ilə bağlı problemlərdə geniş tətbiq olunur. Böyük beyin yarımkürələri biotokların köməyi ilə qıcıqlandırılır və müxtəlif yazı əyrilikləri, xüsusi aparat vasitəsi ilə kompüterə köçürülür. Bu aparat hər hansısa bir xəstəliyə diaqnoz qoymaqda mühüm rola malikdir. Bu metod vasitəsi ilə damar xəstəlikləri , iltihabi proseslər, beyin travmaları, travmanın törətdiyi fəsadlar  tam dəqiqliyi ilə təsvir olunur. EEQ-dən ən çox epilepsiya xəstəliklərinin diaqnozunda istifadə olunur. Elə yeri gəlmişkən epilepsiya xəstəliyinin səbəblərindən ən çoxu beyin travmaları ilə əlaqədardır. Həmçinin insanın yuxuda olarkən beynində gedən prosesləri də bu aparat vasitəsilə öyrənmək mümkündür.
- Təbriklər Coşqun bəy - həkimlərdən biri mənə yaxınlaşdı. - Hər şey uğurlu oldu.
- Nə?  - mən özümü itirmişdim - Mən hardayam?  Siz kimsiniz?
- Alın su için - arxadan gələn səsə tərəf çevriləndə qarşımda Çarlzı gördüm.

Yalan bizim daldalanacaq yerimizdir. Yalan bizim sığınacağımızdır. Biz artıq yalanla bütünləşmişik. Çünki bir insan əgər özünə bir dəfə yalan danışdısa artıq yalanla həqiqəti heç vaxt ayıra bilməyəcək. Yalan şeytanın bir adıdır. Amma yalan bizim üçün zərurətdir.

- Çarlz?
- Ooo məni xatırlayırsan.

Xatırlayırdım. Mən bir müddət psixoloq kimi fəaliyyət göstərəndən sonra məni işdən çıxardılar. İxtisara düşmüşdüm. Sonra iş tapmaq düşündüyüm qədər asan olmadı. Hər kəs söz verirdi, amma heç kimdən xəbər çıxmırdı. Onda anladım ki, pul qazanmaq üçün başqa yollara əl atmalıyam. Bir axşam internetdə "Solid hallar"  layihəsinin elanı ilə qarşılaşdım. Bir neçə alim təcrübələrini həyata keçirmək üçün könüllü axtarırdılar. Könüllü olacaq şəxsə 5000 manat pul verirdilər. Elanın aşağısında ünvan və telefon nömrələri yazılmışdı. Növbəti gün bu şirkətə getdim. Psixoloq olduğumu və onlarla birlikdə işləmək istədiyimi bildirdim. Onlar isə mənim bütün israrlarıma rəğmən dəfələrlə təkrar etdilər ki, onlara sadəcə könüllü lazımdır. Yəni əgər pul qazanmaq istəyirəmsə təcrübə dovşanı olmağı qəbul etməliyəm. Mən qəbul elədim. Onlar ilk dəfə bir insanın beyninə fləşkart kimi solid yuxular atacaqdılar. Layihə rəhbəri Çarlz Freeman adlı bir alim idi.
- Narahat olma. Orda mən də olacam. Sənin beyninə atacağımız filmin və ya yuxunun içində. - O gülümsədi.
Mənə ağ xalat geyindirdilər. Əlil arabası ilə palataya gətirdilər. 

Solid hallar və ya solid yuxuları qısa olaraq izah etmək lazım gələrsə aşağıdakı söz birləşməsi kifayət edər. Sifarişli yuxular. Necə ki, internetdən, restorandan, dükandan istədiyiniz məmulatı sifariş edə bilirsiniz, eləcə də yuxunu sifariş edə bilərsiniz. Beləliklə yuxuda sırf özünüz üçün özünüzə aid bir dünya yaratmış olursunuz. Solid yuxularda istədiyiniz kimi bir dünyada istədiyiniz kimi bir həyatı yaşaya bilərsiniz. Bütün bunların yuxu olduğu sizi məyus etməsin. İnanın ki, bu yuxular əsl həyatdan heç nəyi ilə fərqlənmir.
Ölümün ilk 7 saniyəsində insan beyni yuxu vəziyyətində olur. Siz şüursuz vəziyyətdə şüurlu olursunuz. Biz yuxu görəndə bütün zaman anlayışımızı itiririk. Bir gün bir dəqiqə, bir saniyə bir il ola bilər. Beləliklə bəlkədə siz 3 saniyədir ölmüsünüz və indiyə qədərki bütün həyatınız bir yuxudan ibarətdir, tanıdığınız bütün insanlar beyninizin məhsuludur. Əgər bu anlayışı qavraya bilsəniz onda siz Solid dream state (Solid  yuxu halı)na keçə bilərsiniz. Bu yuxu vəziyyətində siz istədiyinizi edə bilər, ətraf mühiti istədiyiniz kimi dəyişə bilərsiniz. Bu matrix’ə daxil olmaq kimi birşeydir.

PeriodWhere stories live. Discover now